İCMAL

is. [ ər. ]
1. Qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; xülasə.
□ İcmal vermək – xülasə etmək.
Təfsili-qəminə verdi icmal; Qıldı ona ərzi-surəti-hal. Füzuli.

2. Qəzetlərdə günün siyasi hadisələrini ümumi şəkildə xülasə edən məqalə, yazı. Qəzetdə dünya hadisələrinə dair icmal vardır.

Синонимы

  • İCMAL xülasə
İCMA
İCMALÇI
OBASTAN VİKİ
Ədəbi icmal
Ədəbi icmal və ya narrativ icmal — müasir dünya ədəbi tənqidinin əsas janrlarından biridir. Ədəbi prosesi nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək istiqamətində aparılan ümumi səpkili araşdırmadır. Ədəbi icmal müəyyən bir mövzuya nəzəri və metodoloji töhfələr daxil olmaqla mövcud məlumatları ümumiləşdirən elmi-nəzəri tədqiqatdaır. Daha çox akademik yönümlü bu cür icmallar akademik dərgilərdə yayınlanır və eyni nəşrdə görünə biləcək kitab icmalları ilə qarışdırılmamalıdır. Ədəbi icmallar demək olar ki, hər akademik sahədə tədqiqat üçün əsas götürülə bilər. Yeni tədqiqat aparan, müvafiq ədəbiyyatın təməlindəki mövcud araşdırmanın vəziyyətini canlandırmağa və oxucu üçün kontekst yaratmağa xidmət edən yazının bir hissəsi kimi yarana bilər. Belə bir vəziyyətdə təhlil ümumiyyətlə işin metodologiyası və nəticələr bölmələrindən əvvəl gəlir. Ədəbi icmalı hazırlamaq, tezis, dissertasiya və ya dərgi məqaləsi hazırlamaq da daxil olmaqla, magistr və aspirant işinin bir hissəsi ola bilər. Ədəbiyyatla bağlı hər hansı bir tədqiqata başlamazdan ümumi səpkili dəyərləndirmə də ədəbi icmal hesab olunur. Ədəbi tənqidin və ədəbiyyatşünaslığın müstəqil janrı kimi ədəbi icmallar əsasən mətbuatın yaranması ilə paralel şəkidə meydana çıxmış və populyarlıq qazan-mışdır.
Azərbaycanda rus icmaları (2006)
Azərbaycanda rus icmaları qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2006-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda məskunlaşan ruslardan və onların məişətindən bəhs edir. == Məzmun == Film Azərbaycanda məskunlaşan ruslardan və onların məişətindən bəhs edir.
Azərbaycanda rus icmaları (film, 2006)
Azərbaycanda rus icmaları qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2006-cı ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda məskunlaşan ruslardan və onların məişətindən bəhs edir. == Məzmun == Film Azərbaycanda məskunlaşan ruslardan və onların məişətindən bəhs edir.
Belqradın icmaları
Belqrad Serbiyada ayrıca ərazi vahidi statusuna malikdir. Şəhər dairəsinin ərazisi 17 icmalara (serb. општина) bölünüb. Onların hər birində icma rəhbəri, icra hakimiyyəti, icma parlamenti və icma şurası kimi yerli özünüidarəetmə orqanları var. Parlament deputatların sayı 19-75 arasında olur. Onlar, öz növbəsində, icma şurası üzvlərini seçirlər. Qanuna əsasən, icma parlamenti yerli büdcənin idarə edir, yerli cəmiyyətləri yarada bilər, icma və şəhərin inkişaf planları barədə fikirlərini açıqlayır, tikinti üçün ayrılmış torpağı idarə edir və əhalinin hüquqi müdafiəsini təmin edir və s. Yerli özünüidarəetmə çərçivəsində icma aşağıdakı funksiyaları yerinə yetirir: icmanın fəaliyyətini təşkil edir, büdcə layihəsini qəbul edir yerli cəmiyyətləri yaradır, onları maliyyələşdirir və cari məsələlərin həllində onlara kömək edir urbanizm planları