KUR

f. kor. Kuri-madərzad anadangəlmə kor.

KUHÜ DƏŞT
KUR-KURANƏ
OBASTAN VİKİ
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Kur-e-Byui
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kur-e-Büi
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Crepis kurdistanica
Crepis sonchifolia (lat. Crepis sonchifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Cüro Kurepa
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur. Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır.
Cənubi Kuril boğazı
Cənubi Kuril boğazı — Sakit okeanına daxil olan Kunaşir adasını Şikotan adasındasından ayırır. Boğaz Boyük Kuril adaları qrupunu da Kiçik Kuril adaları qrupundan ayırır. Kunaşir boğazı ilə Xəyanət boğazı vastəsi ilə birləşir. Boğazın sahilində Kunaşir adasında Yujno-Kurils qəsəbəsi yerləşir.
Dalğalarda qadın (Kurbe)
Dalğalarda qadın (fr. La femme à la vague) — Qüstav Kurbenin 1868 ci ildə yağlı boya texnikası ilə nü janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsər Nyu Yorkun Metropoliten muzeyində sərgilənir. Tabloda Kurbe gənc bir qadını dalğalar qoynunda çimərək təsvir etmişdir. Əsər nü janrındadır. Onun yarıya qədər suya batmış bədənini yarım şəffaf dərisi çox işıqlı təsvir edilmişdir. Dalğalı şabalıdı rəngli və bir qədər də nəmli görünən saçları seyrək şəkildə üzünə tökülmüşdür. Qolları başı üzərinə çar-çarpaz qaldırılmışdır. Köpüklü xırda ləpələr sanki onun üzərinə canatır.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Diplomata kurdı
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Dizə kurqanları
Dizə kurqanları — Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisində yerləşən kurqanlar. Kurqanlar Şərur rayonunun Dizə kəndi yaxınlığında, Arpaçayın sağ sahilində, dağ silsiləsinin ətəyində yerləşir. Kurqanlar hündürlüyü yer səthindən 1-1,5 m, diametri 3–5 m olan oval təpə formasındadır. Bəzi kurqanların torpaq örtüyü tamamilə aşınmışdır. Kurqanların biri elektrik dirəyi üçün çuxur qazılarkən dağıdılmış, buradan monoxrom boyalı qablar aşkar edilmişdir. Araşdırmalar zamanı kurqanların yerləşdiyi ərazidə müxtəlif dövrlərə aid abidələrin olduğu müəyyən olunmuşdur. Dizə kurqanlarını e.ə. 3-2 minilliklərə aid etmək olar.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.
Echinops kurdicus
Echinops kurdicus (lat. Echinops kurdicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Sphaerocephalus kurdicus Boiss. & Hausskn.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Esperanto Kursu
Esperanto Kursu (esp. Kurso de Esperanto) — Esperanto dilində 12 hissəli pulsuz və açıq mənbəli bir dil kursu proqramıdır. Kurs, xüsusilə optimize edilmiş öyrənmə məşqləri səbəbiylə iki həftə içində Esperanto dilinin təməlini öyrənmək üçün hazırlanmışdır. Proqram tələffüz və dinləmə anlayışını inkişaf etdirmək üçün istifadə edilən bütün sözlərin dinləmə testlərindən istifadə edir. İstifadəçi, mikrofondan istifadə edərək Esperanto dilində danışma cəhdlərini lentə ala və onları nümunələrlə müqayisə edə bilər. Hər hissənin sonunda və bütün Esperanto dili kursunun sənədləşdirilməsi üçün istifadəçi imtahandan keçə bilər və bu xüsusiyyətlərdən istifadə edə bilər: Testlər imtahanın cavablarını düzəltmək üçün kurs rəhbərlərinə pulsuz olaraq verilə bilər. Bu düzəliş xidməti, Almaniya Esperanto Gənclik Təşkilatı da daxil olmaq üzrə Esperanto Hərəkatının könüllüləri tərəfindən təmin edilməkdədir. Esperanto Kursu, Kvebek Esperanto Cəmiyyəti (esp. Esperanto-Societo Kebekia, fr. Société québécoise d'espéranto) və digər kurslar tərəfindən inkişaf etdirilən 10 saatlıq bir kursa söykənir.
Euphorbia kuriensis
Euphorbia kuriensis (lat. Euphorbia kuriensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fərqlənmə kursu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
General Kurnakovun evi
