Internet Engineering Task Force (IETF)

Internet mühəndisliyi işçi qrupu – Internet-standartları və protokolları RFC sənədlərində təsvir edən fərdi mütəxəssislərin beynəlxalq təşkilatı.
International Organization for Standardization (ISO)
Internet Keyed Payments Protocol
OBASTAN VİKİ
Internet Engineering Task Force
IETF(Internet Engineering Task Force; azərb. İnternet mühəndisliyi üzrə xüsusi komissiya‎) – İnternetin arxitekturası və protokolların inkişafı ilə məşğul olan layihəçilərin, şəbəkə operatorlarının və provayderlərin açıq beynəlxalq cəmiyyəti. 1986-cı ildə IAB (Internet Architecture Board) tərəfindən yaradılıb. Bütün texniki işlər IETF-in konkret mövzularla (məsələn, marşrutlama, verilənlərin nəqli, təhlükəsizlik və s. məsələlərlə) məşğul olan işçi qruplarında həyata keçirilir. Əsas işlər poçt göndərişləri vasitəsilə aparılır, ancaq ildə üç dəfə IETF-in toplantısı keçirilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Task bar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Software engineering
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10]. Bunun səbəbi gələn ildən etibarən komandalara KERS kinetik enerji bərpa sistemlərini istifadə etməsi təlimatlandırıldığı halda, Force Hindistan bu sistemləri təmin etmək üçün İtalyan qrupu ilə müqavilə yox idi.
Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Tiger Force
"Tayger Fors" (ing. Tiger Force; hərf. "Pələng" dəstəsi) — ABŞ ordusunun xüsusi hərbi hissəsi. Vyetnam müharibəsi zamanı mövcud olmuşdur. Partizanlar ilə mübarizə aparmaq üzrə ixtisaslaşmışdır. 1967-ci ildə bir sıra hərbi cinayətlərdə iştirakı ilə şöhrət qazanmışdır. ABŞ jurnalistləri Maykl D. Sallah və Mitç Vayss hərbi birləşmənin törətdiyi müharibə cinayətlərini tədqiq etmişdir. Vyetnam Xarici İşlər Nazirliyi Sallah və Vayssin tədqiqatının dərcindən dərhal sonra ona cavab vermək niyyətində olmadığını bildirmişdi. 2006-cı ildə Sallah və Veyssin araşdırmaları haqqında «Tiger Force: A True Story of Men and War» adında kitab buraxılmışdır. Статьи о «Тайгер Форс» в «Толедо Блэйд» (ing.) John Kifner.
Caspian Engineering Solutions
Caspian Engineering Solutions (CES) — MMC Azərbaycanın aparıcı yoxlama, sınaq və laboratoriya xidmətləri göstərən şirkət. Şirkət 500-dən çox fərqli sınaqlar həyata keçirdiyi sənaye obyektlərinin, neft və qaz emalı zavodlarının, platformaların və terminallarının yenidən qurulması və tikintisi layihələrində uzunmüddətli təcrübəyə malikdir. Eyni zamanda CES-in labaratoriyalarında bütün növ geologiya, beton, qrunt, metal konstruksiya, o cümlədən qeyri-dağıdıcı üsul ilə testlər, defektoskopiya, radioqrafiya, ultrasəs, termiki emal və s. sınaqları həyata keçirilir. Hal-hazırda müvafiq sınaqları “Cənub Qafqaz Boru Kəməri layihəsi”ndə Saipem S.A şirkəti, “Şahdəniz 2 layihəsi”ndə Azfen B.M və BP şirkətləri üçün, SOCAR-ın bir neçə neft və qaz emalı zavodlarında, Gübrə istehsalı (Karbomid) zavodunun tikintisində Samsung Engineering şirkəti üçün, Azərkimya İ.B-də “Ep-300 qurğusunun tikintisi layihəsi”ndə Ustay və Technip şirkətləri üçün aparılır. 15 ildən artıq qaynaq, metallurgiya ve inşaat mühəndislərindən ibarət komandası olan Caspian Engineering Solutions şirkəti rəqabətqabiliyyətli xidmətlər təklif etməkdədir. CES şirkətinin Avropa və ABŞ şirkətlərində təcrübə qazanmış işçi heyətinin peşəkarlığı regionun tikinti və mühəndislik bazarında göstərdiyi keyfiyyətli xidmətin göstəricisidir. Yuxarıda qeyd olunan xidmətlər ən müasir standardlara cavab verir və yerli bazar qiymətlərinə uyğundur. CES-in məqsədi keyfiyyətinə zəmanət verdiyi xidmətləri daha da genişləndirərək irimiqyaslı layihələrdə digər şirkət və qurumları ilə əməkdaşlıq etməkdir. Şirkətin yuxarıda qeyd olunan xidmətlər üçün test prosedurları, akkreditasiya sənədləri, avadanlıq siyahısı və kalibrasiya sertifikatları və cümlədən ISO 9001, ISO 18001 və ISO 14001 sertifikatları vardır.
