KULTİVÁSİYA

[ fr. ] k.t. Torpağın kultivatorla becərilməsi, yumşaldılması.
Bütün yay müddətində [manqa üzvləri] altı dəfə kultivasiya, yeddi dəfə də kətmənləmə apardılar. İ.Əfəndiyev.
Alaq, kultivasiya, kətmən, suvarma; Bizim işimizin əsil canıdır. B.Vahabzadə.

□ Kultivasiya etmək (çəkmək) – torpağı yumşaltmaq, belləmək, becərmək. Sahədə cərgə aralarına çarpaz kultivasiya çəkilirdi.
KULON
KULTİVÁTOR

Значение слова в других словарях