Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əs-Səlam
Əs-Səlam (ər. السلام) — Allahın adlarından biri. Özü hər cür nöqsandan uzaq olub, bəndələrini də çirkinlik, qüsur və fəlakətlərdən xilas edib las edib əmin-amanlığa çıxaran deməkdir. Həzrət Peyğəmbərin (s) hər namazdan sonra “Allahummə əntəs-salam va minkəs-salam – Allahım Sənsən Salam və Səndəndir salamatlıq” dediyi rəvayət olunur. Həmçinin, Allah Rəsulu (s) “Salamı aranızda yayın” buyuraraq, insanlara ən gözəl duanı öyrətmişdir. Kiməsə “Salamun aleykum” söylədikdə, “Allahın əmin-amanlığı, qoruyuculuğu və mühafizəsi sənin üzərinə olsun” - deyirik. Eyni zamanda birinə salam verdikdə, həmin şəxsə “Məndən qorxma, sənə heç bir ziyanım dəyməz” ismarıcını yollayırıq. Qurani-Kərimdə buna dəfələrlə işarə edilmişdir: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”; “...Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın...”. == Mənbə == Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
I Səlamət Gəray
I Səlamət Gəray (1558 – 1610) — 1608–1610-cu illər arasında Krım xanlığının hökmdarı idi. 1601-ci ildə Krım xanlığı daxilindəki daxili mübarizələrə görə Osmanlı imperiyasında qaçqın olaraq yaşamışdır. Daha sonra 1610-cu ildə Krımda öldü. Onun hakimiyyəti I Əhməd dövrünə təsadüf edir.
Əs-Səlamə
Əs-Səlamə (ərəb. السلامة‎) — Suriyada, Hələb mühafəzəsində Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. Kəndin əvvəlki adı "Sucu"dur. 2004-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 269 ailədə 728 nəfəri kişilər və 680 nəfəri qadınlar olmaqla cəmi 1.408 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 45 km şimalda, Əzaz şəhərindən şimali–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə olduqca yaxın (2–3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 560–570 metr hündürlükdə yerləşir. == İstinadlar == == Xarici keçidlər == Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953-cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
II Səlamət Gəray
II Səlamət Gəray (1691 – 1751, Bolqarıstan) — XXXVII Krım xanı.Krım xanı I Səlim Gərayın oğludur. Atasının vəfatından sonra sırayla qardaşlarının səltənətlərini gördü. Qardaşı I Qaplan Gərayın səltənətində Perekop qalasının idarəsinə gətirildi. Digər qardaşı II Məngli Gərayın səltənətində isə əvvəlcə nurəddin, daha sonra isə kalqay ünvanı aldı. Onun ölümünün ardından 1740-cı ilin yanvarında Krım xanlığına gətirildi. Qardaşı Qazi Gərayın oğlu Əzəməti kalqay, digər qardaşı Məngli Gərayın oğlu Toxtamışı isə nurəddin təyin etdi. Səlamət Gəray taxta çıxdığı dövrdə başda Bağçasaray olmaqla, Krımın bir çox iri şəhərləri ruslar tərəfindən darmadağın edilmişdi. Atasının topladığı böyük kitabxana yandırılmış, məscidlər yararsız hala salınmışdı. Bu səbəblə ilk iş olaraq bütün xanlıq ərazisində yenidən qurma işlərinə başlayan Səlamət Gəray qısa zamanda paytaxt Bağçasarayı abadlaşdırdı. Xarici siyasətdə rus təsirini azaltmaq məqsədilə isveçlilərlə ittifaq qurmaq niyyəti olsa da, Rusiya ilə müharibəyə girişməkdən çəkinən Osmanlı sultanı bu ittifaqa qarşı çıxdı.
