İYRƏNC

sif.
1. Özünə nifrət doğuran, ikrah doğuran, qətiyyən xoşa gəlməyən, mənfur, çox çirkin.
[Zeynalın] üzü olduqca iyrənc bir hal almışdı. S.Hüseyn.
Salman havalanıb pörtərək, eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov.
[Casus] bayquş kimi boyunsuz, bədəninə görə yekə, lakin mütəhərrik başını əcaib və iyrənc (z.) bir surətdə hərləyib, … qapıya baxdı. M.Rzaquluzadə.

2. məc. Rəzil, yaramaz, alçaq, mənfur.
…Mən sənə söz verirəm, artıq bu iyrənc yolu təqib etməyəcəyəm. M.S.Ordubadi.
“Şamdan bəy” komediyasında da yazıçı bizi keçmişin iyrənc tiplərindən birisi ilə tanış edir. M.Arif.

Синонимы

  • İYRƏNC iyrənc bax eybəcər
  • İYRƏNC rəzil — yaramaz — alçaq — mənfur
  • İYRƏNC rəzil — çirkin — murdar

Антонимы

  • İYRƏNC İYRƏNC – GÖZƏL Salman havalanıb pörtərək, eybəcər və iyrənc şəklə düşdü (M.İbrahimov); O gözəl nəğməni oxusana! (M
İYNƏYARPAQLILAR
İYRƏNCLİK

Значение слова в других словарях