İrtış çayı

coğ. Irtych m

irsiyyət
irtica
OBASTAN VİKİ
İrtış çayı döyüşü
İrtış cayı döyüşü — 657-ci ildə Tang xanədanlığının generalı olan Su Dinkfankın rəhbərlik etdiyi ordu ilə Qərb Türklərinin xanı olan İl-Kullig İşbara xan arasında baş verən bir döyüşdür. Döyüş Türk hücumlarından təngə gəlmiş və Çində yaşayan uyğurların dəstəyi ilə ərsəyə gələn Birləşmiş Çin ordusunun həyata keçirtdiyi yürüyüşün bir hissəsidir. Döyüş Altay dağları ətrafında yerləşən İrtış çayı hövzəsində baş vermişdir. İl-Kulliginin 100.000 nəfərlik ordusu, Su tərəfindən pusquya salınmış və beləliklə, Tang ordusunun qəfil hücumu nəticəsində döyüş Çinlilərin qalibiyyəti ilə bitmişdir. Döyüş zamanı Türk ordusunun çox hissəsi öldürülmüş, İl-Kulliga sadiq olan Türk boyları təslim olmuş və Daşkəndə doğru geri çəkilən İl-Kullıg səhəri gün ələ keçirilmişdir. İrtış çayı döyüşü, 657-ci ildə Tang Xanədanlığının generalı olan Su Dingfangın rəhbərlik etdiyi ordu ilə Qərb Türklərinin xanı olan İl-Kullig İşbara xan arasında baş verən bir döyüşdür.müharibə Türk hücumlarından təngə gəlmiş və Çində yaşayan uyğurların dəstəyi ilə ərsəyə gələn Birləşmiş Çin ordusunun həyata keçirtdiyi yürüyüşün bir hissəsidir. Müharibə Altay dağları ətrafında yerləşən İrtış çayı hövzəsində baş vermişdir. İl-Kulliginin 100.000 nəfərlik ordusu, Su tərəfindən pusquya salınmış və beləliklə, Tang ordusunun qəfil hücumu nəticəsində döyüş Çinlilərin qalibiyyəti ilə bitmişdir. Döyüş zamanı Türk ordusunun çox hissəsi öldürülmüş, İl-Kulliga sadiq olan Türk boyları təslim olmuş və Daşkəndə doğru geri çəkilən İl-Kullıg səhəri gün ələ keçirilmişdir.
İrtış
İrtış (rus. Иртыш, qaz. Ertis, q.türk Ertiş, çin. 额尔齐斯河 — É'ěrqísī hé)— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 4248 km təşkil edir (uzunluğuna görə Ob çayından böyükdür). Ob çayı ilə birlikdə İrtış 1643 min km² hövzə genişliyi ilə Rusiyada birinci, Asiyada ikinci, dünyada isə altıncı ən geniş çaydır. İrtış 4,248 metr (13,937 ft) uzunluq ilə dünyada ən uzun çay qoludur (ikinci yerdə Missuri çayı). Çin (525 kilometr), Qazaxıstan (1700 kilometr), Rusiya (2010 kilometr) ərazilərindən axır. İrtış çayı öz mənbəsini Monqolustan və Çinin sərhədində yerləşən Altay dağlarından götürür. Qara İrtış çayı Çindən Zaysan dərəsilə Qazaxıstana keçib, Zaysan axar gölünə tökülür.
İrtış QBK
"İrtış" (qazax dilində:Epтic) — Qazaxıstanın ən nüfuzlu qadın basketbol klubu. Klub 15 dəfə Qazaxıstan çempionu olmuş, 7 mövsümdə Rusiya basketbol çempionatında itirak etmişdir. Rusiya çempionatında ən yüksək nailiyyəti 2000/2001-ci il mövsümündə 6-cı yeri tutmasıdır. "İrtış" qadın basketbol klubunun əsası 1984-cü ildə təşkil olunmuşdur. Komandanın uğurlu çıxışlarının başlanğıcı XX əsrin 90-cı illərində Pavlodar neft-kimya zavodu bu klubu öz himayəsinə götürməsindən sonra başlanmışdır. Qazaxıstan basketbol çempionatının 2013-2014-cü il mövsümündə "İrtış" komandası 15-ci dəfə ölkə çempionatının qalibi olmuşdur. Komanda eyni zamanda 15 dəfə Qazaxıstanın ən yaxşı milli komandası titulunu qazanmışdır.. Pavlodar basketbol komandası Qazaxıstan basketbol çempionatında iştirak etməklə yanaşı, Rusiya çempionatında da iştirak etmişdir. Rusiya Basketbol Federasiyasının razılığı ilə İrtış komandası 1998-1999-cu il mövsümündə Rusiya birinciliyinin yuxarı liqasında iştirak etmiş və ardıcıl olaraq 2 dəfə turnirin qalibi olmuşdur. 2000-ci ildə klub Rusiyanın super liqasında iştirak etmiş və elə birinci mövsümdə 18 komanda arasında 6-cı yeri tutmuşdur.