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Türkmənistanda internet
Türkmənistanda internet — Türkmənistandakı istifadəçilər üçün nəzərdə tutulan internet şəbəkəsinin bir hissəsidir. Türkmənistanda internet azadlığının vəziyyəti dünyanın bir çox dövlətləri ilə müqayisədə göstəricisi aşağı səviyyədədir. Saparmurat Niyazov (Türkmənbaşı) dövründə internet qeyri-rəsmi olaraq qadağan edildi. Aşqabaddakı ilk İnternet provayderi Türkmənistan şirkəti Türkməntelecom tərəfindən yaradılmışdır. Prezident Qurbanqulu Berdiməhəmmədovun seçilməsindən sonra internet sürətlə inkişaf etməyə başladı. Bu münasibətlə Berdiməhəmmədov televiziya çıxışında demişdir: 17 fevral 2007-ci ildə Aşqabadda iki internet kafe fəaliyyətə başladı. Bir saatlıq internet istifadəsi 4 avrodan bir qədər az oldu. Bütün ali təhsil müəssisələrinin və tədqiqat institutlarının tələbələri və əməkdaşları, Türkmənistan Mərkəzi Elmi Kitabxanasının oxucuları internetdən pulsuz istifadə edə bilirlər. 2013-cü ildə məhdudiyyətsiz internet tarifləri yaradıldı, Türkməntelecom-un xidmətlərinin ümumi dəyəri azaldı, mobil operator Altın Asır 4G LTE şəbəkəsini təqdim etdi. YouTube, Facebook, Twitter, Live Journal, kremlin.ru, VKontakte kimi tanınmış saytlar, lenta.ru, russian.rt.com kimi xəbər saytları, habelə WhatsApp, WeChat, Viber kimi messencerlərindən istifadə olunur.
Çat (internet)
Onlayn çat və ya onlayn söhbət (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
İnternet-banner
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
İnternet-folklor
İnternet-folklor — internet folkloru (post-folklor, medialor, nyuslor, texlor, folknet, netlor, şəbəkə folkloru, internetdəki folklor, e-folklor, kiberfolklor, kiberflor, kompüter) — İnternet rabitəsindəki multimedia xalq sənəti. XX əsrin son rübündən başlayaraq müstəqil bir fenomen olaraq meydana gəlmiş və inkişaf etmişdir; nəzəri olaraq folklorun əsasını təşkil edən yaradıcı kütləvi ünsiyyətin şəbəkə platformalarına köçürülməsi (yeni folklor janrlarını canlandıran və ənənəvi janr sistemini yenidən quran) hesab olunur. İnternet folkloru tarixən şəhər folklorunun ənənəvi janrlarının yayılmasının yeni (elektron) istiqamətlərinin meydana çıxması kontekstində nəzərdən keçirilmişdir (məsələn, çap dövrü üçün “fakslor” yaxud “kserokslor” imza ilə komik şəkillər) ; V.Foks "paperlore-computer art", "şifahi folklorun qeyri şifahi formaları" və imeyl - məsələn, təsadüfi ünvanlarda piramida şəklində poçtları təmsil edən "kompüter" anlayışından istifadə etmişdir. 1980-ci illərdən başlayaraq, Barbara Kirşenblat-Cimblerin əsərlərində ümumiləşdirilən erkən internet formaları ilə folklorun kompüterləşdirilmiş formaları intensiv şəkildə öyrənilmişdir .C. Dorst (1990), “vasitəçiliyə qarşı olan münasibət” konsepsiyasını kompüter vasitəçiliyi şəraitində mövcud olan müxtəlif folklor formalarına postulyasiya edərək folklor və kütləvi informasiya vasitələri arasında ziddiyyəti göstərmişdir. Deril Dans, internet folklorunun rəqəmsaldan əvvəlki dövrdə hər hansı bir sənət növü üzərində qələbəsinin qaçılmaz olduğunu qeyd edir (s. 647; Dans "texlor" ifadəsini istifadə edir); Robert Qlen Hovardın tədqiqatında da ədəbiyyatın icmalı verilmişdir. Bu tədqiqat işində müəllif qeyd edir ki, internet məkanında əraziyə görə deyil, “xəyali bir dövlət” olaraq lokallaşdırılmış bir qrupa aid olduğuna işarə edən kommunikativ sahənin yalnız o hissəsini düzgün şəkildə "xalq" adlandırmaq olar. Bu "xalq sənəti" həm rəsmiyyətə, həm də kütlə mədəniyyətinə qarşı çıxmalıdır. İnternetin ictimai və özəl həyatın bütün formalarına sürətlə nüfuz etməsi folklorşünaslar tərəfindən folklor formalarının yeni şəraitdə inkişafının şərti və eyni zamanda tədqiqatçıların - folklor mütəxəssislərinin birbaşa müşahidə yolu ilə sabit məlumat alması üçün bir fürsət kimi öyrənilmişdir. Müxtəlif hadisələrə kütləvi reaksiyalar (faciəli hadisələr də daxil olmaqla), diqqətlə təhlil edilmiş və "qara yumor"un digər formalardan üstün olduğu aşkar edilmişdir.
