HƏSƏN HƏDİSLƏR

möhkəm inancları ilə seçilən ravilərdən alınmış hədislərdir. Onlarda heç bir çatışmazlıq olmamalıdır. Buna görə də onlar səhih hədislərə yaxındırlar. Ancaq bu hədislərin ravilərinin bəzi yanlışlıqları ola bilər. Misal üçün, onlar yaxşı yaddaşa malik olub-olmaması şübhəli ola bilər. Buna görə də, həsən hədislər səhih hədislər dərəcəsinə yüksəlmirlər. Onların dərəcəsi səhih və zəif hədislər arasındadır. Həsən hədislər fiqhdə müxtəlif problemlərin həll olunmasında istifadə edilir.
HƏSƏN BƏSRİ
HƏSƏN İBN ƏLİ
OBASTAN VİKİ
Hədislər
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – (Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Elvin Həsən
Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri. Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır. 2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır. 2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir. Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur. 3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Həsən-Cəlal
Həsən Cəlaləddövlə (bilinmir – 1260, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur. Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.indiki Rəhimli(köhnə adı.AşağıXaç)kəndində Anadan Olub. 1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar. Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub. 1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir.
Həsən (Auırqazı)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Urşak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 33 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 17 km. ən yaxın dəmiryol stansiyasından (Şingəkgöl stansiyası): 45 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Həsən (Avurğazı)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Urşak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 33 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 17 km. ən yaxın dəmiryol stansiyasından (Şingəkgöl stansiyası): 45 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (100%) üstünlük təşkil edir.
Həsən (Baymak)
Həsən (başq. Хәсән, rus. Хасаново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 32 km, kənd sovetliyindən (Tatlıbay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 12 km.
Həsən (ad)
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Həsən (termin)
Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Həsən Abdullayev
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Həsən Adıgözəlzadə
Adıgözəlzadə Həsənağa Əfrasiyab oğlu — Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi. Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də Bakıda anadan olub. O, musiqiylə 6 yaşından maraqlanmağa başlayıb. Bülbül adına Orta ixtisas musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə çalışıb. Həsən Adıgözəlzadə musiqi məktəbində, universitetdə musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycan Dövlət Televiziyası və Radiosunda musiqi verilişləri redaksiyasının redaktoru, Mədəniyyət Nazirliyinə bağlı xalq yaradıcılığı evinin direktor müavini, daha sonra isə Mədəniyyət Nazirliyində işləyib. Beynəlxalq Muğam Mərkəzinə və SSRİ Mədəniyyət Fonduna bağlı Beynəlxalq “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinə rəhbərlik edib. Avropa və Asiyanın müxtəlif ölkələrində, Türkiyə, Rusiya, Fransa, Litva, Çexoslovakiya, Gürcüstan, Tacikistanda keçirilən simpoziumlara, konfranslara məruzəçi kimi qatılıb. Beynəlxalq yarışlarda münsif olub və Beynəlxalq tədbirlərdə, festivallarda drijorluq edib.
Həsən Axund
Məhəmməd Həsən Axund (dəri محمد حسن اخوند; puşt. محمد حسن اخوند; 1945, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — əfqan molla, siyasətçi və Taliban lideri, hazırda Əfqanıstanın Baş naziri. Axund Əfqanıstanın cənubundandır. BMT Təhlükəsizlik Şurasının məlumatlarına görə, o, doğulduğu vaxt Pənçvayi rayonunda olan, lakin Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Zari rayonunda yerləşən Paşmulda anadan olub. BMT onun doğum ilini 1945–1950 və 1955–1958 olmaqla təxmin edir. "Əl-Cəzirə" deyir ki, Axundun puştun nəsli 1747-ci ildə Dürranilər İmperiyasının banisi Əhməd xan Abdalidən gəlir. Əfqanıstanda müxtəlif islam seminariyalarında təhsil alıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, axund Sovet-Əfqan müharibəsində iştirak etməyib. Axund İslamla bağlı bir neçə əsərin müəllifidir. "BBC News"-un məlumatına görə, o, hərbi deyil, dini aspektlər tərəfindən Talibanda nüfuza malikdir.
Həsən Ayvazov
Həsən Ağasoy
Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( 27 mart 1958, Gülüstan, Culfa rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999)[mənbə göstərin]. Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.
