Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.