Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1986; Kəlbəcər, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu.
== Karyerası ==
Kifayət Qasımova, 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempioatında gümüş medala layiq görüldü.
Daha sonra o, 2007-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Avropa Çempioatında bürünc medal qazandı.
Kifayət Qasımova, 2008-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində şəhərində baş tutan Avropa Çempioatında bürünc medala sahib oldu.
Kifayət Qasımova, 2008-ci ildə baş tutan Pekin Olimpiadasında 1/8 final mərhələsində məğlub oldu.
Daha sonra o, 2009-cu ildə Niderlandın Rotterdam şəhərində keçirilən Dünya Çempioatında bürünc medal qazandı.
Kifayət Qasımova, 2012-ci ildə keçirilən London Olimpiadasında da 1/8 final mərhələsində məğlub oldu.
Kifayət Qasımova, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -57 kiloqram çəki dərəcəsində o, Mərakeş idmançısı Yousra El Bouhairini 110:000, Qırğızıstan cüdoçusu Kseniya Beldiaqinanı 100:001 və Fil Dişi Sahilinin idmançısı Züleyxa Dabonneni 012:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kifayət Qasımova, Əlcəzair cüdoçusu Ratibe Tariketə 002:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.