□ İktifa etmək (eləmək) – 1) kifayətlənmək, qane olmaq.
[Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin.
[Rüstəm bəy:] [Nemət] cəld geyinib, bir stəkan çay ilə iktifa edib evdən çıxdı.
Kim bilir ki, Tükəzban bununla iktifa eləməyib, nərdivanın yuxarı pillələrinə dırmaşmaq niyyətinə düşəcək. ;
2) kifayət etmək, bəs olmaq.
Yoxsa ki, etməz quru söz iktifa; İş gərək olsun, nə əbəs iddia.