□ Kəmməhəl olmaq – saymamaq, etinasız olmaq, soyuqluq, etinasızlıq göstərmək.
Xubların yaxşısı olmaz kəmməhəl; İşarə edən tək gələr əlbəəl.
…Kənd müəllimlərinin … öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəb onların həddən ziyadə az məvacib almaqlarıdır.
…Nəbini də çağırmışdılar. Bir az kəmməhəl olub, o da getmək istəmədi.