IDLE

idle1

adj 1. boş, işsiz, işləməyən, məşğul olmayan; to be ~ boş / işsiz olmaq; to stand ~ boş / işsiz dayanmaq; 2. istifadə olunmayan, ölü, fəaliyyətsiz; ~ capital / money istifadə olunmayan / dövriyyəyə buraxılmayan / ölü kapital / pul; ~ field boş tarla (yəni səpilməmiş); ~ machines fəaliyyətsiz dayanmış maşınlar; Many people were idle during the depression Durğunluq dövründə çox adam işsiz idi / işləmirdi; to be / to lie ~ işləməmək, boş dayanmaq; The factory machines lay idle during the workers’ strike Fəhlələrin tətili müddətində fabrikin maşınları boş dayanmışdı; 3. boş, azad, asudə; ~ day asudə gün; ~ hours asudə / boş saatlar; We spent many idle hours just sitting in the sun Biz eləcə günəşin altında oturaraq saatlarla boş vaxt keçirdik; 4. tənbəl, avara, veyil; an ~ boy tənbəl / veyil oğlan; the ~ rich yaramaz / vecsiz dövlətlilər; 5. faydasız, mənasız, boş; səmərəsiz, xeyirsiz, hədər, əbəs, bihudə; ~ attempt boş / faydasız / səmərəsiz cəhd; ~ promise boş / əbəs vəd; It’s idle to expect him to help us Ondan kömək gözləmək faydasızdır / əbəsdir;

◊ Idle folks have the least leisure ≅ at. söz. Tənbəllər üçün hər gün bayramdır

idle2

v 1. boş-bekar gəzmək / dolanmaq, heç bir iş görməmək, tənbəllik etmək, avara gəzmək, veyillənmək; Don’t idle (about)! Boş-bekar gəzməyi qurtar!; 2. boş-boşuna vaxt keçirmək (həm də ~ away); to ~ away one’s time / one’s life (öz)vaxtını / ömrünü boş-boşuna keçirmək

IDIOTICALLY
IDLENESS