General Kurnakovun evi — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsi ev 28 yerləşən bina. Bina 1810-cu ildə inşa edilmişdir. Binanın adı bir çox tarixi sənədlərdə şəhərin görməli yerləri siyahısına daxil edilir. Bu binada tarixə baş vermiş mühün tarixi əhəmiyyətli hərbi hadisələr qeyd edilirdi. General Semyom Kurnakovun binası şəhərdə ilk inşa edilən binalardan biridir. Binanın inşası 1910-cu ilə təsadüf edir. Onun haqqında ilk məlumatlar 10 iyun 1812-ci ilə aiddir. Ancaq müasir tətqiqatçılar binanın şəhərdə ən yaxşı bina olması fikri ilə razılaşmırlar. Binanın sahibi Çerkassk şəhərində arxitektur tikililərin inşası ilə əlaqədar məsələlərə baxırdı. 1817-ci ildə binada əhəmiyyətli hadisə qeyd edilmişdir: İvan Matveeviçin oğlu Matvey İvanoviç Platov evlənmişdir.
Georq Kurtsius
Georq Kurtsius (alm. Georg Curtius‎; 16 aprel 1820[…], Lübek – 12 avqust 1885[…], Helmsdorf[d]) — alman dilçisi. Georq Kurtsius Berlin (1849-1951), Praqa (1849-cu ildən), Kil (1854-1861) universitetlərinin professoru olmuşdur. Klassik filologiya və müqayisəli-tarixi dilçilik mütəxəssisi idi. Hind-Avropa dilçiliyinin inkişafında mühüm xidməti olmuşdur. "Yunan və latın qrammatikalarına dair tədqiqlər" (c. 1-10, 1868-1878-ci illər) seriyasını nəşr etdirmişdir. Куртсиус Ҝеорг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Hisaşi Kurosaki
Hisaşi Kurosaki (d. 8 may 1968) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 4 qol vurub.
Jurinea kuraminensis
Jurinea kuraminensis (lat. Jurinea kuraminensis) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Karl Teodor (Bavariya kurfürstü)
Karl Teodor (alm. Karl Theodor‎; 11 dekabr 1724 – 16 fevral 1799[…]) — 1742-ci ildən IV Karl adı ilə Pfals kürfürstü, 1742-ci ildən Yüliç və Berq hersoqu, həmçinin 1777-ci ildən ölümünə qədər Bavariya kürfürstü kimi hökm sürmüş alman zadəgan. Karl Teodor 11 dekabr 1724-cü ildə, Brüsselin Droqenbos qəsəbəsində doğulmuşdu. Onun atası İohann Kristian Vittelsbax sülaləsinin bir qolu olan Pfalz-Sulzbax nəslinin üzvü idi. Anası Mariya Henrietta de La Tur d'Overn, Berqen op Zom'un markqrafı, Türen vikontu Anri de La Tur d'Overnin qardaşı nəticəsi idi. Karl Teodor daha sonra Manhaymda təhsil alıb. Karl Teodor 1728-ci ildə Berqen op Zom markqrafı titulunu aldı. Daha sonra o, 1733-cü ildə Sulzbax hersoqu postunda atasını əvəz etdi və 1742-ci ildə III Karl Filippin oğul övladı olmadığı üçün ölümündən sonra Pfalz Elektoratını, Yuliç və Berq hersoqluqlarını miras aldı. Vittelsbax sülaləsinin bütün nəsillərinin ittifaqını gücləndirmək üçün çalışan Karl Filipp hələ 1742-ci il yanvarın 17-də nəvəsi Elizabeta Avqusta Karl Teodorla və onun bacısı Mariya Annanı isə Bavariya şahzadəsi Klemens Franz de Paula ilə evləndirmişdi. Pfals kürfürstü kimi Karl Teodor elmlər akademiyası yaradaraq, muzeylərin kolleksiyalarını artıraraq və incəsənətə dəstək verərək yadda qalmışdı.
Karolina Kurkova
Karolina İsela Kurkova (çex. Karolína Isela Kurková; 28 fevral 1984, Deçin) — Çexiya aktrisası və fotomodeli.
Kazimej Kuratovski
Kazimej Kuratovski (ing. Kazimierz Kuratowski; 2 fevral 1896[…], Varşava – 18 iyun 1980[…], Varşava) — Polyak riyaziyyatçısıdır; topologiya və funksiyalar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir.
Kiçik Kuril cərgəsi
Kiçik Kuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 100 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 360.85 km² təşkil edir. Qrupun tərkibinə 6 böyük və bir necə kiçik adalardan ibarətdir. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Kiçik Kuril cərgəsinə daxil olan adalar Böyük Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti, Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalara Yaponiya iddia edir. Yaponiya adaları Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisinə hesab edir. Qrupa daxil olan adaların səthi hamar və təpəlidir.
Kolşəkilli kuril çayı
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.

Значение слова в других словарях