İnternet-kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet-kazino
İnternet-kazino ( ing. Internet casino ~ ru. Интернет-казино ~ tr. İnternet casino) – İnternet üzərindən qumar oyunları oynamağa imkan verən sayt və ya proqram. Onlayn kazino (ONLINE CASINO), yaxud virtual kazino (VIRTUAL CASINO) da adlandırılan ilk belə kazino 1997-ci ildə ABŞ-də açılıb. Oyunların təşkili üçün iki texnologiya mövcuddur: kazino saytından xüsusi proqram təminatını sərt diskə endirmək, yaxud onlayn texnologiyadan istifadə etmək (daha çox bu texnologiyadan istifadə olunur). Adətən, İnternet-kazinoda istər real pula, istərsə də “fantik”ə (“konfet kağızı”na) oynamaq olar. Pul qoymağı/götürməyi müxtəlif üsullarla etmək olar: kredit kartları, bank köçürmələri, xüsusi kazino kartları, onlayn ödəmə sistemləri (Webmoney, Moneybookers, NETELLER) və s. vasitəsilə. İnternet-kazinodakı oyunlar adi kazinolardakı kimidir: poker, ruletka, bləkcek, oyun avtomatları (videopokerlər və videoslotlar).
İnternet Nəsil
İnternet arxivi
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
İnternet cəmiyyəti
İnternet cəmiyyəti (ing. ISOC – İnternetin rəhbər orqanlarından olan beynəlxalq ictimai qeyri-kommersiya qurumu. 1992-ci ildə qurulan bu təşkilat şəbəkə standartlarına və protokollarına nəzarət edir. Onun tərkibinə 150-dən çox təşkilat, o cümlədən IETF, IAB daxildir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet forumu
İnternet forumu (ing. Internet forum) – veb-saytın ziyarətçilərinin ünsiyyətini təşkil etmək üçün veb-proqramlar sinfi. Forumun işinin mahiyyəti istifadəçilərin (forum iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir. Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan olunmuş mövzu haqqında şərhlər verə, onunla bağlı suallar verə və cavablar ala, eləcə də özləri başqa istifadəçilərin suallarını cavablandıra və onlara məsləhətlər verə bilərlər. Mövzu daxilində sorğular (səsvermə) da keçirilə bilər. Suallar və cavablar forumun verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən İnternet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün sahələrini əhatə etməklə çox rəngarəng ola bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternet iqtisadiyyat
İnternet iqtisadiyyatı — sistemli şəkildə təşkil olunmuş, İnternet vasitəsilə iqtisadi agentlər arasında qarşılıqlı əlaqə əsasında qurulmuş çoxsəviyyəli strukturdur. Geniş mənada, İnternet iqtisadiyyatı – məhsuldar qüvvələrin inkişafının yeni bir mərhələsi olub, İnternetin cəmiyyət həyatında, iqtisadiyyatda rolunun artması, ÜDM-də İnternet məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv qarşılıqlı əlaqəsini, dünya informasiya resurslarına əlyetərliliyi, İnternet məhsullarına və xidmətlərinə sosial və şəxsi tələbatı təmin edən qlobal İnternet məkanının yaradılması ilə xarakterizə olunan iqtisadi fəaliyyət sferasıdır. Beləliklə, İnternet iqtisadiyyatı elektron iqtisadiyyatın inkişafının nəticəsidir. Buna uyğun olaraq, İnternet iqtisadiyyatının elementləri elektron iqtisadiyyatın bütün sistemlərinin inkişafına öz töhfəsini verir. İnternet iqtisadiyyatı - İnternetdəki iqtisadi agentlər arasında təşkilatlanmış çoxsəviyyəli strukturların qarşılıqlı əlaqə şəbəkəsini nəzərdə tutur. Bu münasibətlər özündə yeni informasiya texnologiyalarının və informasiya məhsullarının yaradılmasını, telekommunikasiya və provayder xidmətlərinin göstərilməsini, elektron biznesi, elektron bazarları, elektron birjaları, İnternetbankinqi, teleişi və s. əks etdirir. Amerika alimi K.Kelli İnternet iqtisadiyyatı üçün 12 qayda işləyib hazırlamışdır: 1. Rabitə qanunu: əgər qovşaqların sayı N ədədi olaraq artırsa, onda əlaqələrin sayı NxN-ə bərabər olur. 2.
