HOPPANMAQ

f.
1. Atlanmaq, tullanmaq, sıçramaq, atılmaq.
Sanki canavar bir adamın üstünə hoppanmaq və qanını sormaq istəyirdi. M.S.Ordubadi.
Nökər birdən hoppanıb, İsrafilin belindən yapışdı… M.Hüseyn.

// məc. Çox sevinmək, şadlığından özündən çıxmaq, atılıb-düşmək (bəzən “sevincindən”, “şadlığından” sözləri ilə).
Orxana elə gəldi ki, bu qızın işi-peşəsi dağ keçisi təki qayalara dırmaşmaq, daşdan-daşa hoppanmaqdır. İ.Məlikzadə.

2. Bir şeyin üstündən atlanıb keçmək; aşmaq, atlanmaq, sıçramaq. Arxın üstündən hoppanmaq.
[Hatəmxan ağa:] Rüsxət verməsəm [Şahbaz bəy] atılar, minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? M.F.Axundzadə.
Baxın, hər qapıda bir tonqal yanır; Uşaqlar hoppanır od-alov üstdən. S.Vurğun.

Синонимы

  • HOPPANMAQ döyünmək — çırpınmaq
  • HOPPANMAQ atılmaq — tullanmaq — sıçramaq
  • HOPPANMAQ HOPPANMAQ Sərçə yoldaşlarının sözlərindən utandı; Uçub budaqdan birbaş; Gölməçəyə hoppandı (M.Rzaquluzadə); ATILMAQ Zərif geri atıldı (Ə

Этимология

  • HOPPANMAQ Əsli hoplanmaq kimidir, “hop deyib atılmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HOPPANMA
HOR

Значение слова в других словарях