heykəl-büst

heykəl-büst
heykəl-abidə
heykəl-fiqur
OBASTAN VİKİ
Büst
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.
Heykəl
Heykəl — Təsviri incəsənətin bir növü, əsərləri həcmli formaya malikdirlər, bərk və ya plastik materialdan hazırlanır. Heykəllərin əsas janrları — həcmli portret, tarixi, məişət, simvolik, alleqorik təsvirlər və heyvanların təsvirlərinin verilməsidir. Heykəllərin bədii hazırlanması — həcmli formanın verilməsi, plastik modelləşdirilmə, siluetin hazırlanması və hətta heykəlin rənginin verilməsi sayılır.
Aşşurbanipal (heykəl)
Aşşurbanipal abidəsi və ya Aşşurbanipal heykəli olaraq da bilinən Aşşurbanipal — aysor kökənli Fred Parhadın yaratdığı bürünc heykəldir. Heykəl ABŞ, Kaliforniyada San-Fransisko Mədəniyyət Mərkəzində yerləşir. Heykəl 4.6 m hündürlüyüyndədir və Assuriya kralı olan Aşşurbanipalın şərəfinə adlandırılmışdır. Heykəlin sifarişçisi Assuriya İncəsənət Fondudur və heykəl hazır olduqdan sonra 1988-ci ildə aysorların adından San-Fransisko şəhərinə hədiyyə edilmişdir. Heykəlin hazırlanması üçün 100000 dollar vəsait sərf olundu və o, Aşşurbanipalın ilk "böyük" heykəli oldu. Rəhbərliyi San-Fransisko şəhər və bölgə idarəçiliyinə və San-Fransisko İncəsənət Komissiyasına aiddir. Fred Parhad yerli aysorların tənqidlərinə məruz qalmışdı. Beləki, onlar Aşşurbanipalın əlində gil kitabə və şir tutmasını, həmçinin ətək geyinməsini Aşşurbanipala yaraşmayan bir hərəkət kimi qəbul edirdilər. Tənqidçilər heykəlin Şumer kralı olan Gilqameşə daha çox bənzədiyini bildirirdilər. "Alim və özünü ifadə edə bilən Assuroloq" Reni Kovaks, heykəlin birbaşa hansısa hökmdarı deyil, ümumi Mesopotamiyanı "təmsil edən fiqur" olduğunu düşünürdü.
Bafomet (heykəl)
Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir. == Tarixi == 2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır. İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq. 25 iyul 2015-ci ildə heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır. “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır. “Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar.
David (heykəl)
David (it. Il David) — 1501–1504-cü illərdə italyan rəssam, heykəltaraş və memarı Mikelancelo Buonarotti tərəfindən yaradılmış İntibah dövrünün şah əsərlərindən biridir. Ağ mərmərdən hazırlanmış heykəl 5.17 metr (17.0 ft) hündürlüyündə çılpaq kişinin təsviridir. Əsərdə Florensiya incəsənətinin sevilən mövzularından biri olan, Bibliya qəhrəmanı David təsvir edilmişdir. Əslində Florensiya kafedralının damının şərq küncündə yerləşdirilməsi nəzərdə tutulan heykəl, Florensiya şəhər hökumətinin yerləşdiyi Palaçço Vekkonun qarşısında ucaldılmış, 8 sentyabr 1504-cü ildə açılışı olmuşdur. Təsvir edilən qəhrəmanın xarakterindən irəli gələrək, əsərdə, bütün tərəflərdən rəqib dövlətlərlə əhatələnmiş və Mediçilərin hegemoniyası təhlüksəinə məruz qalan müstəqil şəhər dövlət olan Florensiya Respublikasında formalaşdırılmış vətəndaş hüquqlarının müdafiəçisi obrazı simvolizə edilmişdir. Davidin qəzəbli şəkildə bərəlmiş gözləri Romaya doğru istiqamətlənmişdir. 1873-cü ildə heykəl yerindən götürülərək Florensiyadakı Təsviri Sənətlər Akademiyasına yerləşdirilmiş və yerinə sonradan düzəldilmiş bir nüsxəsi qoyulmuşdur. == Tarixi == === Erkən çətinliklər === Heykəlin tarixi 1501–1504-cü illərdə Mikelancelonun onu hazırlamasından əvvəl başlanır. Mikelancelonun bu işə cəlb edilməsindən əvvəl, əksəri Florensiyanın məşhur ipək gildiyası Arte della Lananın üzvlərindən ibarət olan, Florensiya kafedralının ofis işləri üzrə müfəttişləri "Santa Maria Del Fiore" kafedralı üçün Əhdi-Ətiq qəhrəmanlarının 12 iri heykəlini sifariş etmək istəyirdilər.
Hörümçək (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Kora (heykəl)
Kora (yun. κόρη, hərf. qız; cəm koray) — gənc yaşda olan qadın fiqurlarını təsvir edən və Arxaika dövrünə aid müstəqil qədim Yunanıstan heykəltəraşlıq növünə verilən müasir termin. Kuros kora heykəllərinin gənc kişi ekvivalentidir. Koralar emosiyasız təmkinli "arxaik təbəssüm" nümayiş etdirir. Bu, dünyanın çətinliklərini aşan idealın simvolu idi. Çılpaq kuroslardan fərqli olaraq, koralar qalın və bəzən mükəmməl işlənmiş geyimlərlə təsvir edilmişdir. Dəb dəyişdikcə onların üzərində təsvir edilən geyim növü də dəyişdi. Vaxt keçdikcə koralar ağır peplosdan xiton kimi daha yüngül geyimlərə keçmişdir. Onların duruşu bəzən uzadılmış qol ilə təsvir edilir, sərt və sütuna bənzəyən formadadır. Bəzi koralar geyimlərin vizual təsirini artırmaq və narrativ məqsədləri üçün rəngarəng rəngə boyanmışdır.
Albaniya Ana (heykəl)
Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl. == Təsviri == Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir. Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır. Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət‎) yazılmışdır. Heykəl betondan hazırlanıb. == Tarix == Heykəl 1971-ci ildə ucaldılmışdır.
Azad qadın (heykəl)
"Azad qadın" heykəli — Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Heykəl, Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanmışdır. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir. == Tarixi == "Azad qadın" heykəltaraş Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti deyildi. Belə ki, sənətkar hələ 1951-ci ildə "Azərbaycan qadını" adlı heykəl işləmişdi. Bu heykəldə Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını müstəqil və güclü iradəyə malik zəngin şəxsiyyət kimi tərənnüm edir. Sənətkarın yaşadığı dövrün Azərbaycan qadınlarına xas olan səmimilik, daxili iradə və cazibədarlığı əks etdirən bu heykəl əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan mili geyimli qadın obrazını ifadə edir. 1957-ci ildə sənətkar ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir. Bu heykəl "Azadlıq" adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü bildirirlər.
Bürünc atlı (heykəl)
Bürünc atlı (rus. Ме́дный вса́дник) — I Pyotrun Sankt-Peterburqda yerləşən atlı heykəlidir. Heykəl İmperatriça II Yekaterinanın sifarişi ilə fransız heykətəraş Etyen Moris Falkone tərəfindən hazırlanmışdır. Heykəlin adı A.S.Puşkin tərəfindən 1883-cü ildə yazılmış və rus ədəbiyyatının ən geniş yayılmış poemalarından biri olan "Bürünc atlı" poemasından gəlmişdir. Hazırda "Azadlıq heykəli" Nyu-Yorkun simvolu olduğu kimi, "Bürünc atlı" heykəli də Sankt-Peterburqun simvoludur (hər iki heykəl fransız mənşəli heykəltaraşlar tərəfindən hazırlanmışdır). Heykəlin pyedastalı insan tərəfindən tərpədilmiş ən böyük daş olan "Şimşək daşı"dır. == Tarixi == I Pyotrun atlı heykəlinin modeli heykəltaraş Etyen Falkone tərəfindən 1768–1770-ci illərdə hazırlanmışdı. Heykəlin başı heykəltaraşın tələbəsi Mari Ann Kollo tərəfindən işlənmişdir. İlanı Falkonenin ağlına Fyodor Qordeyev salmışdı. Heykəlin tökülməsi Petroviç Vasili Yekimovun rəhbərliyi altında həyata keçirilmiş və 1778-ci ildə tamamlanmışdı.
