Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İskya
İskya — Kampaniya (İtaliya) vilayətinin Neapol əyaləinə məxsus İskya adasında yrləşən kiçik icmaya malik, bir turist şəhəri. Şəhər icması 18 864 nəfərdən ibarətdir. İskya icması 8378 evdən ibarətdir. 1991-2001-ci illərdə əhali sayı 16013 dən 18253 nəfərədək - 14 % artmışdır.
İskya (ada)
İskya (it. Ischia) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 46 km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. İnzibati olaraq Kampaniya (İtaliya) muxtar vilayətinə aid olub, Neapol körfəzində olan üç əas adadan ən böyüyüdir. Digər yanaşı adalar Kapri və Proçidadir. Sahəsi 46 km², sahilinin uzunluğu 34 km, əhalisi 62 000 nəfərdir. Əhali 6 icmada cəmlənmişdir. Bunlar, Kasamissiola Terme, Lakko Ameno, Forio, Serrara Fontana və Barano d İskja icmalarıdırlar. Əsas şəhəri 18 253 nəfər əhalisi olan İskjadır. Tirren dənizinə aid buda kontinentdən 7 km, Neapol şəhərindən 40 km aralı yerləşmişdir.
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Diksiya
Diksiya (lat. dictio – tələffüz etmə) — Sözlərin tələffüz tərzi; tələffüz. Diktə etmək. Səlis və aydın diksiya nitq mədəniyyətinin əsas elementi. Tələffüzdə aydınlıq dərəcəsidir (danışıqda, ifadə, bədii qiraətdə). Diksiya aktyor, müğənni, diktor, natiq və lektor üçün çox vacibdir. Diksiya xüsusi məşğələlər vasitəsilə təkmilləşdirilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fasiya
Fasiya anlayışını geoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qressli daxil etmişdir. O, 1846-cı ildə İsveçrənin Yura dağları yamacı boyunca geoloji tədqiqat apararkən eyni yaşlı çöküntülərin öz litoloji tərkiblərini kəskin dəyişdiklərini müşahidə etmişdir. Daha sonra Qressli Portland çöküntülərində müəyyənləşdirdiyi onurğasızların asossasiyası Aralıq dənizinin müasir çöküntülərində də müşahidə etmişdir. O, həmin tədqiqatlara əsaslanıb eyni yaşlı suxurların sahə boyunca dəyişməsini "eyni horizontun petroqrafik modifikasiyası" adlandırmış, sonra bu anlayışı yığcam şəkildə ifadə edərək, "fasiya" sözü ilə əvəz etmişdi. Latınca Fasiya (facies) üz deməkdir. "Fasiya" – eyni stratiqrafik, intervalda olan, lakin fiziki- coğrafi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir- birindən ayrılan çöküntü kompleksinə deyilir. Geoloji ədəbiyyatda fasiyanın aşağıdakı növlərinə, modifikasiyalarına rast gəlinir: 1. Litofasiya 2. ümumi geoloji fasiya 3. Mineroloji fasiya 4.
Fiksiya
Fiksiya – uydurma, yalan. həqiqətin məğzindən asılı olmayaraq bir fakt kimi ehtimalın fərziyyəsi. Bədii ədəbiyyat xəyali və ya icad edilən bir şeyi təsvir edir. Bədii ədəbiyyat termini kimi fiksiya ümumiyyətlə nəsrdə və ya şeirdə olduğu kimi adi dildə yazılan yaradıcı əsərlərdə də istifadə olunur. Bədii ədəbiyyat yazılı əsərlərə, pyeslərə və kinoya aid edilə bilər, lakin ən çox yazılı yaradıcılıqla əlaqələndirilir.Mürəkkəb süjet xətti və personajları özündə əks etdirən və qabaqcıl bədii üslub üsullarından istifadə edən bədii nəsr fantastika kimi tanınır. Ədəbi fantastika əsərləri fantaziya, elmi fantastika, macəra, tarixi, romantika və sirr kimi janrlara şaxələnə bilər.[1] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kiksiya
Kiksiya (lat. Kickxia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kickxia aegyptiaca (L.) Nábĕlek Kickxia elatine (L.) Dumort. Kickxia lanigera (Desf.) Hand.-Mazz. Kickxia monodiana (Maire) Dobignard Kickxia spuria (L.) Dumort. Kickxia spuria subsp. integrifolia (Brot.) R. Fern.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
VXSİDA
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsini təmin edir. Agentliyin vəzifəsi həmçinin xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 13 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. Həmin ilin sentyabrın 5-də prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu. Agentliyin fəaliyyətə başlaması 29 dekabr 2012-ci ilə təsadüf edib. 2014-cü ilin 13 fevralında Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib. Həmin ilin yayında Agentliyin tabeliyində olan "ASAN xidmət" mərkəzləri səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü. 2014-cü ilin sonlarında, 15 dekabrda Agentlik OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü. 2015-ci ildə Dövlət Agentliyin tabeliyində fəaliyyət göstərən "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb.
