KUHÜ DƏŞT
KUR-KURANƏ
OBASTAN VİKİ
Kur-e-Byui
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kur-e-Büi
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Ayətul-kursi
Ayətul-kursi - Bəqərə surəsinin 255-ci ayəsi. أَللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ ٱلْحَيُّ ٱلْقَيُّومُ ---- لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ---- لَهُ مَا فِي ٱلسَّمَوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ---- مَنْ ذَا ٱلَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ---- يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ---- وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ---- وَسِعَ كُرْسِيُهُ ٱلسَّمَوَاتِ وَٱلْأَرْضَ ---- وَلَا يَؤُدُهُ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِيُّ ٱلْعَظِيمُ Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
Azərbaycanın kurortlarında (film, 1961)
Azərbaycanın kurortlarında qısametrajlı sənədli filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə nadir müalicə əhəmiyyətli sanatoriya və pansionatlardan danışılır. Azərbaycanı kurortlar ölkəsi adlandırırlar. Bu respublikada nadir müalicə ocaqları mövcuddur. Filmdə nadir müalicə əhəmiyyətli sanatoriya və pansionatlardan danışılır.
Ağ corablı qadın (Kurbe)
"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir. Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır. Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır. Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi.
Baccharis kurtziana
Baccharis kurtziana (lat. Baccharis kurtziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Balçılı kurqanları
Balçılı kurqanları — Şəmkir rayonunun Balçılı kəndi yaxınlığında e.ə. 2-ci minilliyə aid qəbir abidələr. Balçılı kurqanlarından tunc təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və s. tapılmışdır. Ölülər daş qutu, quyu və dördkünc formalı torpaq qəbirlərdə dəfn edilmişdir. Paşatəpə adlı kurqanda qəbir taxta tirlərlə üç mərtəbəyə bölünmüşdü. Alt mərtəbədə adam və at skleti, silah, gil qablar, Orta mərtəbədə heyvan sümükləri aşkar olunmuşdu. Qəbrin üstündə tonqal qalandığından alov ənn üst mərtəbəni məhv etmişdi. Tapılan əşyalar dəfn edilənin həm zəngin, həm də hərbçi olduğunu göstərir. Kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi göstərir və Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Batabat kurqanları
Batabat kurqanları — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat yaylağında arxeoloji abidə. Kurqanlar hündürlüyü 1,5 metr diametri 3–5 metr enində olan təpə şəklindədir. Tədqiqatçılar kurqanları (e.ə. 2–1) minilliyə aid edirlər.
Beş kurqan
Beşinci Kuril boğazı
Beşinci Kuril boğazı — Sakit okeanda yerləşən boğaz. Onekotan və Makanruşi adalarını ayırır. Boğazın eni 28 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Bəzən Yevreinov boğazı olaraq adlandırılır. Bu ad isə rus dəniz geodeziyaçısı və səyahətçisi İvan Mixayloviç Yevreinovun şərəfinə verilmişdir.
Birinci Kuril boğazı
Birinci Kuril boğazı (rus. Первый Курилский (Пролив)), (yap. 占守海峡) — Sakit okeandakı Şumşu adasını Kamçatka yarımadasından ayıran, Oxot dənizini Sakit okean ilə birləşdirən boğaz. Uzunluğu 32 km, ən dar eni isə 15 km təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Vostoçnı və Lopatka rifləri, cənub hissəsində Pantareva, Kurbatova, Yukiç burunları vardır. Cənub hissəsində sualtı və suüstü qayalıqlar vardır. Boğaza Koşunu, Ozernaya, Polotinka çayları axır. Sahil xəttində dərinlik 1,0 təşkil edir. 1875–1945-ci illər ərzində boğaz əvvəl Rusiya-Yaponiya sonradan isə SSRİ-Yaponiya sərhəddini təşkil edirdi.