Dədə Qorqud (heykəl)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Kəllə vurma (heykəl)
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb və hündürlüyü 5 metrdir. == Yaranma səbəbi == Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur. Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu. == Nümayişi == Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib. Daha sonra heykəl Qətərə gətirilib. Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb.
Poladdan adam (heykəl)
Poladdan adam — MKK personajı olan Toni Starkın "Final" hadisələri zamanı qəhrəmancasına həlak olmasını əbədiləşdirmək üçün İtaliyanın Toskana regionunun Lukka əyalətindəki Forte-dei-Marmi şəhərində ucaldılmış heykəltaraşlıq abidəsidir. Müasir İtaliya memarı Daniel Basso tərəfindən hazırlanmış heykəl şəhərin Via-Kardukki küçəsində ucaldılmışdır. Heykəl 2019-cu ildə heykəltaraş Daniel Basso tərəfindən Forte-dei-Marmi şəhərindəki "Fortino Lorenese" qalereyasında baş tutan "Oltre Verso" adlı sənət sərgisində nümayiş etdirilmək üçün hazırlanmışdır. Sərginin hazırlanmasından sonra şəhər rəhbərliyi heykəlin Via-Kardukki küçəsində ucaldılmasına qərar vermişdir. "Polad adam" ləqəbi populyar mədəniyyətdə daha çox DC Comics personajı olan Supermenə aid edilsə də, Dəmir adama həsr olunmuş heykəlin hazırlanmasında istifadə edilən materiala istinad edən müəllif, əsərini "Poladdan adam" adlandırmışdır. 4 metr hündürlüyə malik heykəl Dəmir adamı ikonik superqəhrəman enişi pozasında təsvir edir.
Proserfinanın Qaçırılması (heykəl)
Proserfinanın Qaçırılması (it. Ratto di Proserpina) — italyan heykəltəraşı, rəssam və memarı Covanni Lorenso Bernini tərəfindən 1621–1622 illər arasında, özünün karyerasının erkən dövrlərinə təsadüf etsə də ən məşhur heykəllərindən sayılan, barokko üslubuna aid heykəl. Berninin 23 yaşında olarkən bitirdiyi heykəl, qədim yunan-roma mifologiyasına görə Demetrayla Zevsin qızı, Persefonanın, yeraltı dünyasının tanrısı hesab olunan Pluton tərəfindən yer altına qaçırılmasını özündə əks etdirir.
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. Rezin ördəklərin ölçüləri fərqlidir.
Yorkşir Heykəl Parkı
Yorkşir Heykəl Parkı (ing. Yorkshire Sculpture Park) və ya qısaca YHP (ing. YSP) — İngiltərənin Vest-Yorkşir qraflığında, Vest-Bretton prixodunda, Ueykfild şəhəri yaxınlığında yerləşən açıq hava qalereyası. Muzey kompleksində Henri Mur və Barbara Hepuort kimi britaniyalı və ya beynəlxalq sənətkarların əsərləri sərgilənir. Qalereyada sərgilənən Murun əsərlərindən ibarət kolleksiya sənətkarın Avropadakı ən böyük sərgisidir. Heykəl parkı Bretton Holl park ərazisini əhatə edir və Vest-Yorkşir ilə İst-Yorkşir qraflıqları arasında yerləşir. Park XX əsrin ortalarına kimi bir ailənin evi olmuş, daha sonra kollecə çevrilmiş Bretton Hollun yaxınlığında yerləşir. Park ərazisində follilər, gözəl təbiət mənzərələri və XVIII əsrdən qalma memarlıq abidələrini görmək mümkündür. Bundan başqa burada maral parkı və maral qoruğu (ABŞ heykəltəraşı Ceyms Tarrell tərəfindən mənimsənilib), buz evi və kameliya evi yerləşir. Bəzi sənətkarlar öz əsərlərini bu parkda yaratmışdırlar.
