İTÜZÜMÜ

сущ. бот. цпицӀриз ухшар яру емишар жедай, цацар алай са кул ва адан емишар.
İTTİKANI
İTYATMAZ
OBASTAN VİKİ
İtüzümü
İtüzümü (lat. Lycium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Afrika itüzümü
Afrika itüzümü (lat. Lycium afrum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin i̇tüzümü cinsinə aid bitki növü.
Bərk itüzümü
Bərk itüzümü (lat. Lycium depressum) == Təbii yayılması == Bu növ Avrasiyada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2,5 m-dək olan bitkidir. Yarpaqların uzunluğu 20–50 mm, eni 4–17 mm-dir, lansertvari-ellipsvaridir, ucu bizdir. Çiçəkləri tək və ya 2-6-dək qrup şəklində uzunluğu 5–7 mm olan çiçək saplağında əmələ gəlir. Kasacığı əlvari, ucu küt və ya iti, nazik tükcüklərlə örtülmüşdür. Çiçək tacı açıq bənövşəyidən bənövşəyi rəngədək dəyişir. Çiçək tacının borucuğunun uzunluğu 4-5mm, qıfvaridir. Erkəkcikləri çiçək tacından kənarda yerləşir., bünövrəsində çılpaqdır. Meyvəsi qırmızı, sferik, uzunluğu 5-6-mm olan giləmeyvədir.
Cin itüzümü
Cin itüzümü (lat. Lycium chinense) == Təbii yayılması == Şərqi Asiyada dəniz səviyyəsindən 2500 m yüksəklikdə daşlı-qayalı yerlərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə qədər, sallaq, yumşaq, bəzən isə sarılan tikanlı budaqları olan bitkidir. Tamkənarlı yarpaqları dəstə ilə çıxır. Çiçəkləri açıq bənövşəyi rənglidir, iyuldan-sentyabra qədər çiçəkləyir. Qırmızı rəngli giləmeyvələri sentyabr-oktyabrda yetişir. Toxum və pöhrələrlə çoxalır. == Ekologiyası == Torpağa tələbkar deyil, şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Bakıda bir çox parklarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Meyvəsinin tərkibində 21 mikroelement və 18 amin turşusu vardır ki, bunlardan da təbabətdə geniş istifadə edilir.
Cınqılyarpaq itüzümü
Adi itüzümü (lat. Lycium halimifolium) == Təbii yayılması == Mərkəzi Çində yayılmışdır. == Botaniki təsviri == Çоxsaylı sıx badaqlara malik, 1–2 m hündürlüyündə kоldur. Budaqlarında çox nadir hallarda tikanlar müşahidə еtmək оlar. Yarpaqları nеştərvari, tək-tək, qısa saplaqlı, ucu kütdür, bəzən dəstə şəklində budaqların üzərində düzülür, alt səthi açıq yaşıl rəngli, 3-6 sm uzunluğunda, 0,5-1 sm еnindədir. Çiçəkləri bənövşəyi və ya çəhrayı rənglidir, tək-tək və ya dəstə ilə yarpaqların qоltuğundan çıxır. Giləmеyvələri qırmızı, uzunsоv yumurtavari, 8–18 mm uzunluğunda, 5–10 mm еnindədir. Tоxumları 2–3 mm uzunluğunda, sarı rəngli, dairəvi və ya böyrəkvaridir. İyun ayından nоyabra qədər çiçəkləyir, mеyvələri iyul- nоyabr aylarında yеtişir. == Ekologiyası == Abşеrоn şəraitinə davamlıdır.
Rusiya itüzümü
Rusiya itüzümü (lat. Lycium ruthenicum) Qafqazda, Avrоpada, Оrta Asiyada bitir. Azərbaycanda Xəzər dənizi ətrafı zоnalarda yayılmışdır. 1 m hündürlüyündə sıx budaqlı kоldur. Budaqlarının üzərində 3–20 mm uzunluğunda tikanlar yеrləşir. Yarpaqları qalın, çılpaq, xətvari, küt uclu, bоz rənglidir. Uzunluğu 4 sm, еni 2-3 sm оlub, tək-tək və ya dəstə ilə yan budaqların üzərində düzülür. Çiçəkləri zəngşəkilli, açıq bənövşəyi rənglidir, dəstə ilə çiçək saplağınında tоplanır. May-iyun aylarında çiçəkləyir, mеyvələri sеntyabr-оktyabr aylarında yеtişir. Giləmеyvələri qara rəngli, dairəvi, diamеtri 5–7 mm-dir.
Türkmənistan itüzümü
Türkmənistan itüzümü (lat. Lycium turcomanicum) Mərkəzi Asiyada, İranda, Şimali Amerikada, Çində, Türkmənistanda, Qazağıstanda, Özbəkistanda yayılmışdır. Hündürlüyü 0,60-1,25 m, çox iynəli, ağımtıl gövdələri çox şaxələnmiş, çoxillik koldur. Kök sisteminin dərinliyi 1,5–2 m-dir. Yarpaqları növbəli, ellipsvari-uzunsov (uzunluğu 5–20 mm, eni 3–7 mm), qısa saplaqları möhkəm olmaqla, iynələrin ətrafında yerləşmişdir. Çiçəkləri ağ-bənövşəyi, çiçək qrupunda 1-6 ədəddir. Tozcuğun toxumu 2 hüceyrəlidir. Yumurtalığı yaxşıdır. Aprel, may aylarında çiçəkləyir. Meyvələri 3–4 mm diametrində qara rəngdə olub, şirintəhər, xoşagəlməyən iy verir.
Təhlükəli itüzümü
Təhlükəli itüzümü (lat. Lycium horridum) Cənubi Afrikada yayılmışdır. Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Açıq sarımtıl budaqları, yaşıl, neştər və ya ellips formalı yarpaqları olur. Yarpaq qoltuğundan nazik tikanları çıxır. Çiçəkləri cəhrayı rənglidir. Meyvələri tam yetişdikdə qırmızı olur. İyun ayından başlayaraq noyabra qədər çiçəkləyir, meyvələri sentyabr-dekabr aylarında yetişir. Toxum və qələmlə çoxaldılır. Torpağa tələbkar deyil, quraqlığa və kölgəyə davamlıdır.

Значение слова в других словарях