Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müdafiəçi
Müdafiəçi (hüquq)
Müdafiəçi (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiəçi (hüquq)
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur. == ABŞ == ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər.Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir. Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir. Bu işin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, ABŞ-də müdafiəçilər ABŞ Konstitusiyasını çox aydın başa düşməlidirlər.
Emin Hüseynov (hüquq müdafiəçisi)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Qələbə meydanında Leninqradın müdafiəçilərinə abidə (rus. Монумент героическим защитникам Ленинграда) — 1941–1943-cü illərdə Leninqradın blokadası zamanı Leninqradı müdafiə etmiş Qızıl Ordu hərbçilərinin şərəfinə ucaldılmış monumental heykəltaraşlıq kompleksi. == Tarixi == Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidənin ucaldılması ideyası hələ Böyük Vətən Müharibəsi illərində meydana gəlmişdi, lakin abidənin inşasına yalnız otuz il sonra, şəhərin düşmən qüvvələrin blokadasından tamamilə təmizlənməsindən sonra başlanmışdır. Abidənin inşa ediləcəyi yer 1960-cı illərdə seçilmiş, kompleksin Sredniy Roqatki meydanında ucaldılması qərarlaşdırılmış, 1962-ci ildə meydan Qələbə meydanı adlandırılmışdır. Abidə üçün yer təsadüfən seçilməmişdi. Müharibənin ilk günlərindən Moskva prospekti cəbhə yolu olmuş və bu prospektlə xalq qüvvələri, texnika və hərbi birləşmələr hərəkət etmişlər. Məhz bu ərazinin yaxınlığından müdafiə xətti keçirdi. Sredniy Roqatki meydanının özündə xəndəklər qazılmış, tank əlehinə qurğular yerləşdirilmişdi. 1945-ci ildə Böyük Vətən Müharibəsinin başa çatmasından sonra müharibədən qayıdan qvardiya döyüşçülərini qarşılamaq üçün məhz burada müvəqqəti triumfal arka inşa edilmişdi.Kompleks əhalinin verdiyi bəxşişlər hesabına inşa edilmişdi. Bəxşişlərin toplanması məqsədi ilə Dövlət Bankında 114292 №-li hesab yaradılmışdı.
Seria A ilin ən yaxşı müdafiəçisi
Seria A İlin ən yaxşı müdafiəçisi (İtalyanca: Migliore difensore) mükafatı "İtaliya Futbol Assossasiyası" tərəfindən A Seriyasında çıxış etmiş ən yaxşı müdafiyəçiyə təqdim edilirdi. Belə ki, hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində 2000-2010-cu illər aralığında bu müfakatda sahibinə təqdim edilirdi. 2011-ci ildən başlayaraq isə ən yaxşı müdafiyəçinin adı "Seriya A-da ilin ən yaxşı komandası"nın bir hissəsi kimi təqdim edilməyə başladı.
Vətən Müdafiəçiləri Abidəsi
Otan korqauşılar abidəsi (qaz. «Отан қорғаушылар» монументі) ― Qazaxıstanın paytaxt şəhəri Astanada yerləşən memorial. Abidə "Tauelsizdik" prospektinə yaxın "Vətən qoruyucuları" meydanında qoyulub. Abidə ilk öncə Böyük Vətən müharibəsi (II Dünya Müharibəsi) dövründə Sovet ordusu sıralarına xidmətə göndərilən qazaxların və Qazaxıstan Silahlı Qüvvələri veteranların xatirəsini anır. "Otan korqauşılar" adı qazax dilindən "vətən qoruyucuları" kimi tərcümə olunur. Aleksandr Lukaşenko, Mun Çje İn, Angela Merkel, Sadır Japarov və Qasım-Comərd Tokayev kimi yüksək vəzifəli şəxslər müxtəlif vaxtlarda abidəni ziyarət etmiş və önünə çələnglər qoymuşdular. Hər il 9 may tarixində təşkil olunan Qələbə Günü paradı adətən memorial yaxınlığında keçirilir.Abidənin açılışı 2001-ci ildə "Qələbə Günü" bayramına təsadüf etdi. Abidənin təməli 10 iyun 1998-ci ildə o vaxtki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. == Görünüşü == Abidə qranit bünövrəsi üzərində ucalır, oraya həmçinin tunc stela da yerləşdirilib. Abidənin hündürlüyü 24 metrə bərabərdir və 63 ton çəkisində olan tuncdan hazırlanıb.
