İNTİŞAR

is. [ ər. ] Yayma, yayılma.
Amma [nə] hasil mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil. M.F.Axundzadə.

// Nəşr olunma, çıxma, çap edilmə. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən intişara başladı.
□ İntişar etdirmək – yaymaq.
Əjdərlə … bu çap olunmuş ədəbiyyatı intişar etdirmək işində əsas rolu oynayırdı. S.Rəhman.

İntişar etmək – yayılmaq.
Əziz balalar! …Məktəb vasitəsilə öyrəndigimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq. N.Nərimanov.
Onun [akasiyanın] açmış ağ çiçəklərindən xoş bir iy intişar edirdi. S.Hüseyn.
Xalq musiqi yaradıcılığının ən çox intişar edən janrı mahnılardır. Ə.Bədəlbəyli.

Синонимы

  • İNTİŞAR yayılma — dağılma
İNTİ́M
İNTİZAM

Значение слова в других словарях