HƏCƏMƏT

is. [ ər. ] Xalq təbabətində: xəstə adama küpə salıb qan almaqdan ibarət müalicə üsulu, habelə müalicə məqsədilə qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət.
Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı … çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev.
Kəndin bir kişisi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. S.S.Axundov.

Синонимы

  • HƏCƏMƏT HƏCƏMƏT (təbabətdə müalicə məqsədi ilə işlədilən əşya, qab, banka) Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sah

Этимология

  • HƏCƏMƏT Ərəbcədir, sinonimi farsca “badkeş”dir. Bizdə sorğu (soğmaq feilindəndir) işlədilib. Sor-ğu qəlibi üzrə yaranıb (sormaq feili soğmaqdan əmələ gəlib)
HƏCC
HƏCM

Значение слова в других словарях