f. 1. Yerimək, dolaşmaq.
Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya kəndi gəzmirik? C.Cabbarlı.
Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.
// Ümumiyyətlə, hərəkət etmək, hərəkətdə olmaq.
– Yenə açılmağa az qalıb səhər; Gəzir buludları keşik çəkənlər. M.Rahim.
Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman.
2. Var-gəl etmək, o baş-bu başa gedibgəlmək; gəzişmək, gəzinmək. Eyvanda gəzmək. Həyətdə gəzmək.
3. Səyahət etmək, hər yeri dolaşmaq. O, bir çox ölkələri gəzmişdir.
– [Sənubər:] Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır. B.Bayramov.
4. Seyrə çıxmaq, gəzintiyə getmək.
Vaxtilə qadınlar cümə günləri ziyarət adı ilə [Pirvənzəriyə] gəzməyə gedərdilər. H.Sarabski.
5. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa etmək. Muzeyi gəzmək. Xan sarayını gəzmək.
– O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn.
6. Bir şeyi axtarmaq, hər yerə baxmaq. Kitabların arasını gəzmək. Şkafı gəzmək.
– [Bayram:] Ağa, bir sözümə qulaq as, mən bu yaxınlıqda ov gəzirdim. M.F.Axundzadə.
[Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. Ü.Hacıbəyov.
// Axtarış aparmaq, axtarmaq.
Polislər gəzir, hər yeri addım-addım eşələyir( dilər). S.Rəhimov.
7. Bir yerdən başqa yerə köçmək, çox yerə baş vurmaq. Kəndbəkənd gəzmək.
– Çox gəzmişəm bu dünyanı oba-oba, oymaqoymaq; Kim istəyir bu neməti öz əlindən yerə qoymaq? S.Vurğun.
8. məc. Görüşmək, dostluq etmək, vaxt keçirmək, ünsiyyət bağlamaq. Oğlan qonşu qızı ilə gəzir.
– Əlbəttə, Eyvazla gəzdiyini bilsə də, anası [Gülşənə] bir söz deməzdi, çünki bu, təsadüfi görüş idi. Ə.Vəliyev.
// məc. Cinsi yaxınlıqda olmaq.
Tiflisdə oxuduğu və xidmət etdiyi zaman … çox qızla gəzmiş. Ə.Abasov.
9. məc. Vaxtını kefdə, əyləncədə, əyyaşlıqda keçirmək.
[Qurban Nənəxanıma:] Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən, oğul, vaxtında evə gəl?! Çəmənzəminli.
[Gülcahan:] O gedib gəzəcək, mən sənin üçün evdə qalıb qulluqçuluq edəcəyəm? T.Ş.Simurq.
10. Keçmək, ötmək. Ay gəzər, il dolanar, şənbə düşər Novruza. (
Ata. sözü ).
11. Zahir olmaq, bir şeyin əlaməti görünmək, aşkar olmaq, özünü büruzə vermək. Dodağında təbəssüm gəzirdi.
– Məsumənin sifətində zəhrimardan acı bir gülüş gəzdi. B.Bayramov.
12. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir;
məs.: dillərdə gəzmək, əldə gəzmək, kənar gəzmək.