Riyad Səlamə
Riyad Tofiq Səlamə (ərəb. رياض توفيق سلامة‎ Riyāḍ Tawfīq Salāma; 17 iyul 1950, Əntilyas, Cəbəl Lübnan mühafəzəsi[d]) — 1993-cü ilin aprelindən 2023-cü ilin iyuluna qədər vəzifədə olmuş Livanın mərkəzi bankının keçmiş rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. == Sözün tarixi == Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir == Yəhudilərdə Salam == Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Cevat Selam
Cavad İslam Əli oğlu Salamov (türk. Cevat Selam) — Azərbaycan və Türkiyə alimi. == Həyatı == Cavad Salamov (Cevad Selam)12 oktyabr 1946-cı ildə Bakı şəhərində doğulmuşdur. 1964 cü ildə Bakıdakı 199 saylı orta məktəbi bitirmiş, Həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 2-ci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakultəsinə oxumağa göndərilmişdir. 1971 ci ildə həmin Universiteti bitirən Cavad Salamov Moskva şəhərinin Dubna Qəsəbəsində yerləşən Atom Nüvə Araşdırmaları İnstitutunda aspiranturaya başlamış və 1971-ci ildə "Deformasiyalı Nüvələrdə Maqnetik Dupol Təsirləri" mövzusunda elmi işini müdafiə etmiş və 1977-ci ildə "Atom Nüvələrində İzovektor Təsirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda işləmişdir. 1988-ci ildə başlayan Azərbaycanın Milli Azadlıq Hərəkatında ön sıralarda yer almış, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olmuşdur. 1996-cı ildə Kütahya Dumlupınar Universitetinə dəvət edilərək Fizika bölməsində Professor olaraq 2002-ci ilə qədər fəaliyyət göstərmişdir. 2002-2011-ci illərdə Eskişehir Anadolu Universitetində elmi fəaliyyətini davam etdirmişdir.
Aqus Səlim
Aqus Səlim (8 oktyabr 1884, Bukittinqqi[d], Qərbi Sumatra – 4 noyabr 1954, Cakarta) — İndoneziyanın milli qəhrəmanı, İndoneziya siyasi xadimi. İndoneziyanın müstəqillik uğrunda mübarizənin fəal iştirakçısıdır. 1945-ci ildə İndoneziya Konstitusiyasının hazırlanmasında iştirak etmiş, 1947-ci ildən 1949-cu ilədək İndoneziyanın xarici işlər naziri vəzifəsində çalışmışdır. Sarekat İslam partiyasının liderlərindəndir.
Ağcaqala (Səlim)
Ağcaqala — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 48 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 18 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 859 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Cəli kənd cəmiyyətinin Ağcaqala kəndində 178 nəfər əhali yaşayırdı, onların hamısını etnik qarapapaqlar təşkil edirdi.
Dilarə Səlim
Dilarə Hamlet qızı Səlim (15 avqust 1968, Bakı) — Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist. == Həyatı == Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib.
Heydərbabaya salam
Heydərbabaya salam — məşhur Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı poema. Heydərbaba ildırımlar çaxanda Sellər,sular şaqıllayıb axanda Qızlar ona səf bağlayıb baxanda Salam olsun Şövkətüzə,elüzə Mənim də bir adım gəlsin dilüzə... == Poema haqqında == Poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. "Heydərbabaya salam" əsəri 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər. Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınmışdır. Sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Poema iki hissədən ibarətdir.
Hərbi salam
Hərbi salam — hərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir — birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkəti. == Hərbi salamın tarixi == Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular. Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu. Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi. Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Salam Aydınbəyov
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951) == Həyatı == Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır.Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir.1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.1942-ci ildə Moskvada Ali Partiya Məktəbini bitirərək Bakıya qayıdan Salam Aydınbəyov Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölməsinin müdiri vəzifəsinə yüksəlmişdir. Bir aydan sonra həmin vəzifədən azad edilmiş, Azərbaycan K(b)P Xaçmaz Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. 1942-ci ilin sentyabr ayında Dağıstana Əziz Əliyevin sərəncamına ezam olunanadək bu vəzifədə çalışmışdır.
Salam Məmmədəliyev
Salam Vamiq oğlu Məmmədəliyev — Azərbaycan televiziya rejissoru. == Həyatı == Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. "O olmasın, bu olsun" tamaşasında "qoçu Əsgər, "Kuraj ana"da keşiş və gənc vəkil obrazlarında iştirak edib. 1998-2000-ci illərdə AzTV-də "Tələbə klubu" verilişində rejissor assistenti, 2000-2002-ci illərdə isə Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, "Jazz time" verilişində rejissor assistenti və rejissor olaraq çalışıb. Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə onun obrazını ifa edib. 2005-ci ildən İctimai televiziyada rejissor, 2010-cu ildən isə quruluşçu rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olmuşdur. Hazırda "Ozan məclisi" və "Ustad dərsi" kimi musiqi verilişlərinin rejissorudur.
