Elçin Hami
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000).
== Həyatı ==
Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir.2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
== Filmoqrafiya ==
Arzularını çəkən rəssam (film, 2007)
Aslan və iki öküz (film, 1970)
Ayı və siçan (film, 1970)
Beşilliyin addımları (film, 1983)
Bulud niyə ağlayır? (film, 1973)
Cavanşir (film, 2002)
Cırtdan (film, 1969)
Cırtdan və div (film, 1983)
Cırtdan-"pəhləvan" (film, 1981)
Cücələrim (film, 1975)
Daş (film, 1977)
Dəniz səyahəti (film, 1992)
Dınqıl, sazım, dınqıl (film, 1976)
Əndazədən çıxanda (film, 1988)
Fitnə (film, 1970)
Güzgü (film, 1990)(I)
Humayın yuxusu (film, 1985)
Kirpi balası və alma (film, 1977)
Qız, oğlan və şir (film, 1974)
Lovğa fil balası (film, 1987)
Meşəyə insan gəlir (film, 1980)
Pəncə...