Boduen de Kurtene
İvan Aleksandroviç Boduen de Kurtene və ya Yan Nesislav İqnati Boduen de Kurtene (pol. Jan Niecisław Ignacy Baudouin de Courtenay; 13 mart 1845[…] və ya 13 mart 1846, Varşava – 3 noyabr 1929[…], Varşava, Polşa və ya Varşava) – rus və polyak dilçisi. İvan Aleksandroviç Boduen de Kurtene 13 mart 1845-ci ildə Varşavadan 25 km şimalda yerləşən Radzımində - Polşanın Rusiyanın tərkibinə daxil olan ərazisində anadan olmuşdur. İ.A.Boduen de Kurtene kral VI Lüdovik nəslinə aid fransız aristokrat mənsəbinə mənsubdur. Fransada Boduenlər nəsli 1730-cu ildə sona yetsə də, onun üzvlərindən bəziləri XVIII əsrin başlangıcında Polşaya köçüb orada məskunlaşmışlar. O, Varşavada gimnaziyada oxuduğu illərdə riyazi qabiliyyətinə görə müəllimlərin diqqətini özünə cəlb etmişdi. 1866-cı ildə Varşava Baş məktəbini bitirdikdən sonra Rus Xalq Maarifçilik Nazirliyinin xüsusi təqaüdçüsü kimi Praqa, Yena, Berlin və Laypsiq şəhərlərində ezamiyyətdə olur. Yenada A.Şlayxerin mühazirələrini dinləmiş, Berlində sanskrit dili mütəxəssis A.Veberin tələbəsi olmuşdu. Sankt-Peterburqda İ.İ.Sreznevskinin rəhbərliyi altında çalışsa da, onun dilçi deyil, filoloq olması üzündən ondan lazımınca faydalana bilməmişdi. İ.A.Boduen de Kurtene sanskrit və zend dilləri üzrə mütəxəssis K.A.Kossovoçin mühazirələrində də iştirak etmişdir.
Borsunlu kurqanları
Borsunlu kurqanları — Tərtər rayonu, Borsunlu kəndi ətrafında, İncəçayın orta axarlarına yaxın yerləşmiş arxeoloji abidə. Borsunlu nekropolundakı kurqanlarının bir qrupu H.F.Cəfərov tərəfindən tədqiq edilmişdir. H.F.Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Alim müəyyən etmişdir ki, kurqanların altında yerləşən qəbir kameraları dördkünc formaya malik olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunub. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterikdir. Borsunlu nekropolunda tədqiq olunan 1 №-li kurqanın qəbir kamerası dairəvi, 30 №-li kurqanın qəbir kamerası isə dördkünc formalıdır. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur.
Buz dövrü: Toqquşma kursu (animasiya, 2016)
Buz dövrü: Toqquşma qaçılmazdı (ing. Ice Age: Collision Course) — 2016-cı ildə istehsal olunmuş animasiyadır. Dördüncü filmin hadisələrindən bir müddət sonra Menni və Elli qızları Peaches və onun yaxşı xasiyyətli nişanlısı Culian arasında qarşıdan gələn evliliyə hazırlaşırlar, lakin Menni toydan əmin deyil. Dieqo və arvadı Şira ailə qurmaq istəyirlər, lakin onların şiddətli görünüşü uşaqları qorxudur. Sid öz saxta sevgilisi Francine-ə evlilik təklifi etmək üzrədir, lakin Sid əvvəllər ona zəhərli sarmaşıq alt paltar verdikdən sonra onu tərk edir və o, təkliyindən gileylənir. Manny və Ellie'nin evlilik ildönümü şənliyi zamanı asteroidlər (əvvəllər palamutunu basdırmaq cəhdi zamanı tərk edilmiş bir kosmos gəmisində kosmosa göndərilən Skratın səbəb olduğu) yerə çırpılır və Sürü çətinliklə qaçır. Bu arada, yeraltı itirilmiş dünya zamanı Bak, Qavin, Gerti və Gerti adlı uçan dromeozavrlar üçlüyü tərəfindən oğurlandıqdan sonra Xazmozavr yumurtasını qanuni sahibinə qaytarır. Rocer. Bak qədim bir daş sütunu kəşf edir və onu səthə çıxarır və burada illər sonra ilk dəfə Sürü ilə qarşılaşır. Buck The Herd-ə izah edir ki, sütuna görə, asteroidlər keçmişdə "at nalı cır-böyüyən şeylər" və dinozavrların iki nəslinin kəsilməsinə səbəb olmuşdu və növbətisi ilə o, dayanmaq üçün bir ipucu tapa biləcəkləri yeganə yer olduğuna inanır.
Buz dövrü: Toqquşma kursu (cizgi filmi, 2016)
Buz dövrü: Toqquşma qaçılmazdı (ing. Ice Age: Collision Course) — 2016-cı ildə istehsal olunmuş animasiyadır. Dördüncü filmin hadisələrindən bir müddət sonra Menni və Elli qızları Peaches və onun yaxşı xasiyyətli nişanlısı Culian arasında qarşıdan gələn evliliyə hazırlaşırlar, lakin Menni toydan əmin deyil. Dieqo və arvadı Şira ailə qurmaq istəyirlər, lakin onların şiddətli görünüşü uşaqları qorxudur. Sid öz saxta sevgilisi Francine-ə evlilik təklifi etmək üzrədir, lakin Sid əvvəllər ona zəhərli sarmaşıq alt paltar verdikdən sonra onu tərk edir və o, təkliyindən gileylənir. Manny və Ellie'nin evlilik ildönümü şənliyi zamanı asteroidlər (əvvəllər palamutunu basdırmaq cəhdi zamanı tərk edilmiş bir kosmos gəmisində kosmosa göndərilən Skratın səbəb olduğu) yerə çırpılır və Sürü çətinliklə qaçır. Bu arada, yeraltı itirilmiş dünya zamanı Bak, Qavin, Gerti və Gerti adlı uçan dromeozavrlar üçlüyü tərəfindən oğurlandıqdan sonra Xazmozavr yumurtasını qanuni sahibinə qaytarır. Rocer. Bak qədim bir daş sütunu kəşf edir və onu səthə çıxarır və burada illər sonra ilk dəfə Sürü ilə qarşılaşır. Buck The Herd-ə izah edir ki, sütuna görə, asteroidlər keçmişdə "at nalı cır-böyüyən şeylər" və dinozavrların iki nəslinin kəsilməsinə səbəb olmuşdu və növbətisi ilə o, dayanmaq üçün bir ipucu tapa biləcəkləri yeganə yer olduğuna inanır.
