KARETA

[ pol. ] köhn. Hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası.
Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ə.Haqverdiyev.
[Ana:] Qızım karet içində, üzündə duvaq, yanında sağdışı, soldışı otursun. A.Şaiq.
Aparsın mənzilə bizi kareta; Orda bir gecəlik qonağım ol sən. S.Vurğun.
Şaxtalı küçələrdən keçirdi karetalar. R.Rza.

KARET
KARƏ
OBASTAN VİKİ
Kareta
Kareta — kiçik və yumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban və Dilicana nisəbətən kareta kiçik və yumşaq nəqliyyat növü idi. Altı nəfərə qədər sərnişin götürə bilən kareta Azərbaycanda ancaq Bakı şəhərində işlədilmişdir.

Значение слова в других словарях