Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе

  • HƏBA

    HƏBA’ ə. 1) narın toz; 2) m. bihudə, əbəs

    Полностью »
  • HƏBAB

    ə. bax hübab

    Полностью »
  • HƏBB

    ə. həb (dərman). Həbbi-səlam bax həbbüssəlatin

    Полностью »
  • HƏBBƏ

    ə. 1) dən; ləpə (qoz, fındıq və s. ləpəsi); 2) dənli bitki(lər); 3) dirhəmin 1/40 hissəsi

    Полностью »
  • HƏBBƏZA

    ə. əhsən! afərin! nə yaxşı!

    Полностью »
  • HƏBBÜSSƏLATİN

    ə. «sultanların həbi» kinəotu

    Полностью »
  • HƏBƏŞ

    HƏBƏŞ(İ) ə. 1) Həbəşistanın əsas yerli əhalisindən olan; efiopiyalı; 2) m. qara, qaradərili (adam haqqında)

    Полностью »
  • HƏBƏŞİ

    HƏBƏŞ(İ) ə. 1) Həbəşistanın əsas yerli əhalisindən olan; efiopiyalı; 2) m. qara, qaradərili (adam haqqında)

    Полностью »
  • HƏBİB

    ə. sevgili; sevimli

    Полностью »
  • HƏBİBA

    ə. ey sevgili! ay sevgilim!

    Полностью »
  • HƏBİBÜLLAH

    ə. 1) Allahın sevimlisi, Tanrının sevimlisi (İbrahim və Məhəmməd peyğəmbərlərə verilən ad)

    Полностью »
  • HƏBL

    ə. ip, kəndir

    Полностью »
  • HƏBLÜLMƏTİN

    ə. 1) möhkəm, davamlı ip; 2) m. səmimi dostluq

    Полностью »
  • HƏBS

    ə. dustaq etmə; tutma

    Полностью »
  • HƏBSXANƏ

    ə. və f. qazamat, həbsxana, məhbəs

    Полностью »
  • HƏBT

    ə. mübahisədə sükut etmə

    Полностью »
  • HƏCAMƏT

    ə. 1) qanalma əməliyyatı; 2) həmin əməliyyatı icra etmək üçün alət

    Полностью »
  • HƏCC

    ə. Məkkədə Kəbəni ziyarət etmə. Həcci-əkbər «ən böyük həcc» Kəbəni qurban bayramında ziyarət etmə

    Полностью »
  • HƏCCAM

    ə. qanalan, dəllək, cərrah

    Полностью »
  • HƏCƏR

    ə. daş. Həcəri-əsvəd bax həcərüləsvəd; həcəri-mübarək bax həcərüləsvəd; həcəriyəməni qırmızı və narıncı rəngli qiymətli daş, əqiq

    Полностью »
  • HƏCƏRÜLƏSVƏD

    ə. «qara daş» Kəbədəki müqəddəs daş

    Полностью »
  • HƏCİF

    ə. qarın quruldaması; qurultu

    Полностью »
  • HƏCİN

    ə. qarışıq cins; hibrid, mələz; 2) çox iti yeriyən dəvə; 3) birhürgüclü dəvə

    Полностью »
  • HƏCLƏ

    ə. bax həcləgah

    Полностью »
  • HƏCLƏGAH

    ə. və f. zifaf otağı, gərdək

    Полностью »
  • HƏCM

    ə. tutum, böyüklük

    Полностью »
  • HƏCMƏN

    ə. həcmcə, tutumca

    Полностью »
  • HƏCR

    HƏCR1 ə. günorta istisi, bürkü. HƏCR2 ə. 1) yasaq, qadağan; 2) qəyyumluq; 3) vətəndaşlıq hüquqlarından məhrum etmə (olma)

    Полностью »
  • HƏCV

    ə. satira

    Полностью »
  • HƏCVİ

    ə. satirik

    Полностью »
  • HƏCVİYYƏ

    ə. satirik şeir

    Полностью »
  • HƏCZ

    ə. 1) tutub saxlama; tutma; 2) müsadirə

    Полностью »
  • HƏDAİQ

    ə. «hədiqə» c. bax hədayiq

    Полностью »
  • HƏDASƏT

    ə. yenilik, təzəlik. Hədasəti-sinn yaşca kiçiklik

    Полностью »
  • HƏDAYA

    ə. «hədiyyə» c. hədiyyələr

    Полностью »
  • HƏDAYİQ

    ə. bağçalar

    Полностью »
  • HƏDD

    ə. 1) sərhəd, hüdud; 2) m. son, nəhayət. Həddi-bülug yetkinlik yaşı, yeniyetməlik

    Полностью »
  • HƏDDAD

    ə. dəmirçi

    Полностью »
  • HƏDƏ

    ə. qorxu, təhdid

    Полностью »
  • HƏDƏB

    HƏDƏB(Ə) yumru

    Полностью »
  • HƏDƏBƏ

    HƏDƏB(Ə) yumru

    Полностью »
  • HƏDƏBİYYƏT

    ə. yumruluq

    Полностью »
  • HƏDƏF

    ə. nişanə, nişangah; məqsəd

    Полностью »
  • HƏDƏQƏ

    ə. göz bəbəyi

    Полностью »
  • HƏDƏQİ

    ə. göz bəbəyinə aid olan

    Полностью »
  • HƏDƏR

    ə. 1) faydasız, mənasız; 2) boş yerə, nahaq

    Полностью »
  • HƏDƏS

    ə. 1) yeni üzə çıxan, özünü yeni göstərən; 2) yenidən dəstəmaz və qüsl tələb edən hal, hadisə və s

    Полностью »
  • HƏDİD

    ə. 1) dəmir; 2) m. şiddətli, kəskin; 3) m. hərarətli, isti; 4) m. acıqlı, hirsli

    Полностью »
  • HƏDİDİ

    ə. dəmirdən olan, dəmirə aid

    Полностью »
  • HƏDİQƏ

    ə. bağ, bağça // meyvə bağı, meyvəlik

    Полностью »