Həsən sultan
Həsən sultan (1497 – 1524) — Şəki hökmdarı olmuşdur. Hakimiyyətə gəldiyi vaxt 1497 – 1519-cu illər arasında olduğu güman edilir. Şəki hökmdarı Şahhüseyn öldürülən sonra hakimiyyətə gəlmişdir. 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, 16-17-cı əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib. 1524-cü ildə Novruz bayramından az sonra Şah İsmayıl böyük bir qoşunla Qarabağdan keçərək ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Salnamələrdə deyilir: "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağ adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağa pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağda) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.
Həsən xan
Həsən xan — Kişi adı.
Həsən İmanov
İmanov Həsən Həşim oğlu (1901–1937) — tarixçi, jurnalist, tərcüməçi. 1901-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini mədrəsədə almış, daha sonra Şuşa realnı məktəbinə qəbul olaraq 1919-cu ilə qədər təhsil almışdır. 1920-ci ildə Bakıya gəlmişdir. 1921–1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. Eyni vaxtda Yeni Türk Əlifbası Komitəsində işləmişdir. 1928-ci ildə Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya Xalq Maarif Komissarlığına göndərilmişdir. 1931-ci ildə İnstitutu başa vurduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda I kateqoriyalı elmi əməkdaş kimi işə başlamışdır. Ali Pedaqoji İnstitutun "Zaqafqaziyada sinfi mübarizə tarixi" kafedrasının dosenti olub. Eyni zamanda Dövlət Muzeyində elmi katib və direktor müavini işləyib.
Həsən İsazadə
Həsən İsazadə (25 dekabr 1912, Qazax) — tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, tədris işləri üzrə prorektoru, polkovnik, əməkdar həkim, əməkdar elm xadimi, SSRI-nin tibb əlaçısı, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədr müavini, Səhiyyə Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının sədri, Azərbaycan elmi terapevtik cəmiyyətinin sədri olmuşdur. Azərbaycanın korifey kardioloqlarındandır. Bir sıra dövlət mükafatları və medallar ilə təltif edilmişdir. Həsən İsazadə 1912-ci il dekabrın 25-də Qazax şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya gələn Həsən orta məktəbi əla qiymətlərlə bitirir. 1929-cu ildə Azərbaycan Tibb İnstitutuna (indi Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1936-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Bir müddət təyinatla Qubadlı, Zəngilan və Biləsuvar rayonlarında baş həkim kimi çalışır. Böyük Vətən müharibəsi illərində cəbhəyə yollanan Həsən İsazadə çox keçmədən İranda Sovet ordusuna məxsus hərbi hospitalın rəisi təyin edilir. Həsən İsazadə 1946-cı ildə Bakıda 1 saylı şəhər Kliniki Xəstəxanada (keçmiş "Semaşko" adına xəstəxana) baş həkimin müavini vəzifəsində fəaliyyətə başlayır və eyni zamanda ATİ-nin pediatriya fakültəsinin Daxili xəstəliklər kafedrasında assistent olur. O zaman həmin kafedraya Cahangir Abdullayev rəhbərlik edirdi.
Həsən İsmayılov
Həsən İsmayılov (tam adı:Həsən Tağı oğlu İsmayılov; (d.1 aprel 1915, Çomaxtur, Şərur rayonu, Rusiya imperiyası - ö.2 mart 1940, Finlandiya) — pedaqoq, hidro meliorator mühəndis. Həsən Tağı oğlu İsmayılov 1 aprel 1915-ci ildə (bəzi sənədlərdə təvəllüd tarixi 1913 göstərilir) Şərur qəzasının Çomaxtur kəndində görkəmli şəxsiyyət erməni daşnaqlarına qarşı mübariz, partizan dəsdəsinin cəsur komandiri Tağı Məşədi Mahmud oğlu İsmayılovun ailəsində anadan olmuşdur. 1931-ci ildə Yengicə kənd orta məktəbini yüksək qiymətlərlə bitirən Həsən İsmayılov, 1934–1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil almışdır. O, geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də almışdır. Təhsilini uğurla başa vuran Həsən İsmayılov Naxçıvan Su Təsərrüfatında çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir. Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və bir neçə digər kəndlərində müəllim işləmiş, insanların maariflənməsi üçün var gücü ilə çalışmışdır. Həmin dövrdə savadlı kadrlara olan ehtiyacın ödənilməsi mümkün deyildi. Odur ki, Həsən İsmayılov kimi ziyalılar eyni zamanda bir neçə yerdə işləməyə məcbur olurdular. Bu səbəbdən də o, bir müddət məhkəmə orqanlarında da çalışmış, qüsursuz xidmət göstərmişdir. Həsən İsmayılov Naxçıvan Firqə Şura Məktəbini bitirmişdi.
