KÜTLƏŞDİRMƏK

f.
1. Küt hala salmaq, kəsməz hala salmaq, kəsərini azaltmaq. Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək.
– Dostlar! Kütləşdirməyək döyüş yarağını. S.Rüstəm.

2. məc. Həssaslığını, qavrama qabiliyyətini, dərrakəsini azaltmaq, zəiflətmək; küt eləmək. Beynini kütləşdirmək.
[İngilislər] kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək …mövhumat və bidətləri canlandırırdılar. M.S.Ordubadi.

KÜTLƏŞDİRMƏ
KÜTLƏŞMƏ

Digər lüğətlərdə