İLAHİ
İLAHİLƏŞDİRMƏK
OBASTAN VİKİ
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. == Tarixi == Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
Buta (ilahi vergi)
Buta — İlahi vergi, İlahi pay. Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi xüsusi bir məzmun kəsb edir. Haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunur və rəmzi-məcazi içki, badə vasitəsilə reallaşır.
Din-e İlahi
Din-e İlahi 1582-ci ildə Böyük Moğol İmperiyasının hökmdarı Əkbər Şah tərəfindən əsası qoyulan və bölgəyə hakim olan bütün dinləri birləşdirmək məqsədi güdən vahid din idealogiyası.
Fəzəl İlahi Çaudhri
Fəzəl İlahi Çaudhri (1 yanvar 1904 – 2 iyun 1982, Lahor) — Pakistan İslam Respublikasının 5-ci prezidenti. == Erkən Həyatı == Fəzəl İlahi Çaudhri 1 yanvar 1904-cü ildə Pəncab əyalətinin Qucarat rayonu, Xairan şəhəri yaxınlığındakı Marala kəndində nüfuzlu Qucarar ailəsində anadan olmuşdur. Təhsilini oradan aldıqdan sonra, Çaudhri 1920-ci ildə nüfuzlu Aliqarx Müsəlman Universitetinə qatıldı, 1924-cü ildə Mülki Hüquq təhsilini Qanunlar üzrə bakalavr aldı. Bundan sonra Çaudhri Pəncab şəhərinə qayıtdı və Pəncab Universitetinin hüquq və siyasi elmlər üzrə aspiranturasında iştirak etdi. 1925-ci ildə Çaudhri, 1925-ci ildə Siyasi Elmlər üzrə magistr dərəcəsini, 1927-ci ildə Hüquq və Ədalət üzrə qabaqcıl Qnunlar Magistri almışdır. Təhsilini başa vurduqdan sonra, Çaudhri, Lahorda hüquq firmasını qurdu, mülki qanun və azadlıqları müdafiə etdi və yenidən Qucarata getdi və mülki qanun tətbiq etməyə başladı. 1930-cu ildə siyasətə maraq göstərməyə başladı və 1930-cu ildə Gucarat İdarə heyəti üçün Hindistan ümumi seçkilərində iştirak etdi. == Siyasi Karyerası == 1942-ci ildə Müsəlman Birliyinə qatıldı. 1945-ci ildə Gucaratdan Müsəlman Birliyinin prezidenti seçildi. 1946-cı il seçkilərində Müsəlman Birliyinin biletində iştirak etdi və yaşadığı bölgə xalqı arasında Müsəlman Birliyi ideyalarının yayılmasında mühüm rol oynadı.
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. == Məzmun == Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. == Film haqqında == Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan İlahiyyat İnstitutu (tam adı: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu) — Azərbaycan Respublikasında ilahiyyat istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. Hal-hazırda institutun rektoru Aqil Şirinovdur. == Tarixi == İnstitutun yaradılmasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi baza rolunu oynayıb. Fakültə 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuş və 2017-ci ilə kimi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərmişdir. Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında" Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.2018/2019-cu tədris ilində müvafiq Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin ləğv edilməsi və Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi məsələlərinin icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir. == Rektorlar == 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Ceyhun Məmmədov instituta rektor təyin edilmişdir. 2020-ci ilin may ayının 12-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Aqil Şirinov instituta rektor təyin edilmişdir. == Təhsil == İnstitutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilirlər. İnstitutda İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədrisi təşkil olunub.
BDU İlahiyyat fakültəsi
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunub. Fakültədə təhsil müddəti dörd il idi. Fakültənin dekanı Vasim Məmmədəliyev olub. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılmışdır.
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunub. Fakültədə təhsil müddəti dörd il idi. Fakültənin dekanı Vasim Məmmədəliyev olub. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılmışdır.
İlahiyyat
Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") — hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi. Bu sahə ilə məşğul olan insanlar teoloq adlanır. == Ümumi məlumat == Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər. Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu “Bibliyanı Bibliya vasitəsilə şərh etmək” qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.
