Nə məhəlli komitə, nə ittifaq, nə də əmək komissarlığı [Zeynalın] tamamilə işdən xaric edilməsinə əsas etibarı ilə etiraz edə bilməyirdilər.
Komissarlıqdan yazıb, baş mühəndis vəzifəsinə təyin üçün namizəd istəyirdilər.
Qulamın yanına onunla eyni komissarlıqda işləyən bir işçi gəlmişdi.
□ Xalq komissarlığı tar. – Azərbaycanda sovet dövründə dövlət idarəsi sahələrindən birinə rəhbərlik etmiş mərkəzi orqan (1946-cı ildə nazirliyə çevrilmişdir).
Hərbi komissarlıq – hərbi vəzifəlilərin uçotu, orduya çağırışı və çağırışa qədərki hazırlığı ilə məşğul olan yerli hərbi idarə.
Göyçəyin ərizəsi hərbi komissarlıqda idi.
[Xasayla] birlikdə hərbi komissarlığa beş nəfər getmişdi.