İtaliyada ilin ən yaxşı müdafiəçisi
Seria A İlin ən yaxşı müdafiəçisi (İtalyanca: Migliore difensore) mükafatı "İtaliya Futbol Assossasiyası" tərəfindən A Seriyasında çıxış etmiş ən yaxşı müdafiyəçiyə təqdim edilirdi. Belə ki, hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində 2000-2010-cu illər aralığında bu müfakatda sahibinə təqdim edilirdi. 2011-ci ildən başlayaraq isə ən yaxşı müdafiyəçinin adı "Seriya A-da ilin ən yaxşı komandası"nın bir hissəsi kimi təqdim edilməyə başladı.
Böyük Vətən Müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinə abidə
Böyük Vətən Müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinə abidə ("Alyoşa") — Murmansk şəhərinin Leninski rayonundakı xatirə kompleksi. Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs obyektidir. == Tarixi == 1966-cı ildə RSFSR Nazirləri abidənin hazırlanması haqqında sərəncamı qəbul etdi. Abidənin quraşdırılması üçün əvvəlcə Beş Künc Meydanı və ya Lenin prospektinin sonundakı təpə nəzərdə tutulurdu, lakin sonda Zeleni Mısın üzərindəki təpə seçildi, şəhər və Kola körfəzindən 173 metr hündürlükdə ucaldıldı. Abidənin əsası 1969-cu il oktyabrın 10-da qoyulmuş, tikintisinə 1974-cü ilin mayında başlanılmışdır. Kompleksin layihəsi memar İ. A. Pokrovski və heykəltaraş İ. D. Brodski tərəfindən hazırlanmışdır. SSRİ Bədii Fondunun Moskva Heykəltəraşlıq və İstehsalat Zavodu (hazırlıq işi), Soyuzvzryvprom idarəsi (təməl çuxurunun yaradılması) və Murmanskmorstroy tresti tərəfindən ucaldılmışdır. == Abidənin tərkibi == Çiynində avtomat olan bir əsgərin monolit fiqurudur. Abidənin postamentinin hündürlüyü 7 metr, heykəlin hündürlüyü 35,5 metrdir. Bütün abidənin hündürlüyü 42 metr, içi boş heykəlin çəkisi 5376 tondur.
Alyoxin müdafiəsi
Alyoxin müdafiəsi — şahmatda debüt, e2-e4 Kg8-f6 gedişi ilə başlayır. == Yaranma tarixi == Şahmat praktikasına dünya çempionu Aleksandr Alyoxin tərəfindən daxili edilib. O bu gedişi 1921-ci ildə Budapeştdə Layoş Şteynerə qarşı oynayarkən tətbiq edib..Ancaq bu gediş əvvəl də məlum idi. Gedişin ideyası qara fiqurla oyun və ağ fiqurların piyada mərkəzinə əks-hücumdur. Ağlar bir çox halda üstünlüyə malikdirlər. Ancaq debüt maraq doğurur və yarışlarda tez-tez rast gəlinir. Bu debütün nəzəriyyəsinə Vladas Mikenas, İsaak Boleslavski, Vlastimil Qort, Vladimir Bağırov böyük töhfə vermişlər.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini Bir qrup başlıanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Kanija müdafiəsi
Kanija müdafiəsi — 1593–1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur. == Mühasirədən öncəki vəziyyət == 1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər. == Mühasirənin gedişi == Avstriyalılar 35–100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı.