Salam Məryəm
Salam Məryəm ( lat. Ave Maria ) İsanın anası Məryəmə ünvanlanan ənənəvi xristian duasıdır. Dua Lukanın İncilində təsvir olunan iki bibliya epizoduna əsaslanır: Mələk Cəbrayılın Məryəmə ziyarəti ( Elan ) və Məryəmin Vəftizçi Yəhyanın anası Elizabetə sonrakı ziyarəti ( Ziyarət ). Salam Məryəm, Theotokos (Allahın Anası) olaraq qəbul edilən Məryəm üçün həmd və ona müraciətdir. 16-cı əsrdən bəri, Katolik Kilsəsində istifadə edilən dua versiyası onun şəfaəti üçün müraciətlə sonlanır. Duanın müxtəlif adət-ənənələrdə çeşidli versiyaları var və tez-tez musiqi olaraq bəstələnir. Latın kilsəsində Salam Məryəm Angelus və Rozari kimi digər duaların əsasını təşkil edir. Şərq Pravoslav Kilsələrinin məzmurunda Theotokion Allahın Anasına həmd etmək üçün həsr edilmişdir. Şərqi pravoslav kilsələri Theotokiondan başqa, həm yunanca, həm də tərcümələrdə tez-tez fərdi dua üçün Salam Məryəmə (Məryəmin şəfaəti üçün açıq tələb olmadan) olduqca oxşar bir duaya malikdirlər. Şərqi Katolik Kilsələri öz ənənələrinə əməl edirlər və ya Lüteranlar, Anqlikanlar, Müstəqil Katoliklər və Köhnə Katoliklər kimi tarixən Katolik Kilsəsi ilə əlaqəli bir çox digər Qərb qrupları tərəfindən də istifadə edilən Latın Kilsəsi versiyasını qəbul edirlər.
Salam Qədirzadə
Salam Qədirzadə (10 aprel 1923, Bakı – 15 noyabr 1987, Bakı) — Məşhur Azərbaycan yazıçısı, dramaturq.Azərbaycanın məşhur alimi, professor, tanımış ictimai xadim == Həyatı == Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı. 1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır. 1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.
Salam Salamzadə
Salam Əbdülqasım oğlu Salamzadə (23 fevral (7 mart) 1908, Bakı – 12 may 1997, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq rəssamı (1982). Salam Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Hal-hazırda Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. == Həyatı == Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olmuşdur. O 10 yaşında olarkən anası Xədicə xanım vəfat edir. Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir.
Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair. == Həyatı == Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. == Yaradıcılığı == "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.
Salam kədər
"Salam, kədər!" (fransızca: "Bonjour tristesse") əsəri 1954-cü ildə Fransua Saqan (Françoise Sagan) tərəfindən yazılmışdır. Romanın başlığı Pol Elardın (Paul Éluard) "Sağol, kədər/Salam, kədər" misraları ilə başlayan şeirindən götürülmüşdür (şeirin adı: "À peine défigurée"). 1958-ci ildə Otto Preminger tərəfindən romana ingilis dilli film çəkilmişdir. Bu romanı müəllif 18 yaşında olarkən yazmışdır və roman qısa müddət ərzində oxucular arasında böyük rəğbət hissi ilə qarşılanmışdır. Kitab 30-dan artıq dilə tərcümə olunmuş, 5 milyondan çox nüsxəsi satılmışdır. Əsərin baş qəhrəmanı Sesilya (Cécile) bütün gənclərin idoluna çevrilmişdir. Le Monde qəzetinin 1999-cu ildə tərtib etdiyi "XX əsrin 100 kitabı" siyahısında bu əsərə də rast gəlmək mümkündür.
Salam məscidi
Salam məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tarixi == XIX əsrdə inşa edilməsi qeyd olunur. Fatmayı kəndinin mərkəzindən keçən Cəlil Cavadov küçəsinin sol tərəfində yerləşir. Hazırda fəaliyyət göstərmir.
Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan == Filmoqrafiya == Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Salam İsmayılov
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan == Filmoqrafiya == Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Sultan Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Səlim (Urmiya)
Səlim kəndi (fars. سليم كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (16 ailə).
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Sezam
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Şlam
Şlam - dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir. == Buruq şlamlar == Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma,əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər. == Şlam töküntüləri == Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.
Selam Söyleyin (mahnı)
Selam Söyleyin - azərbaycanlı müğənni Almaxanımın mahnısıdır. 2020-ci ildə ifa etdiyi sinql. Mahnı türk mediasında da yayınlanmışdır. == Yaradıcı heyət == Söz: Murad Zeynal Bəstəkar: Murad Zeynal Aranjeman: Elvin İmanov Miks/Masterinq: Bəxtiyar Həsən Rejissor. dr.
Le-Şelas
Le-Şelas (fr. Le Cheylas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38100. Kommunanın 2012-ci il üçün əhalisi 2680 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 240 ilə 1 202 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.