HƏZƏR

is. [ ər. ] Saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə. Ondan həzər! (ondan özünü qoru! uzaq ol!).
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! M.Ə.Sabir.

□ Həzər etmək (qılmaq) – saqınmaq, qorunmaq, uzaq olmaq, özünü gözləmək.
[Koroğlu dedi:] Durub mərd meydanda göstərrəm hünər; Qənimlər nərəmdən eyləyər həzər. Koroğlu”.
Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə; Bəladır xubları sevmək, bəladır! Xətayi.

HƏZARPEŞƏ
HƏZƏRAT
OBASTAN VİKİ
Həzərparə Əhməd Paşa
Həzərparə Əhməd Paşa (ö. 8 avqust 1648) — Sultan İbrahim dönəmində 21 sentyabr 1647 - 7 avqust 1648 tarixlərində ümumilikdə 10 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == İstanbulda dünyaya gəlmişdir. Vəfat etdiyində 50-li yaşlarda olduğu bilinir. Buna görə də doğum tarixi təqribi olaraq XVI əsrin sonları qəbul edilir. Bir sipahi əsgərinin oğlu idi. Sürətli və gözəl xətt yazısı olduğundan öncə maliyyə qurumlarında çalışmış, Sədrəzəm Kəmankeş Qara Mustafa Paşa dönəmində məhkəmə işlərində, çox keçmədən yeni sədrəzəm seçilən Sultanzadə Mehmed Paşaya hədiyyələr göndərərək dəftərxana əmini seçildi. 1646-cı ilin noyabrında vəzir rütbəsiylə dəftərdarlığa yüksəldi. Bəzi mənbələrə görə, rüşvətlə, bəzilərinə görə isə, intriqalarla 21 sentyabr 1647 tarixində sədarətə gətirildi. Bu əsnada padşahın 2 yaşındakı qızı Beyhan Sultana namizəd olmuş, beləliklə, saraya kürəkən seçilmişdir.

Значение слова в других словарях