KƏHİLDƏMƏK

f. məh. Çətinliklə, tövşüyə-tövşüyə nəfəs almaq; ləhləmək, tövşümək.
Tövlənin qapısı açıldı və cahıllar kəhildəyə-kəhildəyə (z.) atları töyləyə çəkib, kişmiş taylarını sürüyüb saldılar tövlənin bucağına. C.Məmmədquluzadə.
Kişi kəhildəyib yerində eşələndi, kürəkləri bir də səslənib xırtıldaşanda nəfəsi genişləndi. B.Bayramov.

KƏHİLDƏMƏ
KƏHİLTİ

Значение слова в других словарях