İrtış Pavlodar FK
İrtış Pavlodar FK – Qazaxıstanın futbol klubu.
Dəclə çayı
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Flay çayı
Flay (ing. Fly River) - Yeni Qvineya adasında bir çay.Çayın çox hissəsi Papua-Yeni Qvineyanın Qərb əyalətindən keçir (Flay bu ölkədə Sepikdən sonra ikinci ən uzun çaydır); çayın yalnız kiçik bir hissəsi İndoneziya ilə dövlət sərhədindədir. == Təsviri == Flay əsasən Qərb vilayətindən keçir, baxmayaraq ki, kiçik bir hissəsi Papua-Yeni Qvineya ilə İndoneziya Papua əyaləti arasındakı sərhədi təşkil edir. Bu hissə 141 ° E uzunluq xəttinin qərbindən bir qədər uzanır. Papua-Yeni Qvineya ərazisindəki bu cüzi qazancı kompensasiya etmək üçün,Flay çayının cənub sərhədi 141 ° E uzunluq xəttindən bir qədər şərqdədir. Bu müqavilənin bir hissəsi olaraq, İndoneziya Flay çayından naviqasiya üçün istifadə etmək hüququna malikdir. Flayın əsas qolları Striklend və Ok-Tedidir. Ağzına yaxın, Flay çayının axını gelgit burunu ilə qarşılaşır, daxil olan yüksək gelgit burunu gelgitin dəyişməsinə qədər suyu yuxarıya doğru itələyir. Bu gelgit burunun diapazonu hələ sənədsizdir.. == Delta == Flay çayının deltası giriş hissəsindən 100 km daha genişdir, lakin Kivai adasının yuxarı hissəsində cəmi 11 km genişdir.
Fındıqlı çayı
Fındıqlı — Gədəbəy rayonu ərazisində çay. == Toponimikası == Babacan (Becan, Bacanka da adlanır) çayının qoludur. Ruslar tərəfindən qeydə alınarkən Funduqlu, Fundullu kimi də yazılmışdır. Çay həmin rayonun ərazisindəki fındıqlı yeri adlı sahədən (Novosaratovka kəndi yaxınlığındadır) axdığı üçün belə adlandırılmışdır. XIX əsrdə çayın sahilində salınmış Novosaratovka yaşayış məntəqəsi də bir müddət Fındıqlı adı ilə tanınmışdır. Kəndin rus əhalisi bu yerə Orexovaya qora da deyir.
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Gərgər çayı
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hibiskus çayı
Hibiskus çayı — rozella (lat. Hibiscus sabdariffa) bitkisinin kasacıqlarından hazırlanan içki. Bu çay bütün dünyada həm soyuq, həm də isti olaraq içilir. Hibiskus çayının ağızbüzən turş dadı var. Şirinləşdirmək üçün ona şəkər və ya nabat əlavə edilir. Çay C vitamini və mineralları ilə zəngindir və xalq təbabətində ondan sidikqovucu kimi, ürək və sinir xəstəliklərinin, eləcə də xərçəngin müalicəsi üçün istifadə olunur. Afrikada, xüsusilə də Sahel bölgəsində bu bitkinin qurudulmuş güllərindən bitki mənşəli çay, Şərqi Afrikada isə "Sudan çayı" adı ilə öskürək sakitləşdirici məhlul hazırlanır. Bitkinin duz, istiot, çadıruşağı otu və doşab ilə qarışdırılaraq əldə olunan şirəsindən öd kisəsinin tədavisində istifadə olunur. Tailandda isə qandakı xolesterolun səviyyəsini azaltmaq üçün bu bitkidən hazırlanan çay içilir.
