HƏKK

is. [ ər. ] Hər hansı bir material (metal, ağac, daş, şüşə və s.) üzərində metal qələmlə çuxur və ya qabartma şəklində açılmış naxış, yazı və s.; oyma.
□ Həkk etmək – həmin üsulla bir şeyin üzərində naxış açmaq, yazı yazmaq.
[Cahandar ağa] elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. İ.Şıxlı.

Həkk olunmaq1) həmin üsulla naxış açılmaq, yazı yazılmaq;
2) məc. Həmişəlik qalmaq, unudulmamaq (zehnində, qəlbində və s. sözlərlə).
Elə bil qızın bütün xüsusiyyəti, boybuxunu Şahmarın qəlbində həkk olunmuşdu. B.Bayramov.
Qayalara həkk olmayan söz itər; Bu bahardan o bahara iz itər. M.Araz.

Синонимы

  • HƏKK oyma — naxış
HƏKİMLİK
HƏKKAK
OBASTAN VİKİ
Əl-Həkkam
Əl-Həkam (ər. الحكم) — Allahın adlarından biri.

Значение слова в других словарях