1. Hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan.
Yayın orta aylarında gün otları yandırır; Hərəkətsiz o təbiət məzarlığı andırır.
İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, … sonra yenə donub qayaya dönürdü.
// Zərf mənasında. Xəstə hərəkətsiz uzanmışdı.
– Rüstəmbəy otağına girdikdə lampanı yandırmadı, … otağın ortasında hərəkətsiz durdu.
Ceyran xanım əli qoynunda, hərəkətsiz dayanaraq baxırdı.
2. məc. Ağır, ağırtərpənən, ləng.
…Turac da kol topasında; hərəkətsiz qalıb.
Benzin olmazsa bizim divlərimiz; Qalacaqdır hərəkətsiz, səssiz.