Şarl Kulon
Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır.
Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir.