GƏZİNTİ

is.
1. Açıq havada əylənmək və istirahət etmək üçün miniklə, ya ayaqla yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr. Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gəzintiyə çıxmaq.
– Günəş yuvarlanır dağlar dalına; Qaralır göllərin gəzinti yeri. S.Vurğun.
Sevindirdi uşaqları; Sahil boyu gəzintilər. M.Dilbazi.

2. Açıq havada keçirilən kütləvi şənlik. Parkda gəzinti təşkil olunmuşdur. Kütləvi gəzinti.
[İnci:] Gecə saat on ikidən sonra da parkda böyük bir gəzinti var. S.Rəhman.
[Gənclərin] gəzintisinə əsas iş sahəsinin rəis müavini mühəndis Sultan Sultanov rəhbərlik edirdi. Ə.Sadıq.

Синонимы

  • GƏZİNTİ seyr
GƏZİNMƏK
GƏZİŞ
OBASTAN VİKİ
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Böyük gəzinti
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Gəzinti mayakı
Gəzinti mayakı (参観灯台, sankan today) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var. == Haqqında == Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur. Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur. == Tarixi == Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi.
Gəzinti (film, 2015)
Gəzinti (ing. The Walk) — rejissor Robert Zemekisin 2015-ci ildə çəkdiyi amerikan tarixi filmi. == Məzmunu == Bioqrafik janrda olan film Filipp Petinin həyatından bəhs edir. Filipp Peti 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində 400 metr hündürlükdə kəndir üzərində gəzmiş fransız kəndirbazıdır. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Film haqqında == Filmdə alman bəstəkarı Lüdviq van Bethovenin "Für Elisa" əsərindən istifadə olunmuşdur. Film tənqidçilərin yüksək rəyini alıb. Rotten Tomatoes saytında film 202 resenziya əsasında 86% reytinqə malikdir və orta balla 10 ballıq sistemdən 7,2 bala layiq görülüb.
Böyük gəzinti (film, 1966)
Böyük gəzinti — 1966-cı ildə istehsal olunmuş Fransa filmi. == Məzmun == 1942-ci il. İkinci dünya müharibəsi əsnasında bir müttəfiq "B17 Flying Fortress" bombardman təyyarəsi işğal altında olan Paris üzərində olarkən almanların açdığı atəş nəticəsində vurularaq düşür. Uçuş komandiri Sir Reginald (Terri Tomas) və digər əməkdaşı paraşütlə tullanmaq məcburiyyətində qalırlar. Endikləri bölgədə bəzi fransız vətəndaşlardan kömək istəyirlər. Bunlardan biri olan boya ustası Oqustin Bouvet (Burvil) və xasiyyətsiz orkestr şefi Stanislas LeFort (Lui de Fünes) Fransanın cənubuna, almanların işğal etmədiyi azad bölgəyə qaçmaq planını düşünürlər… == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". X cild. Bakı, 1987, səh. 18.
Böyük gəzinti (film, 1971)

Qarabağa gəzinti (film, 2005)
Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film. SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir. Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib. Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib. 2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.
Dəniz kənarında gəzinti (film, 1907)
Bakı Əhalisinin Şəhər Bağında Gəzintisi (1900)
Bakı əhalisinin şəhər bağında gəzintisi qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır. == Məzmun == Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır.
Bakı əhalisinin şəhər bağında gəzintisi (film, 1900)
Bakı əhalisinin şəhər bağında gəzintisi qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır. == Məzmun == Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır.
Körpə gəzintidə (film, 1994)
"Körpə gəzintidə" (ing. Baby's Day Out) — rejissor Petrik Rid Consonun filmi. == Məzmun == Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu bilir.
Məhbusların gəzintisi
"Məhbusların gəzintisi" — Vinsent van Qoqun 1890-cı ilin fevral ayında çəkdiyi rəsm əsəri. Qustav Dorenin "Qala" (1872) qravürinin surəti. Rəsmdə məhbusların dairəvi hərəkət etməyə məhkum olduqları balaca və dar həbsxana həyətinin quyusu təsvir olunmuşdur. Rəsm əsəri mavi-yaşıl qammada yerinə yetirilmişdir. "Məhbusların gəzintisi" rəssamın fikrincə qapalı dairəyə bənzəyən həyatın rəmzidir. Ön plandakı mərkəzi fiqur üzləri yalnız bir neçə mazokla çəkilmiş digər məhbuslardan fərqli olaraq daha fərdiləşmiş olandır. Bu personajda van Qoqun özünün cizgiləri sezilir. 1888-ci ilin dekabr ayının sonunda Van Qoqda ruhi xəstəliyin ilk tutması baş verdi, tezliklə tutmalar təkrarlanmağa başladı və o könüllü olaraq Arl yaxınlığında, Sen-Remidə, keçmiş Avqustin monastırında yerləşən Müqəddəs Pavel psixiatrik xəstəxanasına getdi. Xəstəxanada Van Qoq 1889-cu ilin mayından 1890-cı ilin mayına qədər qaldı. Bu xəstəxananın direktoru — doktor Peyon və Van Qoqun qardaşı — Teo rəssamın işləyə bilməsi üçün bütün şəraiti yaratmağa çalışırdılar.
Şalvarsız metro gəzintisi
Şalvarsız metro gəzintisi (ing. No Pants Subway Ride) — Hər ilin yanvar ayında dünyanın bir sıra ölkələrində keçirilən fleşmob. İlk dəfə olaraq 2002-ci ildə ABŞ-da keçirilmişdir. 2015-ci ilin yanvar ayının 11-də bu fleşmob 14-cü dəfə qeyd olunub. Təkcə Nyu-Yorkda keçirilən aksiyada 4 mindən çox insan iştirak edib. Bu aksiyaya London, Berlin, Riqa, Pekin, Madrid, Sidney və digər meqapolis sakinləri də qoşulub. Fləşmob üzvləri yeraltı nəqliyyata – metroya şalvar və ətəksiz düşməlidir. Bununla yanaşı, iştirakçılar məsələn, kitab oxumaqla özlərini təbii aparmalıdırlar.
Şəhər Bağında Xalq Gəzintisi (1898)
Şəhər bağında xalq gəzintisi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Müşahidə manerasında lentə alınmış bu kinosüjetdə Bakıdakı Mixaylov bağında (indiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır. Kinolent xronikal informasiya janrına aiddir. Burada müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş, tamaşaçılarda Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvür yaradılmışdır. Kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Şəhər bağında xalq gəzintisi (film, 1898)

