HÖRÜKLƏMƏK

f.
1. Saçı hörük şəklində hörmək. Qız saçını hörüklədi.
2. Otlamaq üçün buraxılmış ev heyvanını hörüyə (2-ci mənada) bağlamaq. Qoyunu hörükləmək.
– Mədəd atını yedəkləyib, otluqda hörüklədi. M.Hüseyn.
Əlləzoğlu atı heç də bu səmtdə hörükləmədiyini, səhv gəldiyini başa düşsə də, dayanmadı. İ.Hüseynov.

Синонимы

  • HÖRÜKLƏMƏK bağlamaq — düyünləmək
HÖRÜKLƏMƏ
HÖRÜKLƏNMİŞ

Значение слова в других словарях