İRİLİ-XIRDALI

sif.
1. Böyüklü-kiçikli, hər yaşda, böyük və kiçik.
Körpünün üstü cırcındıra bürünmüş irili-xırdalı uşaqlarla dolu idi. M.Rzaquluzadə.

2. Həm iri, həm xırda; həm böyük, həm kiçik. Səhər tezdən yola çıxdıq.
Nügədinin kölgəlik yollarını aşıb irili-xırdalı kəndlərdən keçdik. R.Rza.
…Bir səhər Qumru yuxudan ayılarkən, artıq dəzgahını bir yığın irili-xırdalı yumaqlarla bəzənmiş gördü. Ə.Məmmədxanlı.

İRİLƏTMƏK
İRİLİK

Значение слова в других словарях