□ İstixarə etmək (etdirmək) – istixarə ayini icra etmək (etdirmək).
[Məşədi İbad:] Mən bu gün istixarə elətdirərəm, bu xoş günlərin birində toyumuzu başlarıq.
Fikr edirik biz də bir iş başlayaq; Eyləyirik istixarə, bəd gəlir.
[Kiçik xan:] Qoca, bir istixarə et! – dedi, – görək bu səfər uğurludur, ya uğursuz.