Sülh ağacı (heykəl)
"Sülh ağacı" abidəsi Bakı şəhərində yerləşir. Abidə 17 may 2015-ci il tarixdə üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində qoyulmuşdur. “Sülh ağacı” abidəsinin müəllifi YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Serdir. Abidənin quruluşunda təbiətdən ilhamlanan sevgi və ümid dolu səmaya ucalan əllər təsvir olunub. “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul edilir, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir. “Sülh ağacı”, həmçinin YUNESKO-nun tolerantlıq, sülh simvolu hesab olunur.
Kiçik su pərisi (heykəl)
Kiçik su pərisi (dan. Den lille Havfrue) – Danimarkanın Kopenhagen şəhərindəki qayanın üzərində nümayiş etdirilən heykəl. == Haqqında == Hündürlüyü 1,25 metr və çəkisi 175 kiloqramdır. Heykəl 1960-cı illərin ortalarından bəri müxtəlif səbəblərdən dəfələrlə zədələnmiş və deformasiyaya uğramış, lakin hər dəfə bərpa edilmişdir. == Tarixi == Heykəltəraş Edvard Eriksen 23 avqust 1913-cü ildə açılışı olan bürünc heykəli yaratmışdır. Balerina çılpaq şəkildə modelləşdirməyə razı olmadığı üçün heykəltaraşın həyat yoldaşı Eline Eriksenin bədən fiqurlarından istifadə olunmuşdur.
Sabine Qadınının Qaçırılması (heykəl)
Sabine Qadınının Qaçırılması (it. Ratto delle Sabine) — Florensiyalı heykəltaraş Cambolonyanın ən məşhur əsəri.
Əli və Nino (heykəl)
Sevgi heykəli: Əli və Nino (gürc. სიყვარულის ქანდაკება: ალი და ნინო) — Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşən heykəl. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb. Heykəlin müəllifi olan heykəltaraş Tamar Kvesitadze əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisi üçün abidə ucaltmaq istədiyini bildirib. Əli və Nino romanı ilk dəfə 1937-ci ildə Vyanada, alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilinə tərcümə olunub. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variant hesab olunur.
Nizami Gəncəvinin heykəl və abidələri
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Qələbə meydanında Leninqradın müdafiəçilərinə abidə (rus. Монумент героическим защитникам Ленинграда) — 1941–1943-cü illərdə Leninqradın blokadası zamanı Leninqradı müdafiə etmiş Qızıl Ordu hərbçilərinin şərəfinə ucaldılmış monumental heykəltaraşlıq kompleksi. Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidənin ucaldılması ideyası hələ Böyük Vətən Müharibəsi illərində meydana gəlmişdi, lakin abidənin inşasına yalnız otuz il sonra, şəhərin düşmən qüvvələrin blokadasından tamamilə təmizlənməsindən sonra başlanmışdır. Abidənin inşa ediləcəyi yer 1960-cı illərdə seçilmiş, kompleksin Sredniy Roqatki meydanında ucaldılması qərarlaşdırılmış, 1962-ci ildə meydan Qələbə meydanı adlandırılmışdır. Abidə üçün yer təsadüfən seçilməmişdi. Müharibənin ilk günlərindən Moskva prospekti cəbhə yolu olmuş və bu prospektlə xalq qüvvələri, texnika və hərbi birləşmələr hərəkət etmişlər. Məhz bu ərazinin yaxınlığından müdafiə xətti keçirdi. Sredniy Roqatki meydanının özündə xəndəklər qazılmış, tank əlehinə qurğular yerləşdirilmişdi. 1945-ci ildə Böyük Vətən Müharibəsinin başa çatmasından sonra müharibədən qayıdan qvardiya döyüşçülərini qarşılamaq üçün məhz burada müvəqqəti triumfal arka inşa edilmişdi. Kompleks əhalinin verdiyi bəxşişlər hesabına inşa edilmişdi.