1. bax qiyamət 1-ci mənada.
2. bax qiyamət 3-cü mənada.
[Kəndlilər:] Bu həşir kimin evindədir? – deyə soruşurdular.
3. Həşrədək şəklində zərf – qiyamətəcən, heç vaxt.
[Əmiraslan ağa:] [Onlara] elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar.
Məsəldir bu, gedər qılınc yarası; Sağalmaz həşrədək dərin söz dağı.
4. Həşrində şəklində – hayında, qayğısında, fikrində, qeydində.
Keçi san həşrindədir, qəssab piy hayında. ( ).
Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi.
◊ Həşir qoparmaq (qatmaq, salmaq) – bax qiyamət qoparmaq 1-ci mənada. (“qiyamət”də).
…Ata və ana qarğa Nurəddinin başı üstünü alıb, elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar.
[Gülçöhrə:] İndi Asyaya desən ki, gəl səni [arşınmalçıya] ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam?
[Muxtar:] Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir gün açılacaq, arvadım biləcək, həşir qoparacaqdır.
Həşir qopmaq – bax qiyamət qopmaq (“qiyamət”də).
Evdə bir həşir qopdu ki, gəl görəsən. “ ”.
Həşirə qalmaq – bax qiyamətə qalmaq (“qiyamət”də).
Həşirə qədər – bax qiyamətə qədər (qiyamətəcən) (“qiyamət”də).