İTAƏTSİZLİK

is. İtaət etməmə, boyun əyməmə, tabe olmama, sözə qulaq asmama; hörmətsizlik, intizamsızlıq.
Qızının belə itaətsizliyi İmamverdiyə artıq dərəcədə təsir etmişdi. S.S.Axundov.
Min ilin əzilmiş rəncbəri sanki qəbirdən qalxıb mülkədarla vuruşur, əlinə götürdüyü yabanı, odlu silahı yerə qoymaq istəmir, itaətsizlik hər səmti bürüyür. S.Rəhimov.

□ İtaətsizlik etmək (göstərmək) – itaət etməmək, tabe olmamaq, sözə qulaq asmamaq, üzə durmaq, hörmətsizlik göstərmək.
Hələ arvadı Nigar açıqdan-açığa ona itaətsizlik edir, özünü yaxşı aparmayırdı. S.Hüseyn.

Синонимы

  • İTAƏTSİZLİK intizamsızlıq
İTAƏTSİZ
İTALİYALI

Значение слова в других словарях