"Qida" korporasiyası (film, 2008)
"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi. Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir.
Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür.
== Məzmun ==
Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir.