Kivi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir.
Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur.
Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə).
Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır:
== Aşağı Givi ==
Dəmirçi, Sitallı, Gəylər, Bazar.
== Yuxarı Givi ==
Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.