Jurua çayı
Jurua (port. Juruá) — Amazon çayı nın sol qolunu təşkil edir. Uzunluğu 3280 km, hövzəsinin sahəsi isə 224 min. km² təşkil edir. Çayın məbəyi La-Montaniya (Peru) Peru And öndağlığından başlayaraq şimaldan cənuba doğru axır. Sonradan Amazon düzənliyinə çıxır. Braziliyanın Akri və Amazonas ştatları ərazisindən axır. Şərq istiqamətdə axarkən özünün ən böyük qolunu Taraukanı qəbul edir. Sonradan şimal-qərbə istiqamətlənir. Burada sahilləri bataqlaşmışdır.
Jurunea çayı
Jurunea çayı (Río Juruena) — Cənubi Amerikanın mərkəzində yerləşən çay. Braziliya ərazisindən axaraq Yapajos çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 960 km təşkil edir. Çay öz başlanğıcını Serra-dus-Paresis dağından başlayır və Braziliyanın az məskunlaşılmış öndağlıq ərazisindən axaraq şimala istiqamətlənir. Üzərində çoxlu sayda astana və şəlalələr vardır. Dekabrdan aprelədək gursululuq dövrüdür.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Kamenka çayı
Kamenka — Rostov vilayəti ərazisindən axan çay. Mius çayınln sol qolunu təşkil edir. Çayın uzunluği 36,5 kilometrdir. Ən böyük qolu Makarovadır. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi isə Ryajenoe kəndidir ki, buradada 2242 nəfər yaşayır. == Adı == Çayın adı ruscadan tərcümədə «daş» sözündən törəmişdir. == Axarı == Çay öz başlanğıcını Marevka kəndinin 4 km şimal-şərqindən götürür. İlkin axarı boyunca cənub-qərbə axır. Politotdelskoe kəndi yaxınlığında ən böyük qolu olan Makarovanı qəbul edir. Kamenno-Andrianovo kəndindən isə istiqaməti qərbə götürür.
Kampuas çayı
Kapuas (ind. Kapuas) — çay İndoneziyanın Kalimantan adasında Qərbi Kalimantan vilayətindən axır. Adanın mərkəz və qərb ərazilərindən axaraq Cənubi Çin dənizi tökülür. Mənsəbdə delta əmələ gətirir. Çayın uzunluğu 1143 km təşkil edir. Çay sisteminin sahəsi 98 000 km²-dir. İndoneziyanın ən uzun çayıdır. Bundan əlavə çay dünyada adada yerləşən ən uzun çaydır. == Hidroqrafiyası == Çayın eni 700 m, hövzəsinin sahəsi 98 749 km² təşkil edir. İllik su sərfi ortalama 5 000 m³.
Kauka çayı
Kauka (isp. Río Cauca) — Kolumbiya ərazisindən axan çay. Uzunluğu 1130 km təkil edir, hövzəsinin sahəsi 80 000 km²-dir. Maqdalena çayının sol qoludur. == Coğrafiya == Öz başlanğıcını And dağlarından götürür və şimala paralel olaraq Qərbi Kordilyer ilə Mərkəzi Kordilyer silsilələri arasında yerləşən dərədən axır. Orta axarlara qədər astana və şəlalələr müşahidə edilir. Orta axarda axın sürəti 2 000 m³/s təkil edir. Kalidən Kartaqoya və Antokiidən mənsəbə qədər naviqasiyaya yaralıdır.
Kem çayı
Kem çayı — Yenisey çayının sol qolu. == Əsas göstəricilər == Bu çay Rusiya Federasiyasının Krasnoyarsk əyalətindən axır. Çayın uzunluğu-356 km, hövzəsinin sahəsi isə 8940 кm²-dir.Qidalanmasında qarışıq mənbələrdəndir. Ancaq qar suları daha üstünlük təşkil edir. 1960-1993-cü illərin məlumatlarına əsasən Mixayilovka kəndində suyun sərfi 12,86 m³/san olmuşdur.
Kerulen çayı
Kerulen — Monqolustanda və Çində çay. Uzunluğu 1264 km-dir. Xentey yaylasından başlanır. Dalaynor gölünə tökülür. Yağış və qrunt suları ilə qidalanır. Noyabrdan aprelədək donmuş olur. Yayda daşır. Suvarmada istifadə edilir. Monqolustanın Çoybalsan şəhəri Kerulen sahilindədir.
Kerçik çayı
Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir. Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olur Kerçik → Aksay → Don. == Adı == Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi. == Axarı == Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür.
Ket çayı
Ket çayı — Sibir ərazisindən axan çay, Obun sağ qolu. == Coğrafiya == Uzunluğu - 1621 km, hövzəsinin sahəsi - 94,2 min km²-dir. Başlanğıcını Ob-Yenisey su ayrıcısından götürür. Qərbi Sibir düzənliyi boyunca, Krasnoyarsk diyarı və Tomsk vilayətinin ərazisindən axır. Orlovka çayının axınından əvvəl çay dolama olaraq axır. Aşağı axarlarda isə çoxlu kanallara bölünür. Ket Oba iki qola birləşir - Toqur Ket və Kopılov Keti. Orta illik axını 560 m³/s-dir. İldə 17.7 km³ su baxıdır. May-avqust aylarında gursululuq müşahidə olunur.
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.
Keçəldağ çayı
Keçəldağ çayı — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Keçəldağ çayı Qaraxac çayının sağ qoludur. Mənbəyini Keçəldağın yamacından (3080 m. yüksəklikdən) alan bu çay tipik dağ çayı olub, dar dərələrdən axır. Çay eyniadlı dağın adı ilə adlandırılmışdır. Keçəlçay kimi də qeydə alınmışdır.
Kolıma çayı
Kolıma (saxa Халыма) — Saxa və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir. == Coğrafiyası == Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür. Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya Kolıma və Çukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir. == Hidrologiya == Çayın qidalanması qarışıqdır.
Kordərə çayı
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Çay axdığı Kordərə adlı dərənin adı ilə adlandırılmışdır. Dərənin adı isə Koradərə adının təhrif olunmuş variantıdır. Toponim türk dillərindəki kora (quzu saxlanan yer) və dərə sözlərindən düzəlib, "kora olan dərə" deməkdir.
Koreya çayı
Koreya çayı bitki kökləri, çiçəklər, meyvələr, taxıl, yeməli göbələk, dəniz yosunu və s.-dən hazırlanır. == Tarixi == Üç Krallığın xatirələrində göstərilən Qaya qeydlərinə görə Ayodhya şahzadəsi əfsanəvi kraliça Ho Hvangok Camellia sinensis çay bitkisini Hindistandan Koreyaya gətirdi və onu Changvon şəhəri ilə həmsərhəd olan Begvolsan dağına əkdi. Samhan(3 xanlıq) dövründə labrador çayı və yaxu meyvə çayları, məsələn maqnoliya giləmeyvə çayı və goji giləmeyvə çayı daha geniş istifadə olunurdu. Bir neçə əsr sonra Buddist rahibləri tərəfindən Çin çay mədəniyyətinin tətbiqi ilə çay kollarının sistematik şəkildə əkilməyə başlandığı güman olunur. Bulgapsa, Bulhoesa və Hwaeomsa kimi Koreyadakı erkən buddist məbədlərinin Koreya çay mədəniyyətinin doğulduğu yer olduğunu iddia edilir. Çin çay məhsullarının idxalı, Silla Kraliçası Seondeokun dövründə (631 Tang imperiyasından iki növ çay conça (전차; 磚茶) and dança (단차; 團茶) nın gətirilməsi ilə birlikdə Şilla kraliçası Sondokun (631‒647) hakimiyyəti dövründə Çin çay məhsullarının idxalı başladı. 765-ci ildə bir Buddist rahibin Kye Gyeongdeok və Budda üçün çay təqdim etdiyi deyilir. Camellia sinensis çay bitkisi 828-ci ildə kral Hongdokun Tang İmperiyasından toxumunu alaraq Cirisan dağına əkmək üçün göndərdiyi vaxtdan etibarən ölkədə yayıldı. Çay adətən Budda, eləcə də mərhum əcdadların ruhlarına təqdim olunurdu. Çay mədəniyyəti Qoryo sülaləsi dövründə çiçəklənməyə davam etdi.