GƏZİNMƏK

f.
1. Ağır-ağır yerimək, o başbu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar foyedə gəzinirdilər.
– Bahadır Sonanın dalınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu. N.Nərimanov.
[Molla Xəlil] o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn.
Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Ü.Hacıbəyov.

2. Gəzmək, dolaşmaq.
Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. A.Şaiq.
Gəzinir gənc Osman əlində tüfəng; Baxır ulduzlara o körpə pələng. H.K.Sanılı.
Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman… S.Vurğun.

3. bax gəzişmək 2-ci mənada.
Qüdrət sahildə nə qədər gəzindiyini bilmədi. M.Hüseyn.

4. məc. Bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq.
Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. M.Hüseyn.

Синонимы

  • GƏZİNMƏK 1. GƏZİNMƏK (otaqda o baş-bu başa getmək) Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir (Ü.Hacıbəyov); FIRLANMAQ Gənc bir doktor daima [Yaqutun] başı yanı
GƏZİNMƏ
GƏZİNTİ

Значение слова в других словарях