İnternet iqtisadiyyatı
İnternet iqtisadiyyatı — sistemli şəkildə təşkil olunmuş, İnternet vasitəsilə iqtisadi agentlər arasında qarşılıqlı əlaqə əsasında qurulmuş çoxsəviyyəli strukturdur. Geniş mənada, İnternet iqtisadiyyatı – məhsuldar qüvvələrin inkişafının yeni bir mərhələsi olub, İnternetin cəmiyyət həyatında, iqtisadiyyatda rolunun artması, ÜDM-də İnternet məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv qarşılıqlı əlaqəsini, dünya informasiya resurslarına əlyetərliliyi, İnternet məhsullarına və xidmətlərinə sosial və şəxsi tələbatı təmin edən qlobal İnternet məkanının yaradılması ilə xarakterizə olunan iqtisadi fəaliyyət sferasıdır. Beləliklə, İnternet iqtisadiyyatı elektron iqtisadiyyatın inkişafının nəticəsidir. Buna uyğun olaraq, İnternet iqtisadiyyatının elementləri elektron iqtisadiyyatın bütün sistemlərinin inkişafına öz töhfəsini verir. İnternet iqtisadiyyatı - İnternetdəki iqtisadi agentlər arasında təşkilatlanmış çoxsəviyyəli strukturların qarşılıqlı əlaqə şəbəkəsini nəzərdə tutur. Bu münasibətlər özündə yeni informasiya texnologiyalarının və informasiya məhsullarının yaradılmasını, telekommunikasiya və provayder xidmətlərinin göstərilməsini, elektron biznesi, elektron bazarları, elektron birjaları, İnternetbankinqi, teleişi və s. əks etdirir. Amerika alimi K.Kelli İnternet iqtisadiyyatı üçün 12 qayda işləyib hazırlamışdır: 1. Rabitə qanunu: əgər qovşaqların sayı N ədədi olaraq artırsa, onda əlaqələrin sayı NxN-ə bərabər olur. 2.
İnternet kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet marketinqi
İnternet marketinqi (ing. internet marketing) — müştərilərə məhsul və ya xidmət satmaq və onlarla münasibətlərini idarə etmək üçün ənənəvi onlayn marketinqin bütün aspektlərindən istifadə təcrübəsi. İnternet marketinqi sosial medianın tanıdılması (SMM), axtarış sisteminin optimallaşdırılması (SEO), e-poçt marketinqi, axtarış motoru marketinqi (SEM), gələn marketinq, ortaq marketinq və digər sahələri əhatə edir. İnternet marketinqindən istifadə edərkən fiziki təmaslar tələb olunmur ki, bu da ofislərin və ya nümayəndəliklərin saxlanılması xərclərini azaldır. Müasir ədəbiyyatda İnternet marketinqinin çoxlu tərifi var. Məsələn: İnternet marketinqi — İnternetin hipermedia mühitində klassik marketinq nəzəriyyələrini təşkil etmək üçün işlər, tədbirlər və manipulyasiyalar kompleksidir.. İnternet marketinqi elektron ticarətin bir hissəsidir. Buna onlayn marketinq də deyilir. SMM, SEO, PPC, məlumat idarəçiliyi, PR, internet analitiği, müştəri inkişafı (məhsul və xidmətləri yaxşılaşdırmaq üçün müştərilərdən rəy toplamaq) kimi hissələri əhatə edə bilər. E-ticarət və internet marketinqi internetə çıxışın genişlənməsi ilə məşhurlaşdı və hər hansı bir normal marketinq kampaniyasının ayrılmaz hissəsidir.