KREPDEŞİN

[ fr. crepe de Chine – Çin krepi] Sıx, nazik ipək parça. 3 metr krepdeşin almaq.
// Bu parçadan tikilmiş. Krepdeşin kofta. Krepdeşin yaylıq.
[Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn.
Qaratel sadə çit don geyib, başına ağ krepdeşin örpək örtmüşdü. Ə.Əbülhəsən.

KREP
KRESLO

Значение слова в других словарях