KÖLGƏLƏNMƏK

f.
1. Kölgə düşmək, kölgəli olmaq, kölgə salmaq, bir qədər qaranlıqlaşmaq. Ağaclar kölgələndi.
– …Dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən.

2. Kölgə düşən yerdə oturmaq, kölgədə gizlənmək.
Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. C.Məmmədquluzadə.
Göy sərvlər qucağında bir çiçək kimi; Kölgələndi uzaqlarda ağaran liman. Ə.Cəmil.
[Bakıda] heç kəs istidən kölgələnmək və başını gizlədib işdən qalmaq istəməz. S.Rəhimov.

3. məc. Üzündə qəm, kədər, qüssə əlaməti zahir olmaq; qəmlənmək, qüssələnmək, kədərlənmək (adətən, “gözləri”, “üzgözü”, “çöhrəsi” sözləri ilə). Üzü-gözü kölgələnmək.
– Sevilin gözləri güldüyü yerdə; Birdən buludlanıb kölgələndimi? M.Müşfiq.
Məzlumun çöhrəsi kölgələndi, bir an nə deyəcəyini bilmədi. S.Vəliyev.

4. məc. Qaçıb gizlənmək, birinin himayəsinə, qanadı altına sığınmaq, birinə pənah aparmaq.
KÖLGƏLƏNMƏ
KÖLGƏLƏYİCİ

Значение слова в других словарях