İdriya
İdriya (Idrija, Idria) — Sloveniyada mədən şəhəri. Eyni adlı bələdiyyənin inzibati mərkəzi. Şəhər Sloveniyanın şimal-qərbində, Lyublyananın 60 km-də yerləşir. Müasir şəhər XVI əsrdə meydana gəlmişdir. Yerli kəndlilər su quyusundan su çəkən zaman vedrənin qeyri-adi ağırlığa və suyun parıltılı olmasını müşahidə etmişlər. Sonda bunun civə olduğu məlum oldu. Tezliklə İdriya civə yatağı ispaniyanın Almaden mədəni ilə rəqabətə başladı. İdriya dünyada ikinci ən böyük civə yatağıdır (birinci yerdə Almaden mədəni). Dünya civə ehtiyatının 13 % İdiriya mədənlərində istehsal olunur. İdriyada 500 il müddətində — 107 000 ton civə istehsal edilmişdir.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
İoşima
İoşima (yap. 硫黄島, ing. Iwo Jima) — vulkan məşəlli ada. Kazan adalarına qrupuna daxildir. Bəzən Bonin adalarına daxil edirlər. Tokiodan 1200 km cənubda yerləşir. Ada şimaldan cənuba 8 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 22 km-dir. Ən hündür nöqtəsi Suribati dağıdır (169 m). Dağ sönmüş vulkandır.
İsaiya
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Zixiya
Zixiya (adıq Адзыгъуэй) — Qara dənizin şimal-şərq sahilində çərkəzlərin yaşadığı orta əsrlər padşahlığı, Çərkəzistanın sələfi. Padşahlığın dəqiq sərhədləri məlum deyil. X əsr Bizans imperatoru VII Konstantinə görə, Tmutarakandan ( Tmutorokan ) cənubda yerləşirdi, ondan Kuban çayı ilə ayrılırdı və Nikopsiya adlı bir şəhər var idi. Həvari Andreyin oraya səfəri haqqında bir əfsanəyə görə, o, Abazgiya (Abxaziya) ilə Kimmeriya Bosforu (Kerç boğazı) arasında yerləşirdi. Hapaç Pritsak, Omeljan (1991). "Zichia". In Kazhdan, Alexander (ed.). The Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. pp.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.
İxşid
İxşid (fars. اخشید‎; soqd xšyδ və ya xšēδ sözündən) —islamdan əvvəl və erkən islam dövrlərində Soqdiananın və Mavəraünnəhrdə Fərqanə vadisinin İrandilli hökmdarlarının knyazlıq titulu. Titul İran mənşəlidir. Alimlər onu müxtəlif şəkildə "khshaeta" (hərf. parıldayan) və ya "khshāyathiya" (hərf. hökmdar; həmçinin "şah" başlığının mənşəyidir) qədim İran sözlərinə aid edirlər. Paytaxtı Səmərqənd olan Soqd ixşidləri haqqında mənbələr ərəblərin Mavəraünnəhrə yürüşü zamanı və ondan sonra geniş şəkildə var. Bu xətt Abbasilər dövrünə qədər sağ qalmışdır, baxmayaraq ki, o zamanlar onun yeri İştıxanda idi. Soqd padşahlarının ən görkəmli və enerjililəri arasında 710-cu ildə sələfi Tərxunu devirən və demək olar ki, otuz il ərzində ittifaqları dəyişdirərək genişlənən Əməvi xilafəti ilə Türgiş xaqanlığı arasında qeyri-müəyyən muxtariyyəti qoruyub saxlaya bilmiş Qurək də var idi. Mərkəzi Asiyada titulun nüfuzu hələ X əsrin sonlarında, babası Fərqanədən olan türk sərkərdəsi və Misir hökmdarı Məhəmməd ibn Tuğac tərəfindən qəbul edildiyi zaman yüksək olaraq qalmışdır. Onun titulundan sonra Məhəmməd İxşidin qurduğu qısa ömürlü Misir sülaləsi Ağşidlər sülaləsi kimi tanınır. Bacharach, Jere L. (1993).