Mədinə müdafiəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Siciliya müdafiəsi
Siciliya müdafiəsi — Şahmatda "e4 c5" gedişləri ilə başlayan debüt. Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır. New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır. Qrossmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar." Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio Polerio və Ciaoçino Qrekonun oyunlarında rast gəlinir. == Açıq Siciliya: 2.Af3 və 3.d4 == 1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır.
Sokratın müdafiəsi
Sokratın müdafiəsi (yun. Άπολογία Σωκράτους, Apología Sokrátus) — Yunan filosofu Platon tərəfindən yazılmış, Sokratın bir qrup Afinalı tərəfindən şəhərin tanrılarına inanmaması və gəncləri inancdan çəkindirməsi səbəbi ilə günahlandırılması, Afina demokratiyası tərəfindən mühakimə olunması və cəzalandırılmasından bəhs edən dialoq. Əsər "Euithipron" əsərinin davamı olaraq yazılmışdır. Sokratın müdafiəsi əsəri "Euithipron" və "Kiriton" bölmələri ilə birlikdə, üçlük təşkil edirlər. "Euithipron"da məhkəmədən əvvəl, şahidlərin dindirilməsi və məhkəmə prosesi haqqında danışılır. "Kiriton" hissəsində isə məhkəmədən sonra yaşanan hadisələr göstərilir. Eramızdan əvvəl 403-cü ildə Afina demokratiyası Afina və Sparta arasındakı Peloponnes müharibəsindən, minlərlə insanın öldürülməsinə və ya sürgün edilməsinə səbəb olan Otuz Tiranın qovulmasından sonra yenidən qurulma prosesinə başladı. Müxtəlif təbəqədən olan afinalılar, gənc əhalisini itirmiş və epidemiyalardan əziyyət çəkən şəhəri yenidən qurmaq üçün birlikdə işləməyə başladılar. Şəhərin qanunlarına yenidən baxıldı. Belə bir dövrdə həyat tərzi "fəlsəfə etmək" olaraq ümumiləşdirilə bilən Sokrat; suallar, köhnə müdrikləri təhlil edən, bəzən çürüdən sorğulayıcılığı və Afinanın liderlərinə istiqamətləndirdiyi tənqidləri ilə bir çox düşman qazandı.
İstehlakçıların müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir.16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing. Library of the European Parliament.
Brest qalasının müdafiəsi
Brest qalasının müdafiəsi (rus. Оборона Брестской крепости) — 1941-ci ilin 22-29 iyun tarixlərində baş vermişdir. Barbarossa əməliyyatının ilk döyüşlərindən biri idi. Brest qalası Vermaxt ilə mübarizədə Qızıl Ordu tərəfindən müdafiə edilmiş, gözləniləndən də çox düşmən hücumuna müqavimət göstərmiş və İkinci dünya müharibəsi bitəndən sonra sovet müqavimətinin rəmzinə çevrilmişdir. 1965-ci ildə Qəhrəman qala adına layiq görülmüşdür. == Döyüş öncəsi vəziyyət == XIX əsrə aid Brest qalası, Nasist Almaniyası Polşa ilə müharibədə olarkən baş vermiş Brest-Litovsk döyüşünün ərazisi olmuşdu. Halbuki, 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən, Brest ətrafı, eləcə də Polşanın ərazisinin 52%-i SSRİ-yə birləşdirildi. 1941-ci ilin yayında, almanlar qalanı yenidən, lakin bu dəfə SSRİ ilə mübarizədə tutmağa çalışdılar. Almanlar, Barbarossa əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücumu istiqamətində yerləşən Brest şəhərini və Brest qalasını tutmağı planlaşdırırdılar. Qala və şəhər Buq çayı, eləcə də Varşava–Moskva dəmiryolu xəttinin və magistralının üzərində yerləşirdi.