barədə fikirlərini açıqlayır tikintilər üçün yer ayırır yenidənqurma üçün binaların və obyektlərin siyahısını müəyyən edir turizm və xidmət sahəsinin inkişaf etdirir vətəndaşların hüquqi müdafiəsini təmin edir və s. Bundan başqa, Baraevo, Qrotska, Lazarevats, Mladenovats, Obrenovats, Sopot və Surçin icmaları da yerli yollar və küçələrin vəziyyətinə nəzarət etməlidir və həmçinin kommunal xidmət sahəsinin fəaliyyəti və inkişafını təmin etməlidir. İcma əhalisinin sayı haqqında məlumatlar 2011-ci ildə Serbiyada keçirilən siyahıya alınmaya görə göstərilib.
Böyük Britaniya İcmalar palatası
İcmalar Palatası — Böyük Britaniya parlamentinin aşağı palatası. == Tərkibi == İcmalar palatası 650 üzvdən ibarətdir. O, birmandatlı dairələr üzrə nisbi çoxluqlu majoritar sistem əsasında seçilir. Deputatlar indemnitetə (çıxışa görə təqsirsizlik) və yalnız sessiya dövründə, habelə sessiyaya qədər və ondan 40 gün müddətində məhdud immunitetə malikdir. Deputatlara verilən maaş dünyada ən aşağı maaşlardan biri hesab olunur. Deputatlar öz seçki dairələrində çox fəal işləyirlər, çünki hətta partiya rəhbərliyi onların namizədliyini irəli sürsə də, onların yenidən seçilməsi sonda seçicilərdən asılı olur. Palatanın iclaslarına spiker başçılıq edir və 3 müavini vardır. Palata özünü bütün palatanın komitəsinə çevirdikdə müavinlər də sədr olur. Spiker seçildikdən sonra partiyadan çıxır. O, səs verə bilməz, palata üzvlərinin səsləri bərabərləşəndə həlledici səs hüququ vardır.
Maliyyə sabitliyinin İcmalı
Maliyyə sabitliyinin icmalı (ing. Financial Stability Report, Financial Stability Review, Financial System Report) — mərkəzi bankların maliyyə sabitliyi məsələlərinə həsr olunmuş ixtisaslaşdırılmış məlumat və analitik nəşri. == Mərkəzi bankların təcrübəsində maliyyə sabitliyinin nəzərdən keçirilməsi == İngiltərə Bankı ilk dəfə 1996-cı ildə Maliyyə Sabitliyi İcmalı nəşr etdi. Buraxılışlar maliyyə fəaliyyətinin nəzəriyyəsi və praktikasının müəyyən məsələlərinə həsr olunmuş nəşrlər topluları idi: maliyyə tənzimlənməsi mədəniyyəti, qiymətli metallar bazarı, elektron pul, suveren. reytinqlər və s. İngiltərə Bankı təhlillər vasitəsilə həll edilməli olan üç vəzifəni müəyyənləşdirdi: bazar iştirakçıları tərəfindən risklərin, cari tənzimləmənin və maliyyə bazarlarının vəziyyətinin başa düşülməsi; Britaniya maliyyə sisteminin risklərinə təsir edən məsələlərin müzakirəsi; bazar iştirakçıları, tənzimləyici və akademik tədqiqatçılar arasında debatları asanlaşdırmaq. İngiltərə Bankını digər mərkəzi banklar izlədi: İsveç və Norveç (1997), Avstraliya və Filippin (1999). Aşağıdakı Rəylər daha çox utilitar xarakter daşıyır və maliyyə bazarlarının və maliyyə vasitəçilərinin vəziyyətini nəzərdən keçirməyə həsr edilmişdir. Xüsusilə, icmallar bankların rəqabət qabiliyyəti, onların maliyyə sabitliyi və əsas maliyyə aktivləri bazarlarının xüsusiyyətləri mövzularını əhatə etmişdir. Mərkəzi bankın fəaliyyətinin diqqəti maliyyə sabitliyini qorumaq üçün siyasətlərə yönəldikcə, Rəylər geniş şəkildə yayıldı.
Musiqi icmalı