Lisiya silsiləsi
Lisiya silsiləsi (bolq. Лисийски хребет, ‘Lisiyski Hrebet’ \li-'siy-ski 'hre-bet\) — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, buzlaqlardan azad olan dağ silsiləsidir. Silsilə şimal-şərq, cənub-qərb istiqaməti boyunca Leroy körfəzindən və Biqo körfəzindən 16 km məsafədə yerləşmişdir. Komriye buzlağından cənubda, Lyuk buzlağından şərqdə yerləşmişdir. Biqo dağı (1700 m) silsilənin cənub-qərb, Perçot dağı (2040 m) isə mərkəzi hissəsini əmələ gətirir. Silsilədə Muldava buzlağı, Nesla buzlağı və Koloş buzlağı yerləşmişdir. Buzlaq cənub-qərbi Bolqarıstanda yerləşən Lisiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Lisiya silsiləsi 65°45′10″ c. e. 64°11′00″ q.
Lusiya Xil
Lusiya Xil Santiaqo (isp. Lucía Gil Santiago; 29 may 1998, Madrid) — İspaniya müğənnisi və aktrisası.
Lusiya gəvəni
Astragalus cornutus (lat. Astragalus cornutus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25–70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5–6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.
NTV (Rusiya)
NTV (rus. НТВ) — 1993-cü ildə fəaliyyətə başlayan Rusiya televiziya kanalıdır. NTV Rusiya ilə yanaşı digər ölkələrdə də yayımlanır. "NTV Mir" telekanalı MDB və Pribaltikada, bundan başqa Qərbi Avropada, Yaxın Şərqdə, ABŞ, Kanada, İsrail, Avstraliya, Yeni Zellandiya və Okeaniya ərazilərində yayımlanır. Telekanalın "NTV HD" adı ilə yüksək dəqiqlikdə fəaliyyət göstərən versiyası da vardır. Telekanal 6 dəfə loqotipini dəyişmişdir. Hal-hazırda istifadə olunan loqotip — yeddinci və səkkizinci loqotipdir. 1993-cü ildə loqotip sağ aşağı küncdə yerləşirdi. 1993-cü ildən indiyə kimi loqotip sol aşağı küncdə yerləşir.
Nickelodeon (Rusiya)
Nickelodeon (Rusiya) - Rusiyada yayımlanan 15 noyabr 1998-ci ildə fəaliyyət göstərən bir uşaq kanalıdır. Kanal rus dilində yayımlanır. Kanal 4 oktyabr 2001-ci ildə hd yayımına başladı. Nikelodeon NTV Plus, NTV Plus Ukrayna , Telekarta, Viasat Ukrayna və OTAU TV kimi operatorlarda ingilis və rus dillərində yayımlanır.
Nobuko Yoşiya
Nobuko Yoşiya (吉屋 信子, 12 yanvar 1896, Niiqata – 11 iyul 1973, Kamakura, Kanaqava prefekturası) – Yaponiya yazıçısı. Niiqata prefekturasında bir dövlət məmurunun qızı kimi doğulmuşdur. Yeniyetmə yaşlarından etibarən əsərlər yazmağa başlamışdır. 1916-1924-cü illərdə yayımlanmış "Çiçək hekayələri" adlı əsəri qız tələbələr arasında populyar olmuşdur. "Yerin sonuna qədər" adlı əsərinə görə 1920-ci ildə "Osaka Asahi" qəzetinin mükafatını qazanmışdır. Bu əsər Tokioda təhsil alarkən əldə etdiyi xristianlıq təcrübələrini əks etdirirdi. Yoşiyanın romanları qadın idealları, problemləri, digər qadınlarla münasibətlərə həsr olunduğu üçün əsasən qadın oxucular tərəfindən oxunurdu. Həyatını Monma Çiyo adlı qadın partneri ilə birlikdə keçirmiş, onunla səyahətlər etmişdir. Əsas əsərləri siyahısına "Qadınların dostluğu" (1933-34), "Bir ərin isməti" (1936-37), "İblis alovu" (1951), "Atakake insanları" (1951-52) və "Tokuqava xanımları" (1966) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Pinus kesiya
Pinus kesiya (lat. Pinus kesiya) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.