KASADLIQ

is.
1. Ticarətdə malın satılmadığı, işə getmədiyi, müştərisi olmadığı vəziyyət; rəvacsızlıq, alış-verişdə durğunluq, böhran.
Tərəkəmə şəhərdən çəkilib getmişdi, bazar bərk kasadlıq idi. Çəmənzəminli.
[Həsən:] Bazarın kasadlığı ovqatımı təlx edib. Ə.Haqverdiyev.
[Qafar:] Bu kasadlıq vaxtında mən səni üç ziyarətə necə aparım? S.S.Axundov.

2. Qıtlıq, qəhətlik.
Başlanır illərin kasadlıq ili; Muğanın başına dünya dar olur. S.Vurğun.

□ Kasadlıq çəkmək – qıtlıq, qəhətlik keçirmək.
3. Kasıblıq, yoxsulluq, ehtiyac mənasında.
Ağardı saçların, ömrün də yarı; Kasadlıq keçirir şerin bazarı. S.Vurğun.

□ Kasadlığa düşmək – kasadlıq çəkmək, yoxsul olmaq.

Синонимы

  • KASADLIQ durğunluq — böhran
  • KASADLIQ kasıblıq — yoxsulluq
  • KASADLIQ qıtlıq — qəhətlik
KASADLAŞMAQ
KASAMAS

Значение слова в других словарях