1. Paxıllıq.
Onun saf qəlbində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki, bir xəyanət var.
Bu kəndin yeri, torpağının yetirdiyi məhsul qonum-qonşu kəndlərin həsədinə səbəb olardı.
□ Həsəd aparmaq (etmək, çəkmək) – paxıllıq etmək, paxıllığını çəkmək.
Hər kəs eşqimizə həsəd aparsın; Hər kəs hüsnümüzün olsun heyranı!
Hamının gözü Nəcəfdə idi. Ona həsəd edənlər də vardı.
Dostum, doğrudan da, qəribədir, sən; Mənim taleyimə həsəd çəkirsən.
2. Həsədlə şəklində zərf mənasında.
Elə ki, köksünə sıxır qarmonu; Oğlanlar ona bir həsədlə baxır.
[Qəndab:] Qız həsədlə köksünü ötürür, öz bəxtindən şikayət edirdi.