HƏQQ

[ ər. ] bax haqq2 1-ci mənada.
[Rəsul:] Qadir həqdən mən bir dilək dilədim; Şükür, muradımı verdi, ah, mənim. Aşıq Qərib”.
Gecə-gündüz budur həqdən diləyim; Hifz eyləsin yaman bəladan səni. Q.Zakir.

HƏQİRANƏ
HƏQQANİYYƏT
OBASTAN VİKİ
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əl-Həqq
Əl-Həqq (ər. الحقّ) — Allahın adlarından biri.
Sövməəyi-Həqq (Sərab)
Sövməəyi-Həqq (fars. صومعه حق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (27 ailə).
Ziya Ül Həqq
Məhəmməd Ziyaülhaqq (12 avqust 1924[…], Calandhar[d], Britaniya Hindistanı – 17 avqust 1988[…], Bahavalpur, Pəncab) — Pakistanın altıncı prezidenti. Pakistanda, seçki ilə hakimiyyətə gələn Zülfiqar Əli Bhuttonu 1977-ci ildə hərbi çevrilişlə devirən generaldır. 1979-cu ildə Bhutto edam edilmişdir. Şəriət nizamını elan edən Ziyaülhaqq 1988-ci ildə ABŞ səfirinin və qərargahlarınında olduğu təyyarənin salınması nəticəsində həyatını itirənə qədər rəhbərlikdə qalmışdır. Ölümündən sonra seçkiləri açıq fərqlə qazanan Zülfiqar Əli Bhuttonun qızı Bənazir Bhutto baş nazir olmuşdur.
Qafar Həqqi
Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908, اردبیل – 22 mart 1992) — aktyor, Azərbaycanın Əməkdar artisti. Akademik Milli Dram Teatrının aktyoru.
İsmayıl Həqqi
İsmayıl Səməd oğlu Həsənzdə (1884, Tiflis – 1938) — mühərrir, mürəttib, aktyor. == Həyatı == İsmayıl Həqqi 1884-cü ildə Tiflisdə anadan olub. Onun adı ilk Azərbaycan mürəttibləri olan Allahverdi Feyziyev, Paşa Məmmədov, Müslüm Bağırov və Ələsgər Məmmədov ilə yanaşı çəkilir. İsmayıl Həqqi əmək fəaliyyətinə "Şərqi-Rus" mətbəəsində başlayıb. Sonralar o, bu nəşriyyatın bazasında yaradılmış "Qeyrət" və "Molla Nəsrəddin" mətbəələrində mürəttib olaraq fəaliyyətini davam etdirmişdir. Əslən Tiflisdən olan görkəmli ziyalı, tanınmış alim Lomonosov adına Moskva Dövlət Universitetinin professoru mərhum Əziz Şərif xatirələrində yazır: "İsmayıl Həqqi Azərbaycanca və farsca mükəmməl savad sahibi olmaqla bərabər, öz istedadı və səyi nəticəsində ruscanı da yaxşı mənimsəmişdi. Öz ictimai və mədəni fəaliyyətini, insanlarla rəftarı, dostlara sədaqəti, bütün həyatı ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı idi. Onun balaca mətbəəsi də maarif və mədəniyyət ocağı hesab edilirdi". Ürəyi vətən və millət sevgisiylə çarpan Molla Nəsrəddinçi İsmayıl Həqqi həm də istedadlı aktyor olub. O, Tiflisdə fəaliyyət göstərən Azərbaycan teatrının tamaşalarında biri-birindən maraqlı obrazlar yaradıb.
Aylar Həqqi
Aylar Həqqi ― 2022-ci il İran etirazlarında Təbrizdə baş tutmuş aksiyada İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş tələbə. Hökumət rəsmiləri və mediası onun öldürülməsini inkar edərək hündürlükdən yıxıldığını iddia ediblər. Əvvəlcə ailəsinə Ayların intihar etdiyini söyləmələri üçün təzyiq göstəriblər. Ailəsi bunu qəbul etmədikdən sonra isə atası təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təzyiq vasitəsi kimi ailəsinə 2 gün ərzində onun nəşini verməyiblər və onun doğulduğu Məlikkəndə dəfninə icazə verməyiblər. Aylar Həqqinin dəfni və 40 mərasimi vətəndaşların iştirakı ilə Vadi rəhmət qəbiristanlığında baş tutub. İştirakçılar hökumət əleyhinə "Biz hamımız Aylarıq, mübarizə davam edir", "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan yatmayıb, Aylar qanı batmayıb" kimi şüarlar səsləndiriblər. Hər iki mərasim təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə dağıdılıb. Onlarla insan döyülüb və həbs olunub. Aylar Həqqi öldürüldükdən sonra Şərqi Azərbaycan ostanında etirazlar şiddətlənib.

Значение слова в других словарях