Həsən İsrafilov
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir. 1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır. Ailəlidir, bir övladı var. Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir. 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Həsən İsrailov
Həsən İsrailov (çeç. Исраил КIант Хьасан; rus. Хасан Исраилов; 1910, 1903 və ya 1907, Rusiya imperiyası – 25 dekabr 1944, Çeçen-İnquş MSSR) — çeçen millətçisi, partizan döyüşçüsü, jurnalist və Sovet İttifaqına qarşı 1940-cı ildən 1944-cü ildə vəfatına qədər çeçen-inquş üsyanına rəhbərlik edən bir şair idi.II Dünya Müharibəsi illərində ən təsirli çeçen müqavimət liderlərindən biri olaraq qəbul edilir və bir çox çeçen tərəfindən milli qəhrəman olaraq sayılır. Almanların Qafqazı işğal etməyə çalışdığı bir dönəmdə üsyan qaldırdığı üçün ruslar tərəfindən pis ad qazanmışdı. İsrailov 1910-cu ildə Çeçenistanın Qalançoy kəndində altı qardaşın ən balacası kimi anadan olub. Orta məktəbi 1929-cu ildə Rostovda əla qiymətlərlə bitirdi. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının gənclər qanadı olan komsomola qoşuldu. 1929-cu ildə Rostov-on-Dondakı bir kommunist orta məktəbini bitirən İsrailov Kommunist Partiyasının sıralarına daxil oldu və 1933-cü ildə Moskvaya Şərq Zəhmətkeşləri Kommunist Unversitetinə göndərildi. Tələbə olduğu müddətdə pyes və şeir yazdı və Moskvada Krestianskaia Gazeta (Fermer qəzeti) müxbiri oldu. Bir neçə məqaləsində Çeçenistan-İnquşetiyadakı sovet siyasətini sərt bir şəkildə tənqid etti.
Həsən Şahgəldiyev
Ali-Həsən Abdul Həsən Şahgəldiyev (1908-1961) — Azərbaycan Dövlət Universitetinin (indi BDU) jurnalistika kafedrasının ilk müdiri Arxivləşdirilib 2014-05-23 at the Wayback Machine (1946-1961), jurnalisti, publisist. Bakının Balaxanı kəndində dоğulmuş, kəndində mədrəsə-mоllaxanada dini, Bakıda dünyəvi təhsil almış, Mоskvada Kоmmunist Jurnalistlər İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə gənclik illərində Bakı mətbəələri, nəşriyyatları və redaksiyalarında şagird kimi başlamış, 1929-cu ildən respublikanın rayоn və kəndlərində "Kоmmunist" qəzetinin müxbiri, ədəbi işçi, şöbə müdiri, "Mübariz" qəzetinin redaktоru, "Yeni yоl" qəzetinin məsul redaktоru, Azərbaycan Teleqraf Agentliyinin rəhbəri, Təbrizdə "Vətən yоlunda" qəzetinin təsisçilərindən və redaktоrlarından biri оlmuşdur. Bir neçə il Mоskvada "Pravda" qəzetində əməli təcrübə keçmişdir. Azərbaycan Dövlət Universitetində müstəql jurnalistika şöbəsi və fakülətəsinin yaradıcısı Şahgəldiyevdir. Respublikanın dövri mətbuat оrqanları üçün çоxlu sayda kadr hazırlamışdır. Bir çоx publisistik əsərin müəllifidir.
Həzrəti Həsən
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
III Həsən
III Həsən – XIV əsrdə Yuxarı Xaçın hakimi. 1380 – ci ildə oğlanları ilə birgə Əmir Teymura qarşı döyüşdə ölmüşdür..
II Həsən
II Həsən (Mərakeş kralı) — 1929–1999-cu illərdə Mərakeş kralı. II Həsən (xaşxaşi) — 1162–1166-cı illərdə Nizari İsmaili Dövlətinin Ələmut qolunun rəhbəri, İslamın Nizari-İsmaili məzhəbinin XXIII imamı. II Həsən (Xaçın knyazı) — naməlum tarixdən 1287-ci ilə qədər Xaçın knyazı. II Həsən (Bavəndi hakimi) — 1334–1349-cu illərdə Mazəndaranda hakimiyyətdə olan Bavəndilər sülaləsinin hakimi.