Böyük Kuril cərgəsi
Böyük Kişuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 1200 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 10,1 min. km² təşkil edir. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti ərazisinə daxildir. Kunaşir və İturup kimi adalarına Yaponiya iddia edir. Ən hündür nöqtəsi Alaid vulkanıdır (2339 m). Kruzenştern boğazı və Bussol boğazı ilə 3 qrupa bölünmüşdür. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Böyük Kuril cərgəsinə daxil olan adalar Kiçik Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.
Caban əl-Kurdi
Caban əl-Kurdi (ərəb. جابان الکوردي‎) — Məhəmməd peyğəmbər zamanında Müsəlman olan kürd səhabə.
Cek kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Co, gözəl irland qadını (Kurbe)
Co, özəl irland qadını (fr. Jo, femme d'Irlande) — Qüstav Kurbenin 1868-ci ildə yağlı boya texnikası ilə portret janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsərin əsli Stokholmda, İsveç Milli Muzeyində, nüsxəsi isə Nyu Yorkun Metropoliten muzeyində sərgilənməkdədir. 1865 ci ildə Normandiya sahillərindəki Truvilldə rəssam Ceyms Uilster sonralar Qüstav Kurbenin rəsm əsərlərinin əcac modelinə çevrilən Coanna Hiffernanı Qüstav Kurbe ilə tanış edir. Elə həmin il Kurbe “Co gözəl irland qadını” tablosunu və Conun portret eskizini çəkir.
Crepis kurdistanica
Crepis sonchifolia (lat. Crepis sonchifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Cüro Kurepa
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur. Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır.
Cənubi Kuril boğazı
Cənubi Kuril boğazı — Sakit okeanına daxil olan Kunaşir adasını Şikotan adasındasından ayırır. Boğaz Boyük Kuril adaları qrupunu da Kiçik Kuril adaları qrupundan ayırır. Kunaşir boğazı ilə Xəyanət boğazı vastəsi ilə birləşir. Boğazın sahilində Kunaşir adasında Yujno-Kurils qəsəbəsi yerləşir.
Dalğalarda qadın (Kurbe)
Dalğalarda qadın (fr. La femme à la vague) — Qüstav Kurbenin 1868 ci ildə yağlı boya texnikası ilə nü janrında çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 65,4 × 54 sm-dir. Hal-hazırda əsər Nyu Yorkun Metropoliten muzeyində sərgilənir. Tabloda Kurbe gənc bir qadını dalğalar qoynunda çimərək təsvir etmişdir. Əsər nü janrındadır. Onun yarıya qədər suya batmış bədənini yarım şəffaf dərisi çox işıqlı təsvir edilmişdir. Dalğalı şabalıdı rəngli və bir qədər də nəmli görünən saçları seyrək şəkildə üzünə tökülmüşdür. Qolları başı üzərinə çar-çarpaz qaldırılmışdır. Köpüklü xırda ləpələr sanki onun üzərinə canatır.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Diplomata kurdı
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Dizə kurqanları
Dizə kurqanları — Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisində yerləşən kurqanlar. Kurqanlar Şərur rayonunun Dizə kəndi yaxınlığında, Arpaçayın sağ sahilində, dağ silsiləsinin ətəyində yerləşir. Kurqanlar hündürlüyü yer səthindən 1-1,5 m, diametri 3–5 m olan oval təpə formasındadır. Bəzi kurqanların torpaq örtüyü tamamilə aşınmışdır. Kurqanların biri elektrik dirəyi üçün çuxur qazılarkən dağıdılmış, buradan monoxrom boyalı qablar aşkar edilmişdir. Araşdırmalar zamanı kurqanların yerləşdiyi ərazidə müxtəlif dövrlərə aid abidələrin olduğu müəyyən olunmuşdur. Dizə kurqanlarını e.ə. 3-2 minilliklərə aid etmək olar.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.

Digər lüğətlərdə