Diplomatların müdafiəsi Konvensiyası
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — Konvensiya 1977-ci il fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı cinayət əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb olmuşdur. == Haqqında == Burada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə və beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş cinayətlərlə məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid etmişdir. == Müqavilənin müddəaları == Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə edən şəxslərə aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir üzvü, xarici dövlətdə olan hökumət başçısı və ya xarici işlər naziri, onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi və ya digər agenti və onların ailə üzvləri. Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak etməsini “prima facie” isbat edən kifayət qədər dəlillər olan şəxsdir. Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi müdafiə hüququna malikdir. Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi müəyyən olunur. Buna aşağıdakılar aiddir: beynəlxalq müdafiədən istifadə edən şəxsin qəsdən öldürülməsi, qaçırılması və ya onun şəxsiyyətinə və ya azadlığına yönəlmiş digər hücumların həyata keçirilməsi; beynəlxalq müdafiədən istifadə edən şəxsin şəxsiyyətinə və edən ümumtanınmış hüquqi prinsipin təsdiq edilməsi, azadlığına təhlükə yarada biləcək, onun rəsmi binasına, yaşayış binasına və ya nəqliyyat vasitələrinə zorakı hücumların həyata keçirilməsi; istənilən hücum cəhdi; istənilən belə hücumun iştirakçısı qismində əməllər, belə ki, hər bir iştirakçı dövlət tərəfindən onun daxili qanunvericiliyinə əsasən, bu cinayətin onun ərazisində və ya ərazisinin hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, cinayət kimi qiymətləndirilməlidir.
Filidor müdafiəsi (şahmat)
Filidor müdafiəsi — Şahmat termini Debüt onu yaradan XVIII əsr fransız şahmat ustası Fransua-Andre Danikan Filidorun şərəfinə adlandırılmışdır.
Fransız müdafiəsi (şahmat)
Fransız müdafiəsi — Şahmatda 1. e2-e4 e7-e6 gedişləri ilə başlayan debüt. 1834-1836-cı illərdə London şahmatçıları ilə yazışma oyununda müvəffəqiyyətlə yarışan parisli şahmatçıların şərəfinə adlandırılmışdır.
Karo-Kann müdafiəsi
Karo-Kann müdafiəsi — Şahmat termini XIX əsrdə Vyana şahmatçısı M. Kann tərəfindən ixtira edilib. 1886-cı ildə almaniyalı usta Q. Karo bu müdafiənin bir neçə variantını təhlil etmişdir.
Nimtsoviç müdafiəsi (şahmat)
Nimtsoviç müdafiəsi — Şahmat termini Məşhur qrosmeyster Nimtsoviçin şərəfinə adlandırılmışdır.
Qrünfeld müdafiəsi (şahmat)
Qrünfeld müdafiəsi — şahmat termini, 1922-ci ildə Avstriya qrosmeysteri tərəfindən praktikaya tətbiq edilmişdir.
Raqozin müdafiəsi (şahmat)
Raqozin müdafiəsi — Şahmat termini XX əsrin 30-cu illərinin əvvəllərində turnir praktikasında tətbiq edən sovet qrossmeyestrinin şərəfinə adlandırılmışdır.
İstehlakçı hüquqlarının müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir.16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing. Library of the European Parliament.
Pirs-Ufimsev müdafiəsi (şahmat)
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.
Qədim hind müdafiəsi (şahmat)
Qədim hind müdafiəsi — Şahmat termini. Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır.
Yeni hind müdafiəsi (şahmat)
Yeni hind müdafiəsi — Şahmat termini Bu debüt A. Nimtsoviç tərəfindən təklif edilmiş və praktikaya tətbiq olunmuşdur.
İki at müdafiəsi (şahmat)
İki at müdafiəsi — Şahmat termini İtalyan şahmatçısı və nəzəriyyəçisi D. Polerianın əlyazmalarında təsadüf olunur.
Müdafiə
Bu məqalə hərbi əməliyyatlar haqqındadır. Digər variantlar Müdafiə (ümumi anlayış) məqaləsində verilib.[mənbə göstərin]Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.