HAŞİYƏ

is. [ ər. ]
1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi.
– Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. M.S.Ordubadi.
Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal.

// Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq.
// Çərçivə.
2. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. Kitabın haşiyəsi.
// Həmin ağ yerdə yazılmış yazı, qeyd.
3. məc. Əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı.
Hə, hə – deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. M.İbrahimov.

□ Haşiyə çıxmaq – mətləbdən kənara çıxmaq, əsas məsələni qoyub başqa şeylərdən danışmaq, ya yazmaq.
Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram. C.Məmmədquluzadə.
O, bir şəlalədir axır ürəkdən; Burda bir haşiyə çıxmalıyam mən. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAŞİYƏ HAŞİYƏ kimi ..stullara əyləşmiş, kimi narahat halda ayaq üstə duraraq divara və ya pəncərə haşiyəsinə söykənmişdi (M
  • HAŞİYƏ kənar — köbə — qıraq
HAŞALAMAQ
HAŞİYƏLƏMƏ
OBASTAN VİKİ
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Haşiyəli parabüzən
Haşiyəli parabüzən (lat. Coccinula sinuatomarginata Fabr.) — Mənənələrlə qidalanır. == Biologiyası == Mənənələrlə qidalanır. Sutkalıq aktivliyi izlənərkən aydın olmuşdur ki, əsasən səhərlər və axşamçağılar dah fəal olurlar. İsti yay günlərində sükunət halı keçirirlər. Qanadüstlüyü qara olub, əsasən hər tərəfdə 2 bütöv və çiyninə yaxın hissədə bir ədəd yarımçıq sarı nöqtələri var. Böyüklüyü 3-3,5 mm-dir. Bığcığı buğumlu olub, uc hissəsi toppuzvaridir. Baş hissə sarımtıl olub, gözlər aydın nəzərə çarpır. == Yayılması == Qərbi Avropada, Kiçik Asiyada, İranda, (Mərənd) və Qafqazda yayılmışdır.
Haşiyərud (Xoy)
Haşiyərud (fars. حاشيه رود‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.

Digər lüğətlərdə