Pol Revirin gecəyarı gəzintisi
Pol Revirin gecəyarı gəzintisi — 1775-ci ilin aprelində Leksinqton və Konkord döyüşlərindən əvvəl Britaniya qüvvələrinin yaxınlaşması barədə Amerika müstəmləkə milislərinə xəbərdarlıq. Gəzinti 1775-ci il aprelin 18-nə keçən gecə, ABŞ İstiqlal müharibəsinin ilk döyüşlərindən dərhal əvvəl baş vermişdir. Əvvəlki həftələrdə Britaniya Ordusunun fəaliyyəti o vaxt Konkordda yerləşən Massaçusets Vilayət Konqresinə qarşı planlaşdırılmış repressiyaya işarə etmişdir. Pol Revir və Vilyam Deyvs Bostonun Köhnə Şimal kilsəsinin sekstonu Robert Nyumanın Çarlztaundakı kolonistləri Çarlz çayı ilə ordunun irəliləməsi barədə xəbərdar etmək üçün fənər siqnalından istifadə etmişdir. Revir və Deyvs daha sonra on mil məsafədə olan Leksinqtonda Con Henkok və Samuel Adamsla görüşmək üçün minərək yol boyu 40-a qədər digər atlıya xəbərdarlıq etmişdilər. Boatner, Mark Mayo III. Encyclopedia of the American Revolution. Library of Military History. New York: David McKay. 1975. ISBN 978-0-618-00194-1.
Pol Revirin gəzintisi
"Pol Revirin gəzintisi" (ing. Paul Revere's Ride) — ABŞ şairi Henri Lonqfellonun 1860-cı ildə yazdığı şeir Bu, amerikalı patriot Pol Revirin 18 aprel 1775-ci ildə etdiyi hərəkətləri xatırladır. Buna baxmayaraq, şeirdə tarixilik baxımdan ciddi qeyri-dəqiqliklər var. İlk dəfə "The Atlantic Monthly" jurnalının 1861-ci il yanvar sayında dərc edilmişdir. Daha sonra Lonqfellonun 1863-cü ildə "Veysayd meyxanası nağılları" kolleksiyasında yenidən "Ev sahibinin nağılı" adlandırılmışdır. Şeir 1860-cı ildə yazılanda ABŞ köləlik məsələsinə görə vətəndaş müharibəsi astanasında idi. Lonqfello ilk dəfə 1842-ci ildə "Köləlik haqqında şeirlər"in nəşri ilə abolisionist kimi açıq şəkildə ortaya çıxmışdır. Kitabın az təsir etdiyini etiraf etsə də, bu, köləlik və İttifaq məsələlərində ümumi işi bölüşməyə davam edəcəyi ən yaxşı dostu, abolisionist fəal siyasətçi Çarlz Samner üçün yazılmışdır. Cənubi Karolina ABŞ-dən ayrılan ilk ştat olduğu kimi, 20 dekabr 1860-cı ildə "The Atlantic" jurnalının 1861-ci il yanvar sayında "Pol Revirin gəzintisi" nəşr olunmuşdur. Şeir şimallıların aktuallıq hissinə müraciət etmək üçün nəzərdə tutulmuşdu və hərəkətə çağırış kimi qeyd olunur.
Körpə gəzintidə
"Körpə gəzintidə" (ing. Baby's Day Out) — rejissor Petrik Rid Consonun filmi. == Məzmun == Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu bilir.

Значение слова в других словарях