İlahiyyatçi İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
İlahiyyatçı (qəzet)
"İlahiyyatçı" qəzeti — Azərbaycanda nəşr olunan aylıq qəzet. Azərbaycan İlahiyyat İnstitutunun rəsmi mətbu orqanıdır. == Haqqında == Azərbaycan İlahiyyat İnstitutunun təsis etdiyi "İlahiyyatçı" qəzetinin ilk nömrəsi 28 dekabr 2018-ci il tarixində çapdan çıxmışdır. Ayda bir dəfə nəşr olunan "İlahiyyatçı" qəzetində Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti və tələbələrin yaradıcılığı haqqında yazılar dərc edilirQəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 4212 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 2018-ci ildə qeydiyyatdan keçmişdir.
İlahiyyatçı İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
İsgəndəriyyə ilahiyyat məktəbi
İsgəndəriyyə ilahiyyat məktəbi — II yüzillikdə formalaşan Xristian ehkamlarını və fəlsəfəsini sistemləşdirən, onları vahid təlim şəklində ortalığa çıxardan, antik fəlsəfi irsi ilə Xristianğı uyğunlaşdıran məktəb idi. Xristianlığın formalaşmasında apologetlər (əqli və məntiqi üsullarla xristian ehkamlarını tənqidçilər qarşısında müdafiə edən ilahiyyatçılardır) çox əhəmiyyətli fəaliyyət göstərmişdirlər. Ancaq o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Antik fəlsəfi təlimlərlə mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə Xristian düşünürü bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II yüzillikdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər. Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb qarşısına ən savadlı təbəqələrin nümayəndələrində xristian təliminə marağını oyatmaq məqsədini güdürdü. Ancaq bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fənlərə də böyük önəm verilirdi.
Edvard Burton (ilahiyyatçı)
Edvard Burton (ing. Edward Burton; 1794[…] – 1836[…]) — İngiltərə ilahiyyatçısı. O, Oksfordda ilahiyyat üzrə professoru olmuşdur. == Həyatı == Edvard Burton 13 fevral 1794-cü ildə Şrusberidə anadan olmuşdur. O, mayor Edvard Burtonun oğlu olmuşdur. O, Vestminster məktəbində təhsil almışdır. Burton 15 may 1812-ci ildə Oksford Krist kilsəsinin ümumi üzvü kimi təhsil təhsil almış, növbəti il il tələbə adını qazanmış və 1815-ci ildə həm klassik, həm də riyaziyyat üzrə birinci sinif əldə etmişdir. O, 29 oktyabr 1815-ci ildə bakalavr dərəcəsini aldıqdan sonra Staffordşirin Pettenhall kuratorluğuna təyin edilmişdir. O, 28 may 1818-ci ildə magistratura təhsilini davam etdirmişdir. == Əsərləri == Onun əsərləri arasında var: ‘An Introduction to the Metre of the Greek Tragedians,’ 1814.
İlahiyyatçı Yəhyanın Vəhyi
İlahiyyatçı Yəhyanın Vəhyi (q.yun. Ἀποκάλυψις Ἰωάννου, lat. Apocalypsis Ioannis), həmçinin sadəcə Vəhy Kitabı — Əhdi-cədid kanonunun son kitabı. Bu əsər Neronun kilsəni təqib etməsindən tutmuş dünyanın sonuna qədər dünya və kilsə tarixinin peyğəmbərlik toplusudur. Bu, Əhdi-cədidin didaktik və ya tarixi deyil, apokaliptik ədəbiyyat kimi təsnif edilən yeganə kitabıdır. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, kitabın məqsədi "xristianlara imanda möhkəmlik aşılamaq, onları qarşıdan gələn əzabkeşliyə hazırlamaqdır". == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Early Christian Writings: Apocalypse of John: text, introduction, context "Revelation to John." Encyclopædia Britannica Online. Apocalypse, Book of – Article from the Catholic Encyclopedia Understanding the Book of Revelation – Article by L. Michael White from PBS Frontline program "Apocalypse!" The Marvelous Address: The Revelation of the Beloved (Disciple) is an 18th-century manuscript about the book of Revelation written in Garshuni (Arabic written in Syriac script).

Значение слова в других словарях

истолкова́ть ло́кон ну́жный однообра́зный пило́н кантиа́нец подзадо́рить раздра́знивать уще́листый аглинской пищаль ранг санчак amberina arched convention epinastic flora megampere minx oil-carrier sovkhoz unable поручать телестудия