1. Küt hala salmaq, kəsməz hala salmaq, kəsərini azaltmaq. Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək.
– Dostlar! Kütləşdirməyək döyüş yarağını.
2. məc. Həssaslığını, qavrama qabiliyyətini, dərrakəsini azaltmaq, zəiflətmək; küt eləmək. Beynini kütləşdirmək.
– [İngilislər] kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək …mövhumat və bidətləri canlandırırdılar.