KOLQIRAN
KOLLAMA
OBASTAN VİKİ
Kolqotqa
Kolqotqa (çex. kalhoty, hərf. şalvar) və ya tumanlı corab — qadınlar tərəfindən istifadə edilən geyim növü. Bu geyim əsasən sintetik materialdan hazırlanır. Beldən ayaq barmaqlarına qədər bədənini örtən, dar ayaq geyimidir. Tumanlı corablar aşağıda qeyd olunan formalarda nəzərdə tutulub: Görünüşü cazibədar etmək, Ləkələr, qançırlar, çapıqlar, hörümçək damarları və ya varikoz damarları kimi fiziki xüsusiyyətləri gizlətmək , Dəriyə daha az solğun görünüş vermək , Görünən xətləri azaltmaq, Ayaqlar arasında sürtünməni asanlaşdırmaq . İki əsas məhsul qrupu var: şəffaf və ya qeyri-şəffaf. Sintetik corablar kimi, tumanlı corablarda sintetik materialdan və ya sintetiklə qarışdırılmış digər liflərdən hazırlanır. Moda kimi geyinilməklə yanaşı, bəzən Qərb ölkələrində qadınlar tərəfindən rəsmi geyimin bir hissəsi kimi geyinilir. Bundan əlavə, bəzi şirkətlər və təhsil müəssisələrinin uniformasının bir hissəsi kimi ətəklər və ya şortlar geyinilən zaman corab və ya taytların geyinilməsi tələb edilə bilər. Belə qədər əhatə edən tumanlı corab 1960-cı illərdə ortaya çıxdı və o vaxta qədər istifadə edilən sintetik corablara alternativ yaratdı .

Значение слова в других словарях