Musiqi icmalı və ya Musiqili revyu — XX əsrdə musiqili teatrın bir qolu olaraq, üzə çıxmış və inkişaf etmişdir. Musiqi icmalı müasir dövrdə həm Şərq, həm də Qərb Musiqişünaslığı və jurnalistikada geniş yayılmışdır. Gündən-günə yenilənən musiqi texnologiyaları sayəsində musiqi icmalı öz janr mahiyyətini genişləndirmişdir. Belə ki, hazırda musiqi icmalı dedikdə hər yeni gün istehsal edilən CD-disklərin və ya hər yeni gün səhnədə ifa olunan konsertin və ya opera və balet tamaşasının premyerasından dərhal sonra mətbuatda işıqlandırılması başa düşülür. Bu cür yayım musiqi icmalının vacib tərkib hissəsinə çevrilmiş və onu mahiyyətcə musiqi tənqidinə yaxınlaşdırmışdır.
Xəyali icmalar
Xəyali icmalar— Benedikt Andersonun eyni adlı kitabında milliyətçiliyi izah etmək məqasədi ilə inkişaf edilmiş konsepsiyası. Andersonun izahatına görə, xəyali icmaların formaşmasının səbəbi "çap kapitalizmi" idi. Kapitalist təşəbbüsçülər kitabları və başqa materiallarının tirajını maksimallaşdırmaq məqsədilə onları artıq Latın dilində yox, danışıq dillərinə daha yaxın dillərdə buraxırdılar. Bu həmin dillərdə (və ya ləhcələrdə) ümumi diskursları yaradaraq, "milli çap dilləri" əsasında Avropanın ilk milli dövlətlərinin formalşması ilə nəticələnib. Özü marksist olan Andersonun firkinə görə, nə marksizmdən, nə də liberalizmdən gələn millətçiliyin izahlarını qəbul etmirdi. Ernest Gellner millətçiliyin meydana çıxmasını Şərqi Avropanın sənayeləşməsinə bağlıyır. Elie Kedonie isə Fransa inqilabı ilə mərkəzi Fransa dövlətinin qurulmasında əməyi olan aydınlama düşüncələrinin millətçiliyin ortaya çıxmasında təsirini göstərir. Anderson isə başqa sahəyə bağlıyır. O, hesab edir ki, Avropa dövlətlərinin okeanın o tayında saldığı müstəmləkələrdə yaşayan diasporada özəlliklə Amerika qitəsində, yeni koloniyalarda yaranan bir anlayışdır. Hobsbaum və Gellnerdən fərqli olaraq, Andersonun millətçiliyə qarşı pisniyyəti yoxdur və onun fikrincə, millətçilik qloballaşan dünyada köhnəlmiş bir ideya deyil.
İcmalar palatası
İcmalar palatası (ing. House of Commons) — Birləşmiş Krallıq Parlamentinin və Kanada Parlamentinin otaqlarından birinin adı. Vestminster sisteminin iki palatalı parlamentində İcmalar palatası tarixən İki palatalı parlament adlanırdı. İcmalar palatası ümumiyyətlə Yuxarı Palatadan (Kanadadakı Senat və ya İngiltərədəki Lordlar Palatası) çox daha çox gücə malikdir. İcmalar Palatasında çoxluq təşkil edən partiyanın rəhbəri ümumiyyətlə baş nazir olur. Westminster sistemi olan əksər əyalətlər sonradan alt palatalarının adını Nümayəndələr Palatası olaraq dəyişdirdi.
İqtisadi Tarix İcmalı (jurnal)
İqtisadi Tarix İcmalı — İqtisadi Tarix Cəmiyyəti adına "Wiley-Blackwell" nəşriyyatı tərəfindən Böyük Britaniyada dərc edilən elmi jurnal.
Kürdüstan İcmalar İttifaqı
Kürdüstan İcmalar İttifaqı (kürd. Koma Civakên Kurdistanê) — kürd milli-siyasi təşkilatı. Kürdüstan Fəhlə Partiyasının lideri Abdullah Öcalan tərəfindən qurulmuşdur. Təşkilat demokratik konfederalizm ideyalarına əsaslanmışdır. Abdullah Öcalan təşkilatın fəxri lideri olsa da, gəldiyi nəticəyə görə KCK ümumi kurulda qanunverici orqan olaraq vəzifə yerinə yetirən "Kongra-Gel" seçilmişdir. Məclis Murat Karayılanın sədrlik etdiyi 31 nəfərdən ibarət idarə heyətini seçirdi və Cəmil Bayık sədr müavini təyin edilmişdi.

Значение слова в других словарях